• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ten Haqın “Yunayted”ində böhran yaşanır

Dünya futbolu

8-12-2023, 21:0

“Mançester Yunayted”in işləri nə premyer-liqada yaxşı gedir, nə də Çempionlar Liqasında.

Ölkə çempionatının 14-cü turunda “Nyukasl”a uduzan və 7-ci pillədə qərarlaşan (dünənki MY – “Çelsi” oyunundan əvvəl yazılıb – red.) “qırmızı şeytanlar” qitənin ən nüfuzlu klub turnirində pley-offdan kənarda qalmağa da çox yaxındı. Belədə şanlı-şöhrətli klubun ətrafında ən müxtəlif xəbərlərin dolaşması təbii haldı. Jurnalistlər hər yerdə eynidi – Azərbaycanda da, İngiltərədə də. “Dumanlı Albion”dan olan həmkarlarımız son günlər ən müxtəlif insaydlarla uğursuzluqlara izah tapmağa çalışır. Bu işdə öncüllərdən biri “Sky Sports”un əməkdaşı Kave Solekoldu. Onun sensasiyalı xəbəri ilə tanış olun: “Məndə olan bilgiyə görə, bəzi oyunçular nələrin baş verdiyini anlamır. Ten Haq paltardəyişmə otağının bir hissəsinə nəzarəti itirib. Qaynaqlardan biri hətta “50 faizinə” deyir. Oyun üslubundan narazı olan futbolçuların sayı çoxdu. Onlar həmçinin belə hesab edir ki, məşqlər hədsiz ağırdı, baş məşqçi qaçışa çox yer verir. Mənə deyilənə görə, futbolçular niyə bu qədər çox qaçdıqlarını anlamırlar. Daha təcrübəli oyunçulardan bir neçəsi Ten Haqla işlərin qaydasında getmədiyi ilə bağlı söhbət ediblər. Onlar baş məşqçiyə özlərinin top-klublardakı oyun təcrübəsi haqda danışıblar, hesab edirlər ki, Ten Haq daha empatik ola bilər. Belələrinin fikrincə, baş məşqçinin oyunçularla daha yaxşı çalışması məsləhətdi. Ancaq Ten Haq bossdu, qərarları da o verir. Və hər şeyi bildiyi kimi edəcək. Mənə onu da dedilər ki, baş məşqçi prinsiplərinə hədsiz güclü şəkildə köklənir, robot kimi davranır. Həmçinin bəzi futbolçular Ceydon Sançoya bəslənilən münasibətdən narazıdı. O, uşaqlarla məşq edir və təkbaşına nahar süfrəsinə oturur. Bir çox futbolçunun fikrincə, bu söhbət yaman uzanıb. Təbii ki, narazılar həmişə var, ancaq komanda məğlubiyyətləri sıralayanda belələrinin sayı bir qədər də artır”.

Solekolun ardından ESPN-dən olan Rob Douson “rəngləri bir qədər də tündləşdirib”. İndi də onun klubun həyatı ilə bağlı xəbərini oxuyaq: “Çətin vəziyyətdə olan Ten Haq paltardəyişmə otağına nəzarəti əldən verməməyə çalışır. Baş məşqçi “Nyukasl”a məğlubiyyətin ardından aparıcı oyunçuların dəstəyini itirməmək üçün əlindən gələni edir. Məhz bu oyundan sonra bir qrup futbolçu dərin məyusluq yaşayır. Futbolçular qrupu hələ də Ten Haqın və məşqçi korpusunun tərəfindədi, ancaq klub daxilində paltardəyişmə otağındakı əhval-ruhiyyə ilə bağlı narahatlıq keçirirlər. Tezliklə nəticələr yaxşılaşmasa, əhval-ruhiyyənin daha da pisləşə biləcəyi təhlükəsi var. “Yunayted” qarşıdakl iki həftədə “Çelsi”, “Bavariya” və “Liverpul” ilə oynamalıdı. Futbolçular öz aralarında bəzi problemləri müzakirə edib. Birincisi, söhbət Ten Haqın ABŞ turnesindən bəri başlayan intensiv məşqlərindən gedib. İkincisi, Ten Haqın taktikası da müzakirə olunub. Futbolçular bunu “cəngəvərlik taktikası” adlandırır. Onların fikrincə, komanda bu taktika üzündən açıq oynamağa başlayıb və bu məqam “Qalatasaray” (3:3) və “Nyukasl” (0:1) ilə oyunların nəticəsinə təsir edib. Ten Haq komandadakı atmosferi sakitləşdirməyə çalışır. Hətta uğursuz çıxış edən, fərdi səhvlərə yol verən futbolçuları da ictimaiyyət önündə dəstəkləyir. Məsələn, “Qalatasaray”la oyunda kobud səhvlərə yol verən Andre Onananı tənqid etmədi, “Nyukasl”la oyunda inamsız görünən Markus Reşfordu dəstəklədi. Klub əməkdaşları arasında belə təsəvvür var ki, ayrı-ayrı oyunçular tənqidi qəbul etməyi bacarmır. Ten Haqın ən qatı tərəfdarlarından Lisandro Martines zədəsinə rəğmən, əsas komanda ilə birgədi. Ten Haq elə həmin Martinesin və Kazemironun (braziliyalı da zədəlidi) paltardəyişmə otağına təsirinə ehtiyac duyur. Hər iki futbolçunun dekabrın sonunda yaşıl meydana dönüşü gözlənilir”.

MY dörd jurnalisti mətbuat konfransına buraxmadı
İngiltərədə oyunöncəsi mətbuat konfransının keçirilməsi ənənəsi geniş yayılıb. Srağagün Ten Haq “Çelsi” ilə oyuna həsr olunan mətbuat konfransı keçirib. “Daily Mail”in yaydığı xəbərə görə, klub yuxarıda adını çəkdiyimiz Kave Solekolla Rob Dousonu, eləcə də “Manchester Evening News”un əməkdaşı Samuel Lakherst ilə “The Mirror”dan Devid Makdonneli tədbirə buraxmayıb.
“Manchester Evening News” iddia edir ki, bu, “Yunayted”in kommunikasiyalar üzrə direktoru Endryu Uordun qərarıdı. Klubdan verilən açıqlamada belə deyilir: “Yunayted” bəzi media qurumarına qarşı tədbir gördüyünü təsdiqləyir. Ancaq bunu klubun xoşuna gəlməyən yazılara görə yox, həmin jurnalistlər klubla əlaqə saxlamadığına, klubun mövqeyini işıqlandırmadığına görə edib. Hesab edirik ki, bunlar qorunması zəruri olan vacib prinsiplərdi”.
Hələ ki qadağanın növbəti mətbuat konfranslarında da tətbiq edilib-edilməyəcəyi bilinmir. Solekolla Dousonun xəbərlərinin məzmununu sizə çatdırdıq. Bəs digər həmkarlarımızın günahı nədi?

Lakherst yazır ki, MY-nin bəzi liderləri Ten Haqın həyata keçirdiyi transferlərin səviyyəsindən şoka düşüb. Söhbət 72 milyon funta alınan Rasmus Heylunndan, 60 milyon funta alınan Meyson Mauntdan və 82 milyon funta alınan Antonidən gedir. Makdonnel də baş məşqçinin “Yunayted”də qiyamla üzləşdiyini, bəzi oyunçuların komandadakı durumundan narazı olduğunu yazıb.

Ten Haq nə dedi?
Təbii ki, srağagünkü mətbuat konfransında bütün bu məqamlar müzakirəyə çıxarılıb. Erik ten Haq klubda neqativ atmosferin hökm sürməsi ilə bağlı xəbərləri rədd edib. Baş məşqçi jurnalistlərin mətbuat konfransına buraxılmamasına da toxunub: “Onlar əvvəlcə bizə yaxınlaşmalıydılar, daha kürəyimizin arxasında yazılar dərc etməməliydilər. Bu düzgün deyil. Mediada oyunçular haqda yazılanlar yalandı. Paltardəyişmə otağında heç bir xaos yoxdu. İstənilən komandada həmişə heç oynamayan və az oynayan futbolçular olur. Təbii ki, onlar az xoşbəxtdi. Bəzi məqamlarda bu zəruridi, futbolçu şansını gözləməlidi”.

- Futbolçular sizi dəstəkləyirmi?
- Bəli, mən buna əminəm. Məsələn, “Brentford”la oyundakı geridönüşə (MY Maktomineyin 93-cü və 97-ci dəqiqədə vurduğu qollarla qalib gəldi – red.) baxa bilərsiz. Və ya “Bernli” (MY 1:0 qalib gəldi – red.), “Fulhem” (Fernandeş qələbə topunu 91-ci dəqiqədə vurdu – red.) ilə oyunlara. Komanda hər dəfə özünü göstərib. Əla xarakter, böyük qətiyyət və inad nümayiş etdirdik, odu ki, hamımız bir yerdəyik. Komandada vahidlik olmadan belə yaxşı futbol göstərmək mümkünsüzdü”.

Baş məşqçiyə futbolçuların onun metodlarını nə dərəcədə qəbul etməsi ilə bağlı sual da ünvanlanıb. Niderlandlı mütəxəssis belə cavab verib: “Həmişə futbolçuları dinləyirəm və onlara danışmaq imkanı yaradıram. Oyunçunun fərqli fikri varsa, əlbəttə, ona da qulaq asıram. Ancaq futbolçular mənlə çox şey danışmırlar. Və ya bir-ikisi danışır. Əksəriyyəti oyun üslubumuzdan razıdı. Düzgün istiqamət üzrə irəliləyirik. Komandanı necə qurduğumuzu, inkişaf etdirdiyimizi görürsüz. Komanda tərəqqi edir, gənc oyunçular gəlir, onlar gələcəyin uğurlu “Mançester Yunayted”inə töhfə verəcək”.

Ten Haq futbolçuların yorğunluğundan da danışıb: “Həftə ərzində iki yaxşı və bir pis oyun keçirdik. “Qalatasaray” və “Everton” ilə oyunlarda çox yaxşı futbol göstərdik və yaxşı qollar vurduq. Ancaq “Nyukasl”a qarşı heç də yaxşı oynamadıq. Bunu anlayırıq. Belə oyundan narazıyıq, çünki 1 xal qazanmaq üçün iki yaxşı imkanımız oldu. Bir az daha artıq qətiyyət göstərsəydik, nəyəsə nail ola bilərdik. Biz robot deyilik. Altı gün ərzində üç – özü də çətin – oyun keçirirsənsə, yorğunluq problemi yarana bilər. Bu, özünə bəraət qazandırmaq cəhdi deyil, nə varsa, onu da deyirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-05-2022, 23:0

"Mançester Yunayted" darmadağın oldu

Dünya futbolu

17-09-2023, 22:0

“Mançester Yunayted” 1989-cu ildən sonra ilk dəfə...

Dünya futbolu

19-08-2022, 14:0

Ronaldo ten Haqın işindən narazıdı

Dünya futbolu

27-02-2023, 11:0

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi oldu

Dünya futbolu

25-07-2022, 19:0

"Bunun sayəsində də yenidən Çempionlar Liqasına qayıdacağıq" - Ten Haq

Dünya futbolu

15-08-2022, 18:0

"Mançester Yunayted" futbolçusunu icarəyə göndərir

Aktual
Murad Məmmədov bu gün Cənubi Kiprə gedir – “Pafos”da neçə nömrə oynayacaq?
“Zirə” də Sumqayıta sığınacaq?
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Son xəbərlər
  • Bu gün, 18:57
    MS-ni tərk edə bilər
  • Bu gün, 18:26
    La Liqada yeni təyinat
  • Bu gün, 17:55
    86 yaşında dünyasını dəyişdi
  • Bu gün, 17:26
    ''Qalatasaray''ın sabiq ulduzu: ''Avstraliya bu gecə çoxlarını susdurdu''
  • Bu gün, 16:55
    Levandovski ABŞ-yə nə üçün yollanıb?
  • Bu gün, 16:24
    Hakim “ofsayda düşdü”
  • Bu gün, 15:53
    Rikelme: “Bu bizim üçün son deyil, başlanğıcdı”
  • Bu gün, 15:22
    Türkiyə 9 nəhəng turnirdən 8-nə məğlubiyyətlə başlayıb!
  • Bu gün, 14:51
    Montella məğlubiyyətdən sonra nələr dedi? - ''Tənqidləri qəbul etməliyik''
  • Bu gün, 14:20
    Şahmatçılarımız dünya çempionatı üçün İtaliyada
  • Bu gün, 13:49
    Adi yay, qeyri-adi qeyri-müəyyənlik
  • Bu gün, 13:25
    Murad Məmmədov bu gün Cənubi Kiprə gedir – “Pafos”da neçə nömrə oynayacaq?
  • Bu gün, 13:06
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 12:54
    Avram ölkəsinə qayıtdı, çempionla anlaşdı
  • Bu gün, 12:23
    Acun Ilıcalı “Hall Siti” fanatlarına Antalyada istirahət şansı yaratdı
  • Bu gün, 11:51
    "Şamaxı"nın sabiq futbolçusu Ermənistan klubunda
  • Bu gün, 11:20
    Millimiz Alikantedə İspaniya ilə üz-üzə
  • Bu gün, 10:59
    “Hara gəldiyimi və məndən nə gözlədiklərini anlayıram” - İraola “Liverpul”un baş məşqçisi kimi ilk müsahibəni verdi
  • Bu gün, 10:28
    “Zirə” də Sumqayıta sığınacaq?
  • Bu gün, 09:57
    Türkiyə turnirə məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 01:11
    B qrupunda yenə heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
Daha çox
Oxunub: 500
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 255
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 254
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 220
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə