“İrəli addım atmaq üçün hər üsuldan istifadə etməliyik”

16.10.2023 23:21 185
Yığma / Manşet
Millimiz AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya uduzub - 0:1.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra rəqib komandanın çalışdırıcısı Ralf Ranqnikin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Asan oyun olmadı. Bura hazır gəlmişdik. Azərbaycanın hansı oyuna qadir olduğunu bilirdik, son iki matçlarına baxmışdıq. Bura gələndə Azərbaycanı analiz etmişdik. Asan olmasa da, konsentrasiya olmuşduq ki, qalib gələk. Buna da nail olduq”.


- Son dəqiqələrdə futbolçularınız Şahruddin Məhəmmədəliyevin üzərinə şığıdı. Qorxmurdular ki, cavabı başqa cür olar?
- Davanı nəzərə alırsızsa, bu, futboldu, hər vəziyyət ola bilər. Dava da həmçinin. Sona 10 dəqiqə qalmış Saşa sifətinə zərbə almışdı. Bilərəkdən nəsə etmədi.

- Qələbə qazandıqca, oyunçular rahatlıq hiss edir?
- Oyunçular mahnı oxuyurdular. Qalib gəlməklə arxayınlaşmırıq. Öz üzərimizdə işləməliyik.

- Meydanda hansısa söyüş oldu?
- Meydanda hər şey ola bilər. Futbolçular bir-birini söyə də, itələyə də bilərlər. Fransa, İspaniya, Belçika ilə görüşlərdə də hətta bir-birini söyürdülər. İrəli addım atmaq üçün hər üsuldan istifadə etməliyik. Təsnifat mərhələləri çətin olduğu üçün oyunçular özlərindən çıxırlar.

- Azərbaycan çempionu "Qarabağ" Almaniyanın "Bayer" klubu ilə Avropa Liqasında qarşılaşacaq. Sizcə, "Qarabağ" onlardan xal ala bilər?
- Hazırda başqa oyundayıq. "Qarabağ"la maraqlanırıq, məlumatımız var. "Bayer" indi yaxşı formadadı, Bundesliqada yaxşı nəticələr əldə edirlər. Xal alacaqlar ya yox, bunu vaxt göstərəcək. Yığma ilə bağlı sual varsa, verə bilərsiz. Avstriyada da Azərbaycan klubları izlənilir, "Qarabağ" da tanınır.

- İlk yarıda səhvlər olurdu, oyunçularınız toparlana bilmirdi. Fasilədə onlara nəsə dediz?
- Birinci hissədə çalışdıq ki, erkən qol vuraq, amma alınmadı. Azərbaycan yaxşı müdafiə olunurdu. Səhvlər edirdik, toparlana bilmirdik. İkinci hissə başlayanda oyunçulara dedim ki, toparlanmaq və ən azı bir qol vurmaq lazımdı. Başlayan kimi qol vurduq. Amma rahatlaşmalı deyilik. İkinci yarıda yenə səhvlər edirdik.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul