Matç 1:1 hesabıyla yekunlaşıb. Füzuli Məmmədovun yetirmələrindən qolu Tuncay Əhmədov vurub. Bu, yeniyetmələrimiz 3-cü oyunu idi. Buna qədər isə yığmamız Serbiyaya 1:5, Sloveniyaya isə 0:3 məğlub olmuşdu. U-17-in belə çıxışı birmənalı qarşılanmayıb. Odu ki, "Football-plus.az" saytı olaraq, komandanın baş məşqçisi Füzuli Məmmədov seçmə mərhələdəki zəif çıxışıyla bağlı açıqlama aldıq:
"Bu oyunlara ciddi hazırlaşmışdıq. Hər bir oyunda mübarizliklə çıxış edib maksimum xal toplamağı hədəfləmişdik. Rəqiblərimizin hər biri aşağı-yuxarı bərabər səviyyədəydi. Hətta çoxlarının zəif saydığı Lüksemburq da son dərəcə üstün heyətə malik idi. “Cırtdanlar”ın heyətindəki oyunçuların çoxu Avropanın müxtəlif çempionatlarında oynayır. Onlar Sloveniya ilə oyunda hesabı açan tərəf idi və 90+4-cü dəqiqəyə kimi qələbə qazanırdılar. Ani səhvdən qol buraxdılar və görüş heç-heçə bitdi. Bunları deməklə zəif çıxışımıza bəraət qazandırmıram. Amma səviyyə fərqi göz önündədi. Unutmatyaq ki, ilk beynəlxalq görüşlərimizi keçirdik. Üzərimizdə təzyiq, stress vardı. Ona görə səhvlərimiz, buraxdığımız qollar da bu üzdən baş verirdi. Amma bizim üçün yaxşı təcrübə oldu. Serbiya ilə matçda yaxşı çıxış etmşdik. Amma sonrakı oyunlarda inkişaf gördüm. Uşaqlar oyundan-oyuna artırırdılar. Təbii ki, bundan yaxşı çıxış edə bilərdik amma alınmadı. İrəli baxmalı və qazandığımız təcrübələrlə inkişaf etməliyik. Bu uşaqların potensialı var. Onların daha yaxşı çıxış edəcəklərinə inanıram".
ABDULLA İSMAYILOĞLU






