“Qarabağ”ın çox yaxşı heyəti var”

10.11.2023 00:34 213
Manşet / Avropa Liqası
“Qarabağ” Avropa Liqasının 4-cü turunda “Bayer-04”ə uduzub - 0:1.

Matçdan sonra qonaqların çalışdırıcısı Xabi Alonsonun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“İlk 15 dəqiqə çox gərgin keçdi. Bütün hücumların qarşısını almağa çalışırdıq. Buna rəğmən qalib gəldik. Penaltidən də olsa, qələbə qələbədi. Qrupda birinci yerdəyik. Amma qələbələri sıralamalıyıq. Futbolçularımız get-gedə daha üstün oyunlar göstərməyə çalışırlar”.


- Birinci oyundan fərqli olaraq, "Qarabağ" sizi nə ilə təəccübləndirdi?
- Heç nə ilə təəccübləndirmədi. Bilirdik ki, hansı komanda ilə oynayırıq. Rəqibin necə oynadığını da bilirdik. "Qarabağ" güclü komandadı. Bunu nəzərə alıb, bura gəlmişdik.

- Çox həyəcanlı görünürdünüz. Bunun səbəbi nə idi?
- Futboldu da. Hirslənə də bilərik. Adi haldı.

- 14 il əvvəl futbolçu kimi bu stadionda meydana çıxmışdınız. Bu dəfə isə baş məşqçi kimi komandanızı meydana çıxardınız. Bununla bağlı nə deyəcəksiz?
- 14 il ərzində çox böyük dəyişiklik var. Həm Azərbaycanda, həm də "Qarabağ"da. 14 il əvvəl heç "Qarabağ"ı tanımırdım. Amma indi nəyə qadir olduqlarını bilirəm. İldən-ilə bu komanda böyüyür və növbəti uğurlar üçün hər şeyi edir.

- Sizcə, son dəqiqədəki penalti epizodu "Qarabağ"ın lehinə olsaydı, baş hakim hansı qərarı verərdi?
- Penaltidi də, istər ilk dəqiqələr olsun, istərsə də son dəqiqələrdə. Əllə oyun var idisə, top qapı tərəf gedirdisə, penalti idi. Referilər bu qərarı verir.

- Gələcək karyeranızı "Real"da davam etdirəcəksiz?
- Mən bu barədə heç nə deyə bilmərəm. Oyun barədə sualınız varsa, cavab verərəm.

- "Bayer"lə yanaşı sizcə, qrupdan üç komandadan hansı çıxacaq?
- "Molde" ilə "Qarabağ" arasında rəqabət gedəcək. Son oyun göstərəcək ki, hansı komanda ikinci yeri tutmağa qadirdi.

- "Qarabağ"ın heyətində hansı futbolçunu xüsusi dəyərləndirərdiz?
- "Qarabağ" çox gözəl komplektləşib, yaxşı heyəti var. Hamısını deyə bilərəm. Yankoviç, Zubir, Juninyo... Digərlərinin xətrinə dəymək istəmirəm. Hamısı yaxşıdı. İnanıram ki, onlar üzərinə düşən işi görəcəklər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul