• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

10 nəfərlə oynadılar, Nazim Süleymanov qəzəbləndi, Zahid Niyazəliyev qaçdı - ÖZƏL REPORTAJ

Ölkə futbolu / Manşet

28-10-2023, 13:0

Son iki həftədə 1-ci liqa təmsilçisi "İrəvan"ın başı üzərindən qara buludlar çəkilmir. Az qala hər gün klubun düşərgəsindən hansısa qalmaqal və narazılıq xəbəri gəlir.

Qərbi Azərbaycanı təmsil etməyə iddialı komanda 5-ci turda futbolçuların boykotu üzündən İmişliyə yollanmamaqla gözdən düşdü. Son bir həftədə isə “İrəvan”ın “Şamaxı” ilə ev oyununa çıxıb-çıxmayacağı yönündə də söz-söhbət gəzirdi. Əslində bu müddətdə “Futbol+”də gedən yazılarda “pələnglər”in, necə olur-olsun, “şirlər”lə oyuna çıxacağını xəbər vermişdik. Axı 2-ci texniki qələbə “İrəvan”ın avtomatik turnirdən çəkilməsi demək idi. Hər şeyi yerində görmək ümidi ilə srağagün "ASK Arena"ya yollandım.

13.00-da start götürəcək oyunun başlamasına dəqiqələr qalsa da, söhbətlər, şayiələr bitmirdi. Amma "İrəvan" meydana çıxdı. Buna meydana çıxmaq demək mümkünsə. Nazim Süleymanovun komandası oyuna 10 nəfərlə başladı. Hərçənd oyundan əvvəl PFL-in saytına qoyulan protokolda əsas heyətdə 11, ehtiyatda 1 futbolçu göstərilmişdi. Faktiki qazona 10 oyunçu ayaq basdı, ehtiyat oyunçu kimi göstərilən Elşən Abdullayev isə zədəliydi və idman paltarında deyildi.

İrəvanlılar necə miskin durumdadısa, qapıçı Rafiq Həsənova 5 nömrəli formanı geyindirmək meydan sahə oyunçusu kimi çıxarmışdılar. Maaşlarını ala bilmədiyinə görə etiraza qalxan, komandanı boykot edən futbolçular heç stadiona da gəlməmişdilər. Böyük ümidlərlə transfer olunan Mirabdulla və Mirsahib Abbasov qardaşları, Vüqar Bəybalayev, Famil Camalov, Fərid Kərimzadə, Ruslan Hacıyev, Arsen Ağcabəyov, Asim Əlizadə və başqa premyer-liqa təcrübəsi olanlar ümid qanadları sındırıldığından artıq "İrəvan"da oynamaq istəmirlər. Bir ilə yaxını futbolsuz qalan Elvin Yunuszasə kapitan sarğısıyla meydana çıxmışdı. Bu, "Neftçi" yetirməsinin başıbəlalı klubda ilk oyunu idi. O, yalnız təcrübəsinə və Fəhmin Muradbəyliyə güvənə bilərdi. Elə son mövsümü "Araz-Naxçıvan"da keçirən Fəhmin də bu görüşdə debüt edirdi. Sanki ikisi batmaqda olan gəmini xilas etmək üçün son çarə idi. Kasad heyətə nəzər yetirəndə ilk 4 turda komandanın şərəfini qoruyanlardan beşini (Andrey Sinenka, Ege Atlam Adnan,  Bəşir Ayralov, Kamal Mirzəyev, Ramin Məhərrəmov) meydanda gördük. 

Stadionda bir ovuç azarkeş var idi ki, onların çoxu "Sabah-2"nin oyunçuları və veteranlar idi (İqor Ponomaryov, Vəli Qasımov, "Şamaxı"nın İdarə Heyətinin sədri Elçin Usub, həmçinin futbolçulardan Nicat Mehbalıyev, Rəşad Əzizli). Region Liqasının son finalçısı "Çinar-Zəngilan"nın baş məşqçisi Anar Dünyamalıyev də oyunu izləyənlər arasındaydı. 

Hakimin start fitindən sonra bölgə təmsilçisi yırtıcı kimi meydan sahiblərinin üzərinə atıldı. "Şirlər" irəvanlıların qapısı ağzında "Barbarossa əməliyyatı” keçirməkdəydi. İlk yarıda "İrəvan"ı əməlli-başlı kötəklədilər. Fasilədən sonra da aşağı-yuxarı oxşar ssenari görsək də, meydan sahibləri təsəlli qolu ilə darmadağından qaçdı. Təbii ki, "Şamaxı"nın gözləniləndən zəif çıxış etməsinə və imkanlardan yararlanmamasına görə yekun hesab 1:3 oldu. Amma "İrəvan” rəzaləti, fiaskosu hələ qabaqdaydı. Belə ki, oyundan sonra nə klub rəsmiləri, nə də baş məşqçi futbol məkanına təşrif buyuran yeganə jurnalistin - mənim suallarıma cavab vermədi. Onları 40 dəqiqədən çox paltardəyişmə otağındada gözləməli oldum.

Belə ki, klub prezidenti Zahid Niyazəliyevlə baş məşqçi Nazim Suleymanov meydana ayaq basan futbolçuları razı salmaq üçün dil tökürdü. "Kartınızı atın, 5-10 manat göndərərik" vədi verən kim, "axı söz vermişdiz ki, bu gün hesablarımıza bütün maaşı köçürəcəksiz" deyən kim, "siz Allah, bir az da səbr edin hər şey qaydasına düşəcək", - deyə təsəlli verən kim... Kəsəsi, paltardəyişmə otağı vədlər-tələblər mübadiləsi otağına çevrilmişdi. Bu "məclis"dən sonra yenidən Sülemanovdan oyun və böhran ilə bağlı açıqlama almağa bir neçə dəfə cəhd göstərdim. O isə "mənim sənə burda açıqlama verməyim düz deyil, nə suallarınız var, mətbuat katibinə ünvanlayın, o mənə göndərəcək, cavablayacam", - deyə həqiqətləri deməkdən boyun qaçırdı.

Nazim bəyə futbolçu kimi hörmətimiz var. Amma başqa vaxt "ay qoymayın, futbolumuz əldən gedir", "ölkə futbolunu məhv etdilər" kimi gəlişigözəl sözlər deyən veteran futbolçu indi baş götürüb hara qaçır?! Belə hal gizli alver edib sahə rəisi görünəndə dovşan kimi qaçan alverçinin vəziyyəti xatırladır. Nazim bəy, axı siz alverçi, əl altından mal satan deyilsiz... Harda qaldı ədalət çarçılığınız, futbolumuzu qorumaq eşqiniz niyə tükəndi? 

Hələ "mən 40 ildi jurnalistəm" deyən və mətbuat katibi potunda otu(zdurula)ran Mübariz Süleymanlının durub "jurnalistin  suallarına vacib deyil ki, oyundan sonra cavab verilsin, istəyirsiz, suallarınızı yazın, sonra cavablayrarıq" ehkamı necə "parlaq" karyeraya sahib olduğunu göstərir.
Orta əsrlərdə krallar ya döyüşün gedişində, ya da məğlubiyyətlər zamanı özünü qul qiyafəsinə salıb aradan çıxar, ya da qadın paltarı geyib qaçardılar. "İrəvan"ın prezidentiyəm” deyib sinəsinə döyən Zahid Niyazəliyev də matç bitən kimi aradan çıxmışdı. "İrəvan"ın başqanını nə asan, nə də kəsən var idi. Ancaq o, suallardan qaçdı. Bir insan suallardan qaçırsa, deməli, gizlətdiyi çox şeyi var. Deməli, böyük iddialardan dəm vuran "İrəvan" ailəsində böyük qanunsuzluqlar, özbaşınalıq, dələduzluq var. Yoxsa təcrübəli futbolçular niyə komandanı  boykot etsin?! Beləliklə, “üstü bəzək, altı təzək” olan layihə iflasa uğramaqdadı.

ABDULLA İSMAYILOĞLU 

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

21-10-2023, 11:0

“İrəvan” rəhbərliyinin 5 gün vaxtı var

1-ci liqa / Manşet

24-10-2023, 19:0

“Heç bir arxayınlıqdan söhbət belə gedə bilməz”

1-ci liqa / Manşet

22-10-2023, 12:0

"İrəvan"ın gəlməyəcəyi barədə bizdə heç bir rəsmi məlumat yox idi”

1-ci liqa / Manşet

26-10-2023, 14:0

Daha bir şok: “İrəvan” meydana 10 futbolçu ilə çıxdı!

1-ci liqa / Manşet

24-10-2023, 13:0

“İrəvan” rəhbərliyi futbolçuları şantaj edir

1-ci liqa / Manşet

10-07-2023, 22:0

"İrəvan" güclü heyət formalaşdırır

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə