İdmançımız Eduard Məmmədov Portuqaliyanın Albufeyra şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatının qalibi olub.
“Football-plus.az” xəbər verir ki, təmsilçimiz 63 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
E.Məmmədov “Light Contact” və “Kick Light” versiyaları üzrə 6 döyüş keçirib. Portuqaliya, Britaniya, Qırğızıstan, Macarıstan, Hindistan, finalda isə Slovakiya idmançılarına qalib gələn həmyerlimiz karyerası ərzində 28-ci dəfə dünya çempionu olub.