Uzun illər kişi voleybolçulardan ibarət “Neftçi”nin şərəfini qoruyan Vadim Kutukovun bu yay “ağ-qaralar”la yollarını ayırdığını daha əvvəl xəbər vermişdik.
“Football-plus.az”ın əldə etdiyi bilgiyə görə, 36 yaşlı oyunçu “Azərreyl”ə keçib. O, “dəmiryolçular”la mövsümünn sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Kutukov ötən ay “Murov Az Terminal”ın heyətində Türkiyənin Balıkəsir şəhərində ilk dəfə keçirilən çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibi olub.
CAVİD ƏLİYEV