Çempionlar Liqasında İstanbulda ''Qalatasaray'' ilə ''Mançester Yunayted'' arasında çox vacib duel baş tutacaq.
"Football-plus.az" xəbər verir ki, ingilislər İstanbula 7 itki ilə gələcəklər. Reşford cəza, Maunt, Martines, Malasia, Evans, Eriksen, Kazemiro isə zədə üzündən oyunu buraxmalı olacaq. Bu komandaların ilk oyununda ''Qalatasaray''a 2 qol vurmuş Höylunnun durumuna isə matçdan bir neçə saat öncə aydınlıq gələcək.
Bu arada ''Yunayted''in kapitanı Bruno Fernandeş Türkiyə çempionunu tərifləyib. Bu mövsüm 18 rəsmi oyunda 4 qol, 4 məhsuldar ötürmə ilə fərqlənən 29 yaşlı portuqaliyalı yarımmüdafiəçi bunları deyib: