Ataman daha gəlməyəcək

23.10.2023 19:58 479
İdman / Manşet
Azərbaycan Voleybol Federasiyası qadınlardan ibarət milli komandanın baş məşqçisi Ataman Güneyligillə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AVF-nin prezidenti Şahin Bağırov jurnalistlərə açıqlamasında deyib.

O, yeni baş məşqçi axtarışına başladıqlarını bildirib:
“Gənclər və İdman Nazirliyi ilə birlikdə prosesləri nəzərdən keçirəcəyik. İnanıram ki, yeni baş məşqçinin təyinatı məsələsində müsbət nəticələr əldə edəcəyik. Son Avropa çempionatının ardından reytinqimiz bir az yaxşılaşıb. Gələcəkdə daha da uğurlu olacağıq”.


CAVİD ƏLİYEV