2023 draftında 1 nömrə kimi seçilən Viktor Vembanyamanın MBA-da debüt etdiyi “San-Antonio” forması “Sotbis” hərracında 762 min dollar satılıb.
"Football-plus.az" xəbər verir ki, Vembanyamanın oktyabrın 25-də - “Dallas”la oyunda geydiyi forma hərrac tarixinə düşüb.
Belə ki, indiyə qədər heç bir basketbolçunun debüt oyununda geydiyi forma belə baha satılmamışdı. Müqayisə üçün deyək ki, Zayon Uilyamsonun 2020-ci ildə debüt oyununa çıxdığı mayka 80 min dollara satılmışdı.
Maraqlıdı ki, “Sotbis”in əməkdaşları Viktorun formasının 80-120 min dollar arası satılacağını proqnozlaşdırırdı.