• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə”dən nə istəyirik? - KÖŞƏ

Manşet / Yazarlar

8-11-2023, 14:0

Mövsümün əvvəlində kimsə desəydi ki, 12 turdan sonra “Zirə” turnir cədvəlinə başçılıq edəcək, buna heç kim inanmazdı.

Rəşad Sadıqovun komandasını ən yaxşı halda 4-cü pillədə təxmin etmək olardı. Lakin sensasiya baş verdi və indi premyer-liqanın lideridi.

Bir çoxları bu durumdan narazıdı. Bəziləri iddia edir ki, “qartallar” hədsiz baxımsız oyun sərgiləyir. Hətta hakimlərin qəsəbə təmsilçisinə kömək etdiyini iddia edənlər də var. Heç cür anlaya bilmirəm ki, nə baş verir? “Zirə”nin lider olmasının nəyi pisdi? Və burda nə qəribəlik var? Bəli, haqlı yanaşmadı ki, “qartallar” baxımlı oyun göstərmir. Buna görə klub rəhbərliyini qınamaq lazımdı ki, niyə potensialı zəif olan futbolçular transfer edilib. Və yaxud da Rəşad Sadıqovu tənqid etmək lazımdı ki, hücumdakı problemləri həll edə bilmir. Bunlar normal və haqlı iradlardı. Amma “Zirə”nin lider olması qəsəbə təmsilçisinin problemi deyil. Adamlar çatışmazlıqlara rəğmən, turnir cədvəlinə başçılıq edir. Onsuz da hamı bilir ki, “Zirə” bu heyətlə çempionluğa layiq deyil. Çox güman, bunu Rəşad Sadıqov da anlayır. Çünki hər dəfə komandadakı problemləri ictimaiyyətə açıqlayır. Yəni “qartallar” özü də anlayır ki, çempionluq onlarlıq deyil. Amma premyer-liqada yaranan qeyri-adi durumdan çox əla şəkildə yararlanırlar. Bu, indi “Zirə”nin problemidi? Biz “Qarabağ”ın yaxasından yapışmalıyıq ki, niyə 12 tur ərzində 3 dəfə məğlub olub, 2 dəfə heç-heçə edib. “Neftçi” rəhbərliyini, baş məşqçisini asıb-kəsməliyik. Çünki yayda, demək olar ki, Adrian Mutu üçün yeni komanda quruldu, ürəyi istəyən futbolçular transfer olundu. Amma “ağ-qaralar” 12 həftə ərzində 5 qələbə qazanıb, 3 heç-heçə edib, 4 dəfə uduzub. Konfrans Liqasının 2-ci mərhələsində “Partizan”ı bir oyunda məğlub etdiyi üçün adına dastanlar yazılan Murad Musayevi dar ağacından asmalıyıq. Soruşmalıyıq ki, nə üçün “Sabah” bu gündədi. Niyə Coy-Lens Mikelsi və Aleksey Kaşuku əvəz edəcək futbolçu tapa bilməyib. Masazır təmsilçisinin rəhbərliyini qınamalıyıq ki, nə üçün adı çəkilən oyunçuları Masazırda saxlaya bilmədi.

“Qəbələ” haqda, ümumiyyətlə, danışmaq lazım deyil. Ölkə kubokunun son qalibi indi turnir cədvəlinin zirzəmisindədi. Can üstədilər ki, premyer-liqada qala bilsinlər. Mütəxəssis komandanı bu durumdan çıxara bilmir. Fariz Nəcəfovdan haqq-hesab tələb etməliyik ki, titul qazanan kollektivi niyə qoruya bilmədi.

Şahin Diniyevin rəhbərlik etdiyi “Səbail”i tənqid etməliyik. Çünki rəhbərlik təcrübəli mütəxəssis üçün əla komanda formalaşdırıb. Amma “Zirə”nin bacardığını edə bilməyərək lider ola bilmir. Açığı, yuxarıda sadaladığım komandalardan hazırda ən yaxşı durumda olan elə “Səbail”di. Birdən-birə “hop” eləmək istəmirlər. Amma “Zirə” digər rəqiblərin pis vəziyyətindən yararlana bilirsə, “dənizçilər” açıq dənizdə lövbər salmalıydılar.
Hə, indi deyin görək, “Zirə”ni tənqid etməyə, asıb-kəsməyə haqqımız çatır? Bu qədər başqa problemlər varkən mövzu təkcə niyə “qartallar” olur? Onsuz da özləri də bilirlər ki, çempionat ola bilməyəcəklər. Ən yaxşı halda 3-cü kimi Konfrans Liqasına vəsiqə qazanacaqlar. Məhz bu yolda əmin addımlarla irəlilədiyinə görə “Zirə”ni tənqid edirik?

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Yazarlar

22-09-2023, 22:0

Rəşad Sadıqov onlara nəzər yetirsə... - KÖŞƏ

Dünya futbolu

21-04-2022, 13:0

Levandovski Naqelsmanndan narazıdı

Aktual / Ölkə futbolu

14-08-2023, 16:0

Gedən futbolçu dedi: “Rəşad Sadıqovun rəhbərliyi altında çıxış etmək ayrıca dəyərdi”

Premyer-liqa / Manşet

7-10-2022, 19:0

“Zirə”dən qələbə - YENİLƏNİB

Premyer-liqa / Yazarlar

22-09-2023, 19:0

“Zirə” nəyi haqq edir: tərifi, yoxsa tənqidi? - KÖŞƏ

Aktual
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
Son xəbərlər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 161
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə