• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Seçim prosesinin gözlənilən və gizli sonu

DÇ 2026

6-11-2023, 22:0

Oktyabrın 31-də 2034-cü ildə keçiriləcək dünya çempionatının təşkilatçılıq hüququ uğrunda mübarizədə ilkin mərhələyə yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, nhəng turnirə iddialı ölkələrin FİFA-ya ərizə təqdim etməsi üçün nəzərdə tutulan son müddət arxada qalıb. Artıq 11 ildən sonrakı mundialın Səudiyyə Ərəbistanında keçiriləcəyini əminliklə söyləmək olar.

“Rəqiblər” bir-bir niyə kənara çəkildi?
Oktyabrın son günündə Səudiyyə Ərəbistanının DÇ-2034-ə iddia edən yeganə dövlət olduğuna rəsmən aydınlıq gəlib. Asiyanın bu ölkəsi bir müddət əvvəl mundiala evsahibliyi etmək üçün FİFA-ya ərizə təqdim etmişdi. Səudiyyə krallığı ilə formal olaraq rəqabət aparan Avstraliya isə mübarizədən kənara çəkilib. Bu ölkənin futbol federasiyasının rəhbərliyi nəhəng turnirə evsahibliyi etmək üçün ərizə verməmək qərarına gəlib. Qurumun rəsmi saytında verilən məlumatda DÇ-2034-ün təşkili üçün ərizə təqdim etmək imkanlarının araşdırıldığı və bütün amillər nəzərə alınaraq mundial üçün mübarizə aparmamaq qərarına gəlindiyi bildirilib.

Coğrafi baxımdan Okeaniya zonasına daxil olsa da, klub və milli komandaları çoxdan Asiya turnirlərində çıxış edən avstraliyalıların son anda belə addım atacaqları ehtimal olunurdu. Beləliklə, 48 komandanın qatılacağı DÇ-2034 Səudiyyə Ərəbistanında keçiriləcək. Artıq FİFA-nın prezidenti Canni İnfantino bu fikri təsdiqləyib.

Məsələ planetimizin regionları ilə bağlıdı. DÇ-2022 Asiyada (Qətər) baş tutub. DÇ-2026 Şimali Amerikada (ABŞ, Kanada, Meksika), DÇ-2030 isə birdən-birə üç qitədə - Cənubi Amerika (Uruqvay, Argentina, Paraqvay), Afrika (Mərakeş) və Avropada (İspaniya, Portuqaliya) keçiriləcək. FİFA-nın regionları sıralamağa (bu prinsipə 2002-ci ildən riayət olunur) davam edəcəyi nəzərə alındıqda DÇ-2034-un ya Asiyada, ya da Okeaniyada təşkil olunacağı aydın idi.

Səudiyyə Ərəbistanının sifariş ərizəsini 100-dən artıq ölkə dəstəkləyir. Hər halda yerli mənbələr belə iddia edirlər. Mərakeş, Misir, Bəhreyn, Küveyt, Pakistan kimi müsəlman ölkələrinin daxil olduğu siyahıda Azərbaycan da var.

Səudiyyəlilərin ehtimal olunan rəqiblərinin planı müxtəlif səbəblərdən baş tutmayıb. Beynəlxalq mediada ACEAN ölkələri (İndoneziya, Filippin, Tayland, Sinqapur, Myanma, Malayziya, Laos, Kamboca, Vyetnam, Bruney), Qazaxıstan və Özbəkistan, həmçinin Avstraliya ilə Yeni Zelandiyanın turnirə şərikli iddiası ilə bağlı uzun müddət məlumatlar yayılmışdı. Son iki ölkənin bu il qadınlar arasında baş tutan dünya çempionatından sonra kişilərin yarışını da təşkil etmək ehtimalı vardı.

Qazaxıstanla Özbəkistan ümumi iddiadan daha tez əl çəkdi. Avstraliya ilə Yeni Zelandiyanın infrastrukturla bağlı problemləri var. Bu ölkələr üçün 32 qadın komandasının yarışını təşkil etmək kifayət edirdi. Daha kişilərdən ibarət 48 komandalı turnirin yükünü çəkmək imkanları praktiki cəhətdən yox idi. Avstraliya ilə Yeni Zelandiyaya vəziyyətdən çıxış yolu kimi İndoneziya, Malayziya və Sinqapurla birləşmək təklif olunmuşdu. Lakin İndoneziya bu alyansa daxil olmaq istəmədi və Səudiyyə Ərəbistanını dəstəkləyənlərin sırasına keçdi. Odu ki, səudiyyəlilər təşkilatçılıq hüququ uğrunda mübarizədə real rəqiblər olmadığı üçün yeganə iddiaçı kimi qaldılar.

Səudiyyə Ərəbistanı mundiala nə üçün iddia edir?
Ortaya təbii sual çıxır: Səudiyyə Ərəbistanı mundiala nə üçün ciddi şəkildə iddia edir? İndi bu suala cavab tapacağıq. Ölkə rəhbərliyi 2016-cı ildə neftdən asılılıqdan qurtuluşu nəzərdə tutan inkişaf kursunu bəyan edib. Artıq krallıqda “Vision 2030” dövlət proqramı əsasında digər gəlir mənbələri üzrə fəal şəkildə iş aparılır. Əsas hədəflər sərmayə qoymaqla qazanc əldə etmək, Ümumi Daxili Məhsulda qeyri-neft ixracı üzrə göstəricini 16 faizdən 50-yə yüksəltmək, Həcc ziyarətçilərinin sayını artırmaq və daha çox turist cəlb etməkdi.

Bunlardan başqa ölkənin imicinin tədricən dəyişdiyi göz qabağındadı. Və futbol bütün idman sahəsi kimi bu strategiyada vacib bənd rolunu oynayır. Krallıq bütün dünyanın diqqətini cəlb etmək üçün “Formula-1”in mərhələsini satın alıb, Səudiyyə Ərəbistanında qolf və padel üzrə alternativ dünya seriyaları reallaşıb, boks və tennisə sərmayə qoyulub, “Nyukasl” futbol klubu alınıb və bu il futbol üzrə ölkə çempionatına onlarla tanınmış oyunçular cəlb edilib.

İndi qarşıdakı daha böyük hədəf dünya çempionatının təşkilatçılıq hüququnu rəsmən qazanmaqdı. Həm də buna əsas siyasi rəqib olan Qətərin mundialı yüksək səviyyədə təşkil etməsindən sonra nail olmaq səudiyyəlilər üçün prinsipial məsələdi. Qonşu ölkələr arasındakı münasibətlər XXI əsrin əvvəllərindən pisləşməyə başladı. Qətərin Səudiyyə Ərəbistanından iqtisadi asılılığını aradan qaldırmaq üçün islahatlara start verməsi ciddi nəticələrə səbəb oldu. Kiçik ölkə dünyanın aparıcı mayeləşdirilmiş təbii qaz istehsalçısına çevrildi, üstəlik İran və Türkiyə ilə dostlaşdı. Qətərin bir müddət sonra Misirdə inqilaba başçılıq edən və Səudiyyə Ərəbistanında terrorçu kimi tanınan “Müsəlman qardaşları” hərəkatına dəstək verməsi münasibətləri daha da pisləşdirdi. Yaxın Şərqin ən böyük ölkəsi olan Səudiyyə krallığı buna cavab olaraq Qətərin dəniz və hava yolu ilə blokadaya alınması təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsü Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir, Maldiv adaları, Mavritaniya, Mavriki, Sudan, Seneqal, Cibuti, Komor adaları, İordaniya, Liviya və Yəmənin dəstəklədiyini də qeyd edək.

Amma DÇ-2022-nin ötən ilin noyabrında start götürən final mərhələsi ərəfəsində münasibətlər bir qədər isinməyə başladı. Səudiyyə Ərəbistanının kral ailəsi bir neçə yoldaşlıq matçı keçirmək üçün PSJ-ni ölkəyə dəvət etdi. Qətərlilərə məxsus olan Fransa klubu əvvəlki illərdə belə oyunlar seriyasını Ərəbistan yarımadasında yerləşən kiçik ölkədə keçirmişdi. Səudiyyə Ərəbistanının dövlət fondu isə Qətərin “beIN Sport” idman kanalları şəbəkəsində paya sahib olmaq perspektivini nəzərdən keçirdi.

Bütün bunların fonunda iki ölkə arasındakı rəqabət mühiti olduğu kimi qalır. Səudiyyəlilər indi Qətərin son mundialdakı təşkilatçılığına kölgə salmaq niyyəti güdürlər. Yeri gəlmişkən, onlar əvvəlcə DÇ-2030-a iddia edirdilər. Bu turniri rotasiya səddini arxada qoyaraq Misir və Yunanıstanla birlikdə təşkil etməyi düşünürdülər. Lakin sifariş ərizəsini seçkiyə təxminən iki ay qalmış geri götürdülər. Bu addımı isə DÇ-2034-ə daha yaxşı köklənmək üçün atdılar. Krallığın bu yarışı heç kimlə bölüşmək istəmədiyi də məlum idi. Doğrudu, səudiyyəlilərin FİFA-ya təqdim etdikləri ərizənin detalları hələ açıqlanmayıb, yəni planların miqyası sirr kimi saxlanılır.

FİFA üçün başqa hansı motiv var?
Səudiyyə Ərəbistanı FİFA üçün Asiyanın nəhəng turnirə real şəkildə iddia edən ən varlı və perspektivli ölkəsidi. Bu səbəbdən ali futbol qurumu ərəblərlə dostluq etməkdə maraqlı idi. Tərəflərin bir-birinə yaxınlığını göstərən faktlar kimi prezident İnfantinonun DÇ-2018 və DÇ-2022-nin açılış mərasimləri zamanı krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə yanaşı oturmasını xatırlatmaq olar.

Nəticədə ortaya maraqlı mənzərə çıxır: dünyanın iki ən nüfuzlu futbol təşkilatı özü üçün Yaxın Şərqdə sərfəli tərəfdaş tapıb. Qeyd edək ki, UEFA Qətərlə çoxdan əməkdaşlıq edir: PSJ-nin bossu Nasser Əl-Xelayfi Avropa Klublar Assosiasiyasının sədri və Klubların Həmkarlar İttifaqının rəhbəridi, üstəlik “Qatar Airways” AÇ-2020-in sponsorları sırasına daxil olub. FİFA isə indi Yaxın Şərqdə Səudiyyə Ərəbistanının simasında belə cəlbedici tərəfdaşla əməkdaşlıqda maraqlıdı.

Yeri gəlmişkən, futbolun Qərbi Asiyada inkişafı ilə bağlı FIFA Forward 3.0 forumu paytaxt Ər-Riyadda təşkil edilib, bu il Klublararası Dünya Çempionatı (KDÇ) Ciddədə keçiriləcək (bu şəhərdə Asiya Çempionlar Liqasının son qalibi “Urava Red Daymonds” və Səudiyyə Ərəbistanı çempionu “Əl-İttihad” da çıxış edəcək).

Qısası, FİFA rəhbərliyinin məqsədi təşkilata pul axınını təşkil etməkdi. 2022-26-cı illəri əhatə edəcək tsikl ilə bağlı böyük vəzifələr nəzərdə tutulub: gəlirlərin teleyeyın hüququnun satışı üzrə 3 milyard dollardan 4 milyarda, marketinq üzrə 1,7 milyarddan 2,6 milyarda, bilet satışı üzrə isə 500 milyon dollardan 3 milyarda qədər artırılması planlaşdırılıb. FİFA-ya bu planların həyata keçirilməsində iştirakçı sayı artırılacaq KDÇ-2025-in və DÇ-2026-nın təşkilinin, sonra isə Səudiyyə Ərəbistanının qonaqpərvərliyinin çox köməyi olacaq.

FİFA isə Səudiyyə krallığına dünyadakı imicini dəyişməkdə kömək edir. Bunun üçün “Football for Schools” layihəsi yaradılıb. Bu layihə 4 təlim mərkəzində qadın məşqçilərin və qız futbolçuların təlimini nəzərdə tutur. Bir sözlə, qarşılıqlı olaraq sərfəli əməkdaşlıqdı.

Paylaş:
Digər xəbərlər

DÇ 2026

31-10-2023, 21:0

Avstraliya DÇ-2034-ə iddiadan geri çəkildi

DÇ 2026

7-08-2023, 22:0

Avstraliya DÇ-2034-ə iddia edir

AÇ

6-10-2023, 14:0

AÇ-2028 Böyük Britaniyada və İrlandiyada keçiriləcək

Aktual

7-10-2023, 21:0

AFFA Səudiyyə Ərəbistanının təşəbbüsünü dəstəklədi - BƏYANAT

DÇ 2026

15-02-2023, 12:0

Klublararası dünya çempionatı harda keçiriləcək?

Dünya futbolu

15-12-2022, 18:0

Səudiyyə Ərəbistanı yeganə namizəd oldu

Aktual
Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
“Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
"Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
"Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
"Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Son xəbərlər
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Dünən, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Dünən, 20:26
    Mançesterdən Madridə yollandı
  • Dünən, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
  • Dünən, 19:20
    Vaci ilə yeni müqavilə
  • Dünən, 18:59
    Təntənəli çəkiölçmə mərasimi baş tutdu -UFC Bakı
  • Dünən, 18:27
    "Qarabağ"ın yeni futbolçusundan paylaşım
  • Dünən, 17:56
    "Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
  • Dünən, 17:29
    Elman Himayətoğlunun vəzifəsi artırıldı
  • Dünən, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
  • Dünən, 16:37
    Karyerasını başa vurdu
  • Dünən, 16:16
    "Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
  • Dünən, 15:59
    Cüdoçumuz bürünc medal qazandı
  • Dünən, 15:28
    ''Fənər''in sabiq baş məşqçisi Türkiyədə saç əkdirdi
  • Dünən, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
  • Dünən, 14:36
    "Səbail"dən daha bir transfer
  • Dünən, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Dünən, 13:58
    Vernidub daha iki il "Neftçi"də
  • Dünən, 13:16
    "Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
  • Dünən, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Dünən, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Dünən, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Dünən, 11:23
    Romadan Milana üz tuta bilər
  • Dünən, 10:52
    Parisi tərk edəcək
  • Dünən, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Dünən, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Dünən, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Dünən, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Dünən, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
Daha çox
Oxunub: 308
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 295
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 264
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 261
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 217
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə