• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Beşiktaş” Çalımbayla 2-ci oyunda da qalib gəldi – TURUN ŞƏRHİ

Dünya futbolu

29-11-2023, 23:0

Ötən tur “Qalatasaray”ı yenməklə diqqəti çəkən “Hatayspor” bu dəfə açılış oyununda autsayder “İstanbulspor”a boyun əydi.

“Football-plus.az” xəbər verir ki, Volkan Dəmirəlin komandası son 5 turda 4-cü məğlubiyyətini yaşadı. “Ankaragücü” gözlənilmədən Antepdən qələbə ilə döndüsə, “Konyaspor” 8 turluq qələbə həsrətinə “Kasımpaşa” ilə oyunda son qoydu. Yeri gəlmişkən, bu oyun mövsümdəki 12-ci məşqçi istefasına səbəb oldu. Belə ki, “Kasımpaşa”da 3-cü Kamal Özdəş dönəmi başa çatdı. Təcrübəli mütəxəssis aprelin əvvəllərindən bu vəzifəni icra edirdi.

Şənbə günü əsas diqqətlər “Rams Park”a yönəlmişdi. “Alanyaspor” son 3 mövsümdə İstanbulda “Qalatasaray”a uduzmamışdı (2 qələbə, 1 heç-heçə)! Amma komanda indi elə vəziyyətdədi ki, bu dəfə də “Cim-Bom”dan xal alması möcüzəyə bərabər olardı. Zatən heç bir sürpriz qeydə alınmadı. Zədələrdən və ağrılardan qurtulan İkardi hesabı açmaqla 4 oyunluq susqlunluğa son qoydu. Zaha 2022-nin avqustundan bəri ilk dəfə ardıcıl 3 oyunda fərqlənməyi bacardısa, daha 2 qolu Mertens hesabına yazdı. “Alanyaspor” ardıcıl 5-ci turu xalsız tamamladısa, “Aslan” 2004-dən bəri ilk dəfə superliqada mövsümün ilk 6 ev oyunundan qələbə ilə ayrılmış oldu. Bu nəticə ilə “Qalatasaray”ın çempionat çərçivəsində evdəki qələbə seriyası 9, məğlubiyyətsiz seriyası 23 oyuna çatdı (21 qələbə, 2 heç-heçə).

Bazar gününün ilk matçında “Adana Dəmirspor” Kayseridə fasiləyə öndə yollansa da, qələbə hesabını qoruya bilmədi. İddialı Adana təmsilçisinin bu mövsüm hələ də səfərdə qələbəsi yoxdu! Rza Çalımbayın təyinatından sonra özünə gəlməyə başlayan “Beşiktaş” çətinliklə də olsa, “Samsunspor” maneəsini də dəf etməyi bacardı. Matçın əvvəllərində Rozyeyə qarşı qazanılan penalti zamanı qapıçı Cenk Tosunun zərbəsini dəf etsə də, təcrübəli forvard özünü qayıdan topa yetirərək hesabı açdı. Türkiyə çempionatında 33-cü fərqli komandaya qol vuran Cenk XXI əsrdə ən yaxşı göstəriciyə nail oldu. Debütantın cavabı özünü çox gözlətmədi. Muandilmaci mükəmməl akrobatik zərbə ilə yerli fanatları ayağa qaldırdı. Çalımbayın fasilədən sonra Abubakarı meydana buraxmasına baxmayaraq, uzun müddət hesab dəyişmədi. Xal itirmək istəməyən və son 10 dəqiqədə fəallaşan İstanbul nəhəngi, nəhayət, Kolli ilə istəyinə çatdı. 31 yaşlı qambiyalı mərkəz müdafiəçisi bu mövsüm “ağ-qaralar”ın heyətində artıq 4-cü qolunu vurdu! Çalımbayın başçılığı altında 2-ci oyunda 2-ci qələbəsini qazanan “Beşiktaş” turnir cədvəlində 3-cü pilləyə yüksəldi.
“Fənərbaxça” liderliyi əldən verməmək üçün “Fatih Karagümrük”ü məğlub etməli idi. Son 4 turdan 2 qələbə, 2 heç-heçə ilə ayrılan “Fatih Karagümrük” güclü rəqibə layiqincə müqavimət göstərdi. İlk hissə güclü azarkeş dəstəyinə malik olan meydan sahibləri üçün uğursuz alındı. Xüsusilə Şimanski fəallığı ilə seçilsə də, heç cür topu tora göndərə bilmədi. Bu azmış kimi, fasilə ərəfəsində “Ülkər”ə toplaşan fanatlar şok yaşadı. Livakoviçi də geridə qoyan Can Keleş iti bucaq altında olmasına baxmayaraq, adını tabloya yazdırdı. Vyana “Austriya”sının yetirməsi olan və “Fatih Karagümrük”də ilk mövsümünü keçirən 22 yaşlı forvard bu qolla həm də superliqada qol hesabını açmış oldu. Görünür, İsmayıl Kartal fasilədə oyunçularına yaxşı qulaqburması verdi. Çünki fasilədən sonrakı 13 dəqiqəyə “Fənər” iki qol sığışdırdı! Əvvəlcə qapıçının İrfan Cana qarşı kobudluğuna görə təyin olunmuş penaltini Tadiç soyuqqanlı şəkildə yerinə yetirdi. 10 dəqiqə sonra isə İrfan Canın başladığı və Şimanskinin davam etdirdiyi hücumu Tadiç bir toxunuşla yekunlaşdırdı. “Fənər”in son 4 qolunun müəllifi olan serbiyalı ulduz ardıcıl 2-ci ev oyununda dubl etdi. Amma bu iki qolun arasında olduqca mübahisəli bir an yaşandı. 53-cü dəqiqədə qonaqların sağ cinahdan hücumu zamanı top Samet Akaydının əlinə dəydi. Əl təbii vəziyyətdə olmadığı üçün hakim Arda Kardeşlerin penalti təyin etməyə haqqı çatırdı. Amma həm o, həm də VAR hakimi Hüseyn Göçək nədənsə bu epizoda göz yumdu. Bu da Türkiyə futbol ictimaiyyətində, xüsusilə də “Qalatasaray” cəbhəsində xoş qarşılanmadı. Bu hesabı sona qədər qorumağa müvəffəq olan “Fənərbaxça” rəsmi matçlarda 3 oyunluq qələbə həsrətinə son qoydu. Liderliyi əldən verməyən “Fənər” bu mövsüm İstanbul təmsilçilərinə qarşı keçirdiyi ardıcıl 4-cü oyundan da qələbə ilə ayrıldı. Sonuncu dəfə komandanın belə seriyası 2014/15-də yenə də Kartalın başçılığı altında olmuşdu. Amma qeyd etmək yerinə düşər ki, “Fənər”in bu mövsüm üz-üzə gəldiyi İstanbul təmsilçiləri arasında hələ ki əzəli rəqiblər – “Beşiktaş” ilə “Qalatasaray” yoxdu. “Beşiktaş”la oyun 15-ci, “Qalatasaray”la oyun 18-ci turda olacaq.

13-cü tur
Qalatasaray – Alanyaspor 4:0
İkardi, 37. Mertens, 45; 59. Zaha, 70.
Qalatasaray: Muslera, Boe, Sançes (Nelsson, 79), Kaan Ayhan, Kazımcan Karataş, Ndombele, Torreyra (Kərəm Dəmirbay, 74), Barış Alpər Yılmaz (Kərəm Aktürkoğlu, 74), Mertens (Ziyeş, 74), Zaha (Tete, 74), İkardi.
Fənərbaxça – Fatih Karagümrük 2:1
Tadiç, 48-p.; 58 – Can Keleş, 39.
Fənərbaxça: Livakoviç, Mərt Müldür, Samet Akaydın, Oostervolde, Fərdi Kadıoğlu, Krespo, İsmayıl Yüksək, İrfan Can Kahveci (Cengiz Ündər, 74), Şimanski, Tadiç (Kinq, 88), Ceko (Batşuayi, 74).
Samsunspor – Beşiktaş 1:2
Muandilmaci, 25 – Cenk Tosun, 17. Kolli, 84.
Beşiktaş: Mərt Günok, Rozye, Nəcip Uysal, Kolli, Masuaku, Oksleyd-Çemberleyn, Haciahmetoviç, Fernandeş, Onur Bulut (Abubakar, 46), Cenk Tosun (Tayfur Bingöl, 68), Muleka (Semih Kılıçsoy, 90+5).
Kayserispor – Adana Dəmirspor 1:1
Boa Morte, 73 – Yusuf Ərdoğan, 45+2.
Adana Dəmirspor: Ərtaç Özbir, Dorukhan Toköz, Semih Gülər, Qravilyon, Rodriges, N`Diaye, Mişu (Əmrə Akbaba, 60), Tayfun Aydoğan (Nani, 78), Yusuf Sarı (Zeneli, 78), Yusuf Ərdoğan, Nianq (Yusuf Barasi, 85).
Sivasspor – Trabzonspor 3:3
Sais, 4. Manay, 20; 67 – Pepe, 39. Onuaçu, 45+1. Trezeqe, 76.
İstanbul BŞ – Pendikspor 4:1
Abeyd, 12. Fiqeyredo, 49. Lima, 59. Pyontek, 63 – Ərəncan Yardımcı, 39.
Qaziantep – Ankaragücü 0:1
Alpər Uludağ, 45+4.
Konyaspor – Kasımpaşa 2:0
Çikalleşi, 64. Gilyerme, 77.
İstanbulspor – Hatayspor 2:1
Loşay, 26. Mamadu, 78 – Dadaşov, 48-p.
Antalyaspor – Çaykur Rizəspor 0:0
1. Fənərbaxça 13 11 1 1 33-9 34
2. Qalatasaray 13 11 1 1 26-8 34
3. Beşiktaş 13 8 1 4 20-15 25
4. Adana Dəmirspor 13 6 5 2 24-13 23
5. Trabzonspor 13 7 2 4 24-17 23
6. Kayserispor 13 6 5 2 18-14 23
7. Antalyaspor 13 5 4 4 17-13 19
8. Kasımpaşa 13 5 3 5 21-25 18
9. Çaykur Rizəspor 13 5 3 5 11-17 18
10. Hatayspor 13 4 5 4 21-18 17
11. Ankaragücü 13 4 4 5 19-19 16
12. Sivasspor 13 3 6 4 16-20 15
13. Qaziantep 13 5 0 8 12-18 15
14. Fatih Karagümrük 13 3 5 5 14-12 14
15. Konyaspor 13 3 4 6 13-18 13
16. Pendikspor 13 3 4 6 16-29 13
17. İstanbul BŞ 13 3 3 7 12-17 12
18. Alanyaspor 13 2 4 7 9-21 10
19. Samsunspor 13 2 2 9 10-21 8
20. İstanbulspor 13 2 2 9 11-23 8
Bombardirlər: İkardi (Qalatasaray) – 11, Ceko (Fənərbaxça), Tiam (Kayserispor) – 10.
Növbəti turun oyunları dekabrın 1-4-ü aralığında keçiriləcək: Ankaragücü – Beşiktaş, Çaykur Rizəspor – İstanbul BŞ, Fənərbaxça – Sivasspor, Adana Dəmirspor – Samsunspor, Alanyaspor – Konyaspor, Kasımpaşa – Qaziantep, Pendikspor – Qalatasaray, Hatayspor – Antalyaspor, Fatih Karagümrük – İstanbulspor, Trabzonspor – Kayserispor.

Turun rəqəmi
34 – İstanbulun hər iki nəhəngi 13-cü turu eyni göstəricilərlə - 11 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə, yəni 34 xalla tamamladı. Bu, 13-cü turlar üçün “Qalatasaray” tarixinin ən yaxşı göstəricisidi! “Fənərbaxça” isə tarixi ərzində yalnız bir dəfə ilk 13 turu bundan daha yaxşı göstərici ilə tamamlayıb. Söhbət 2005/06-da gedir. Komanda həmin vaxt 35 xal (11 qələbə, 2 heç-heçə) toplamışdı. Maraqlıdı ki, “sarı-lacivərdlilər” həmin “futbol ili”ndə çempion ola bilməmişdilər.

Turun ulduzu
Dris Mertens (Qalatasaray) – təcrübəli belçikalı ulduz 2 qol, 1 məhsuldar ötürməlik mükəmməl performansla “Alanyaspor” üzərində qələbəyə töhfə verdi. Mertens “Cim-Bom”un heyətində 53-cü rəsmi oyunda ilk dəfə dubl etdi. Belə görünür, “Alanyaspor” onun sevimli rəqibidi. Çünki Mertens superliqada həm qol vurduğu, həm də məhsuldar ötürmə verdiyi hər iki matçı məhz bu rəqibə qarşı keçirib! “Alanyaspor” eyni zamanda onun Türkiyə karyerasında qapısına ən çox (4 dəfə) yol tapdığı komandadı.

Turun sitatı
Atılay Canel, “Fatih Karagümrük”ün köməkçi-məşqçisi: “Həftəboyu bu qədər insan əziyyət çəkir və oyuna hazırlaşırıq. Amma bir nəfərin ucbatından bütün əziyyətimiz hədər gedir. VAR hakimi həm oyunun əsas hakimini, həm də bizi məhv etdi. Yüzfaizlik penalti idi. Top ələ dəymişdi. Hamı üçün VAR var. Bizim üçün isə yoxdu. Öz arzularını ədalət sayanlara və onlara xidmət etməyi özlərinə borc bilən əxlaqsızlara Allahdan başqa heç kim heç nə edə bilməz”.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Əvvəldən sona qədər topa və oyuna nəzarət etdik. Yüksək konsentrasiya ilə oynadıq. Hücumda rəngarəng oynadıq. Çoxlu qol vəziyyəti yaxaladıq. Tez-tez rəqibin cərimə meydançasına daxil olurduq. Fanatlarımızla birlikdə oyunu ciddi və bizə yaraşan tərzdə bitirdik. Həm oyunçularımın performansından, həm də nəticədən razı qaldım. Sançes ayağında ağrılar hiss etdiyi üçün onu əvəzlədik. Fikrimcə, ciddi bir şey yoxdu və növbəti oyunda bizimlə olacaq. Mançester Yunayted”i yenə bilsək, ikinci pillə uğrunda böyük üstünlük yaxalamış olacağıq. Üstəlik ən azı mübarizəni AL-də davam etdirməyi də rəsmiləşdirəcəyik. Psixoloji üstünlük bizim tərəfimizdədi. Çünki səfərdə onları yenmişik. Bütün camiə böyük səbirsizliklə bu oyunu gözləyir. Amma qələbə qazana bilməsək belə, şansımız tükənməyəcək. Son turda da hər şey öz əlimizdə olacaq. Yığma fasiləsində həm komanda, həm də İkardi üzərində çox yaxşı çalışdı. Bundan əvvəlki matçlara yalnız ağrıkəsicilərlə çıxırdı. Çox fədakar oyunçudu. O bizi sevir, Türkiyə də onu sevir. Böyük bir nəslin “Qalatasaray”lı yetişməsində rol oynamaqda davam edir. Haqqında çıxan transfer xəbərləri isə çox yersizdi”.
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “İşimizin asan olmayacağını bilirdik. Rəqib yüksəlişdə idi. Yığma komandalara Türkiyədə ən çox futbolçu göndərən kollektiv “Fənərbaxça”dı. Yenə oyuna tam heyətlə çıxa bilmədik. Zədəli futbolçularımız az deyil. Onların yerinə oynayanlar əlindən gələni etdi. Hesabda geri düşəndən sonra oyunçularım xarakter nümayiş etdirdi. Fasilədə onlarla söhbət etdim. Dedim ki, meydana çıxıb işimizi görməli və oyuna ağırlığımızı qoymalıyıq. Əvəzetmələri tam zamanında etdiyimi düşünürəm. Bizi sona qədər dəstəkləyən fanatlarımıza da xüsusi təşəkkür düşür. Hazırda heç bir oyunçu ilə maraqlanmırıq. Yavaş-yavaş zədəlilərimiz qayıdacaq. Amma rəhbərliklə bəzi müzakirələr aparırıq. Qışda yeni transferlər ola bilər. Hakim qərarları? Mövsümün əvvəlindən bizim əleyhimizə çox qərar olub. Heç biri haqda danışmadım. Bu gün də danışmaq istəmirəm”.
Rza Çalımbay, “Beşiktaş”ın baş məşqçisi: “Bizim üçün çox vacib qarşılaşma idi. Gözlədiyimiz kimi, oyun çətin keçdi. Bu dönəmdə qazandığımız hər qələbənin böyük dəyəri var. Üstdəki rəqiblərimizi yaxalamaq istəyiriksə, qələbə seriyasına imza atmalıyıq. İlk yarıda müəyyən problemlər yaşadıq. İkinci hissəni daha yaxşı keçirdik. Qətiyyən həvəsdən düşmədik. Qələbə qolunu vurmaq üçün hər şey etdik və sonda istəyimizə çatdıq. Bəhanə kimi səslənməsin, amma bura ciddi itkilərlə gəlmişdik. Nəcip Uysala və ya Kolliyə bir şey olsa, müdafiənin mərkəzində oynatmağa futbolçu yoxdu. Cinah oyunçularımız zatən yoxdu. Bu üzdən rəqibə istədiyimiz kimi təzyiq göstərə bilmədik. Əsas odu ki, qələbə qazandıq. Oyunçuların özünəinamı yavaş-yavaş bərpa olunur. Səfərdə 5 oyundan sonra qalib gəldik. İnşallah, belə də davam etmək istəyirik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

12-11-2023, 15:0

''Qalatasaray''ın seriyaları qırıldı

Dünya futbolu

7-04-2023, 16:0

“Kasımpaşa”da növbəti təyinat

Dünya futbolu

2-09-2023, 11:0

''Trabzonspor'' 1 ildən sonra İstanbulda qələbə qazandı

Dünya futbolu / Manşet

9-08-2022, 14:0

Superliqanın ilk turunda qeydə alınan maraqlı faktlar

Dünya futbolu

26-09-2023, 23:0

Volkan Dəmirəlin ''Trabzonspor''a qarşı möhtəşəm seriyası davam edir

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 335
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə