"Murov Az Terminal" tarix yazdı

8.10.2023 21:50 314
İdman / Manşet
Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) ölkəmizi təmsil edən "Murov Terminal" final matçında Türkiyənin "TVF Spor Lisesi SK Ankara" klubunu 15:10 hesabı ilə məğlub edərək Avropa Kubokunun qalibi olub.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz çempionluq matçında ev sahibi Türkiyənin "TVF Spor Lisesi SK Ankara" klubu ilə üz-üzə gəlib. Komandalar arasında keçirilən iki oyundan birində ev sahibləri, ikincisində isə komandamız qələbə qazanıb. Kubokun qalibi isə qızıl setdə müəyyənləşib. Burda 15:10 hesabı ilə qalib olan İqor Olefirin kollektivi Avropa Kubokunun sahibi olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul