• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Böyük klublara simpatiya daha çox olur”

Manşet / Avropa Liqası

10-11-2023, 00:0

“Qarabağ” Avropa Liqasının 4-cü turunda “Bayer-04”ə uduzub - 0:1.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlbəttə ki, bu cür azarkeş qarşısında oynamaq çox xoş idi. Onlara da təşəkkür edirəm. Çox istəyərdik ki, bir xal qazanaq. Əfsuslar olsun ki, son dəqiqədə qol buraxdıq. Bu oyun komandaya həm təcrübə, həm dözümlülük baxımından çox şey qazandırdı. Səbəb axtara bilərik. Amma mən tərəfdarıyam ki, özümüz daha diqqətli olmalıyıq. Xüsusən də, belə komandalara qarşı. Məğlub olduq. Amma 90 dəqiqə heç olmasa azarkeşlər yaxşı mübarizə, yaxşı oyun izlədilər. Bu cür komandanı, bu cür futbolçuları canlı gördülər. Belə oyunlar futbolumuzun inkişafına, sevilməsinə böyük fayda verir”.


- Demişdiz ki, "Bayer"ə qarşı əvvəlkindən daha yaxşı çıxış edəcəyik. Qısa müddətdə bu qədər dəyişikliyə necə nail olduz?
- Futbolçuların köməyi ilə. Böyük hesablı məğlubiyyət mən qarışıq, futbolçulara da pis təsir etmişdi. Bu dəqiqə futbol elə səviyyəyə çatıb ki, istənilən matçda 4-5 qol vurmaq problem deyil. Hər tur bunu görə bilirdik. Futbolçular həqiqətən rəqibi analiz edəndə, çox diqqətli oldular, meydanda da çox intizamlı oynadılar, çox səbirli oldular. Məncə, birlikdə yaxşı kollektiv hesabına rəqibə qarşı intizamlı oyun qurduq.

- Arxa xətt oyunçuları dəyişdiz. Zədələri var idi?
- Müdafiə xəttində nadir hallarda dəyişiklik edirəm. Əsas heyətdə dəyişikliyi özüm üçün düzgün saymıram. Çünki rəqibə qarşı ilk onbirliklə hazırlaşırıq. Onlar daha yaxşı icra edirlər tapşırığı. Marko Veşoviç dəyişikliyi özü istədi. Elvin də çox yorulmuşdu. Özü istədi. İlk dəyişiklik düşündüklərimə görə olmadı. Maksim Medvedevi meydana buraxdıq. Üç mərkəz müdafiəçisi ilə oynadıq. Elvin və Veşoviçin çıxması balansı pozdu. Ciddi bir şey də yox idi. Bir epizodda penalti verildi. Orada da bəlkə daha intizamlı oynamaq olardı.

- Penalti epizodunu necə şərh edərdiz? Belə epizod Almaniyada olsaydı, verərdilər penaltini?
- Yalan deyərəm, verərdilər, ya yox. Versəydilər də, daha çox düşünəcəkdilər. Belə epizodlarda həmişə böyük klublara simpatiya daha çox olur. Hakimə iradlarımı bildirdim. Epizoda da baxdım. Oyunçu topu görmürsə, nə etməlidi? Almaniyada olsaydı, 100 faiz verməyəcəkdilər

- Maksim Medvedev oyundan sonra sizinlə danışdı?
- Maksimi görmədim. Meydanda idi. Müzakirə olunası mövzu deyil, texniki epizoddu. O qədər belə oyunlarda bu cür penaltilər olub ki. Dünən "Mançester Yunayted"in oyununda ikinci qolda həm qırmızı, həm də penalti verdilər. Belə penalti vermək çox sadəlöhvlükdü. Mübarizə gedir, əl hərəkətləri olur. Futbolçu əllərini bağlayıb qaça bilməz. Futbolçular diqqətli olmalıdı. Qaydalardı, demək çıxa bilmirlər bundan. Maksimə gəldikdə, müzakirə olunası bir şey yoxdu.

- Andrey Lunyovun vəziyyəti nə yerdədi?
- Dizində ciddi ağrı var. Bəlkə yenidi. Çox ciddi zərbə olmuşdu. Oynaqlarında ağrı hiss edir. Görək də. Ola bilər ki, sabah dəqiq məlumat verək.

- Beş gün öncə "Kəpəz"lə matçı 200 tamaşaçı izləyirdisə, bu gün stadion dolu idi. Bu disbalans futbolçulara mənfi təsir edir?
- Çox təsir edir. Çox istəyərdik ki, milli çempionatımızda da bu qədər azarkeş olsun. Çünki biz texniki, taktiki, fiziki tərəfdən futbolçunu hazırlaya bilərik. Amma onları daha sürətli, düzgün icra etmək üçün azarkeş böyük köməkdi. Biri var ki, futbolçular meydanda danışanda bir-birini eşidirlər, biri də var azarkeşlə olan oyun. Azarkeş üçün oynayırıq. Daha çox azarkeşi stadiona cəlb etməyi düşünməliyik. Futbolu sevdirməliyik. Klublar daxil olmaqla, futbola cavabdeh qurumlar, hamımız futbolu ölkəmizə sevdirməliyik. Olmasa, çempionatlarımızda tribunalar boş qalacaq. Azarkeşssiz futbol, futbola bənzəmir. Deyirlər ki, Azərbaycanda futbolu sevmirlər, azarkeş yoxdu. Xeyr, var. Böyük azarkeş kütləsinə sahibik. Sadəcə hansısa yollarla dil tapıb, matçlara cəlb etmək olar. Stadionda 10-15 min azarkeş olsa, hamımız məsuliyyətli olacağıq. Məğlubiyyətdən daha da qorxacağıq, ustalıq daha tez artacaq. Amma üç gündən sonra "Səbail"lə oyuna çıxacağıq, görək nə qədər azarkeş olacaq.

- "Qarabağ" beşli müdafiəyə keçəndə, qol buraxır. "Viktoriya", "Neftçi" və bu gün. "Qarabağ" dördlü müdafiəni sanki daha çox bacarır, beşli müdafiəyə keçəndə komanda qol buraxır...
- Belə düşünməzdim. Bəli, beşli müdafiə funksiyası var idi, amma dördlü kimi qalmışdıq. Veşoviç və Elvinin çıxması disbalans yaratdı. Bizim bu cür dəyişikliklərlə qalib gəldiyimiz oyunlar da olub. İstəmədən üç oyunçu dəyişikliyinə getdik. Sistem pozulur. Penalti epizodundan başqa nəsə olmadı. Hər şey istədiyimiz kimi gedirdi. Texniki epizod idi. Çox da müzakirə olunası məqam deyil.

- Qapıçının zədələnməsi və müdafiədəki çaxnaşma bu nəticəyə gətirib çıxardı...
- Heç bir çaxnaşma olmadı. Bir epizod idi. Uzun toplar oynayırdılar, heç nə yox idi. Texniki epizod idi.

- "Çerez sebya" oldu..
- Futbolçuları da nəzərə almaq lazımdı. "Bayer" böyük komandadı. Hər epizoddan istifadə etməyi bacarırlar. Yola verək getsin(gülür).

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

27-10-2023, 01:0

"Bunu öz vətənimizdə müzakirə etsək, yaxşı olar"

Manşet / Avropa Liqası

6-10-2023, 02:0

"Oyunçular matçı tam idarə edə bildilər"

Manşet / Avropa Liqası

25-10-2023, 23:0

"Rəqib 2-3 fərqli sistemlə oynaya bilir, rotasiyalar edir"

Manşet / Avropa Liqası

30-08-2023, 18:0

“Bakıda daha ciddi olmalıyıq”

Manşet / Avropa Liqası

25-10-2023, 23:0

"Bütün Azərbaycan xalqının gözlədiyi oyunu nümayiş etdirəcəyik"

Premyer-liqa / Manşet

31-01-2023, 18:0

Vüqar Əsgərli: "Planlaşdırdığımızdan daha yaxşı yerdəyik"

Aktual
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
Son xəbərlər
  • Bu gün, 16:42
    Niderlandda qərar tutdu
  • Bu gün, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 135
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə