Türkiyənin Balıkəsir şəhərində ilk dəfə təşkil olunan çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibi olan "Murov Az Terminal"ın vətənə dönəcəyi tarix bəlli olub.
"Football-plus.az" saytının əldə etdiyi məlumata görə, çempionlar Bakı vaxtilə saat 01.30-da Heydər Əliyev Hava Limanında olacaqlar.
Qeyd edək ki, komandamız final matçında ev sahibi təmsilçisi TVF Spor Lisesi SK Ankara” kollektivinə qalib gələrək qızıl medallara sahib çıxıb.
CAVİD ƏLİYEV
Çempionlar bu tarixdə Bakıya dönür - ÖZƏL
Aktual / İdman





