Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun (Beach Volley European Cup) qalibi "Murov Az Terminal" oldu.
Belə ki, komandamız həlledici oyunda ev sahibi Türkiyənin "TVF Spor Lisesi SK Ankara" klubunu məğlub edib - 15:10.
Bu tarixi uğurla bağlı yarışda iştirak edən kişi voleybolçulardan ibarət yığmanın üzvü Vadim Kutukov eksklüziv olaraq "Football-plus.az"a danışdı:
"İnan ki, hələ özümüzü yuxuda hiss edirik. Əlimizdə qızıl medal və kubok, amma şokdayıq. Bəlkə vətənə döndükdən sonra hansı tarixi nəticə qazandığımızı düşünərək fəxr hissi yaşaya bilərik. Çox böyük uğur qazandıq. Bu nəticəmiz gələcək üçün də böyük yükdü. Çünki bu cür kuboku qorumalıyıq. Azərbaycan Voleybol Federasiyası və Gənclər İdman Nazirliyinin birgə təşkilatçılığı ilə bu yarışa qatılmışdıq. Onlara da təşəkkür edirəm. Bununla dayanmırıq və növbəti arzumuz Olimpiyadaya vəsiqə qazanmaqdı. İndi isə şokdayıq" (gülür).
CAVİD ƏLİYEV