Futbol üzrə Çempionlar Liqası hələ də dünyanın ən populyar idman turniridi.
“SportingPedia” saytı nəhəng idman yarışlarının sosial şəbəkələrdəki abunəçilərinin sayını üst-üstə gəlib və onları populyarlığına görə müqayisə edib.
“Facebook”, “Instagram”, “TikTok” və “X” sosial şəbəkəsindəki göstəricilər əsasında aparılan hesablama yekununda Çempionlar Liqası, MBA və İngiltərə premyer-liqası ilk üç yeri tutub. Planetin ən populyar idman turnirlərinin siyahısı: 1. Çempionlar Liqası (futbol) - 263,8 milyon abunəçi, 2. MBA (basketbol) - 195,3 milyon, 3. İngiltərə premyer-liqası – 181,7 milyon, 4. Futbol üzrə dünya çempionatı – 133,9 milyon, 5. UFC (MMA) - 105,4 milyon, 6. MFL (Amerika futbolu) - 93,1 milyon, 7. Beynəlxalq kriket şurası (kriket) - 89,5 milyon, 8. “Formula-1” (avtoidman) – 56 milyon, 9. MLB (beysbol) – 38,3 milyon, 10. MHL (hokkey) – 20,6 milyon.