• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İstanbulda növbəti desibel rekordu qırıldımı?

Dünya futbolu

27-10-2023, 20:0

Çempionlar Liqasında böyük maraq və səbirsizliklə gözlənilən “Qalatasaray” – “Bavariya” qarşılaşması ümidləri artıqlaması ilə doğrultdu.

“Football-plus.az” xəbər verir ki, həm “Qalatasaray”lı futbolçuların, həm də tribunaları dolduran fanatların mükəmməl performansına baxmayaraq, Münhen nəhəngi səviyyəsini və təcrübəsini göstərərək qalib gəlməyi bacardı. Düzdü, bəziləri nəticənin ədalətsiz olduğunu iddia edə bilər. Amma fakt budu ki, “Bavariya” rəqibdən daha zəif təsir bağışlamasına rəğmən, 3 xalı qazandı.

“Cim-Bom” fanatları növbəti dəfə bütün dünyada adından söz etdirməyi bacardı. 90 dəqiqə ərzində susmaq bilməyən və rəqib oyunçulara əsl cəhənnəmi yaşadan fanatlar ən xoş sözlərə layiqdi. Əslində Türkiyə mətbuatında bu matçda desibel rekordunun qırılacağı ilə bağlı məlumatlar var idi. “Fanatik” nəşri bununla bağlı bir hazırlığın olduğunu iddia etmişdi. Amma rekordun yenilənib-yenilənməməsi barədə hələlik bir məlumat yoxdu. Xatırladaq ki, bu göstəricidə rekord elə “Qalatasaray”ın özünə məxsusdu. Özü də söhbət “Ginnesin Rekordlar Kitabı”na düşən göstəricidən gedir. 2011-nin martında “Fənərbaxça”ya qarşı evdəki derbidə “Cim-Bom” fanatları 131,76 desibellik gurultu qoparmışdılar. Bu rekord hələ də də yenilənməyib. Düzdü, bu mövzu indiyə qədər müzakirəyə açıqdı. Çünki bir çoxları rekordun “Beşiktaş”a aid olduğunu iddia edir. Məsələn, 2007-nin oktyabrında “Liverpul”a qarşı ev oyununda “İnönü” stadionunda 132 desibellik səs rekordu qeydə alınmışdı. Bu fakta UEFA-nın rəsmi saytında da rast gəlmək olar. Eləcə də bir çox mənbədə “Beşiktaş” fanatlarının 2016-cı ildə “Bursaspor”la oyunda 135 desibel, 2013-cü ildə “Gənclərbirliyi”nə qarşı “İnönü”dəki son matçda isə 142 desibellik rekord müəyyənləşdirdiyi qeyd olunub. Sadəcə, buna əvvəlcədən hazırlıq görülmədiyi üçün bu göstəricilərin heç biri “Ginnesin Rekordlar Kitabı”nda qeyd olunmayıb. 2011-ci ildə isə “Qalatasaray” buna əvvəlcədən hazırlıq görmüş və rekordlar kitabının üzvlərini İstanbula dəvət etmişdi.
“Sarı-qırmızılar”ın fanatlarının srağagünkü performansını “Bavariya”lı futbolçular hələ uzun müddət xatırlayacaq. 1 qol, 1 məhsuldar ötürmə ilə komandasının qələbəsində mühüm rol oynayan İngiltərə yığmasının kapitanı Harri Keyn matçın ardından bunları dedi: “Çox mühüm bir qələbə qazandıq. Bu stadionda oynamaq asan deyil. Fanatlar onları durmadan irəli səsləyirdi. Bu məqam xüsusilə ilk yarıda işimizi çətinləşdirdi. İkinci hissədə sakitləşdik və daha yaxşı oynamağa başladıq. Şanslarımızı dəyərləndirdik. Karyeramda ilk dəfə bu stadionda oynadım. İnanın ki, səs-küydən qulağım tutulmuşdu. Eşitmə qabiliyyətim indi-indi bərpa olunur. Bu inanılmaz atmosferə görə “Qalatasaray” fanatlarına, eləcə də bizi dəstəkləməyə gələn fanatlarımıza təşəkkür edirəm. Futbolun mahiyyəti məhz budu. Yəni çətin atmosferdə qalib gəməyi bacarmalısan. Şükürlər olsun ki, bu gün bu sınaqdan üzüağ çıxdıq”.

“Bavariya”nın və Almaniya futbolunun gənc ulduzu Camal Musiala da oyundan sonra stadiondakı ab-havanı qeyd etməyi unutmadı: “Belə çətin səfərdə 3 xal qazanmaq çox gözəl hissdi. “Qalatasaray” ilk bölümdə yaxşı fürsətlər yaxaladı və daha güclü oynayırdı. Amma biz təlaşlanmadıq və şanslarımızı dəyərləndirdik. Qapıçımız da önəmli qurtarışlar etdi. Ümumi götürəndə yaxşı oynamasaq da, əsas nəticədi. Bu stadionda, bu fanatların önündə oynamaqdan böyük zövq aldım. Burda yaşadıqlarımı uzun illər unutmayacam”.

Almaniya mətbuatı da, təbii ki, bu oyuna və stadiondakı atmosferə biganə qalmadı. Ölkənin əsas nəşri olan “Bild” stadionda 132 desibellik səs olduğunu iddia etsə də, bu faktı hardan götürdüyü məlum deyil: “Bavariya” İstanbulda çətin anlar yaşadı. Bir ara gurultu 132 desibelə qədər çıxdı. Keyn “meqa fit” konsertini bitirən isim oldu”. “Kikker” nəşri “Qalatasaray”ın bir neçə qol vurmağa yaxın olduğu uğursuz ilk yarıya rəğmən, “Bavariya” İstanbulda qalib gələrək ÇL-in qrupundakı rekordlarını davam etdirdi” ifadəsinə yer verdisə, “Skay Sport”un qısa şərhi belə oldu: “Bavariya” İstanbul cəhənnəmində buz kimi idi. Keyn baş cəllad rolunda çıxış edərək ən xoş sözlərə layiq olduğunu yenə sübut etdi”. ZDF kanalı isə münhenlilərin xarakterini ön plana çıxardı: “Bavariya” İstanbul “qazanında” qalib gəlməyi bacardı. 50 min fanatın bitmək bilməyən fit sədalarına və “Qalatasaray”ın aramsız hücumlarına rəğmən, qələbə qonaqların oldu. “Bavariya” bu xarakter sınağından uğurla keçdi”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

21-09-2023, 21:0

''Qalatasaray'' XXI əsrdə bunu ilk dəfə bacardı!

Dünya futbolu

11-10-2023, 13:0

Noyer ''Qalatasaray''la oyunda qayıdacaq

Dünya futbolu

6-07-2023, 23:0

''Qalatasaray'' İkardi ilə anlaşıb?

Dünya futbolu

12-03-2023, 20:0

''Qalatasaray'' 63 illik rekordu yenilədi!

Dünya futbolu

19-08-2023, 20:0

''Qalatasaray'' Zanyolodan böyük pullar qazanacaq

Aktual
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Son xəbərlər
  • Bu gün, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Bu gün, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
Daha çox
Oxunub: 356
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 212
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 152
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 114
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə