Avropa Liqasında ən yaxşı oyunçu seçildi

11.11.2023 16:58 206
Avropa Liqası
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.


"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Saşa Horvat qalib gəlib. Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən müəyyənləşib. LASK-ın 27 yaşlı yarımmüdafiəçisi qrup mərhələsinin 4-cü turunun “Yunion” ilə ev oyununda komandasının 3:0 hesablı qələbəsində 1 qol vurub 1 məhsuldar ötürmə etməklə rol oynamışdı.