Kazbek Tuayevdən dostlarına etiraz: “O mənim prezidentimdi, haqqımda nə qərar versə...”

15.07.2023 14:23 1 084
Manşet
"Neftçi"nin canlı əfsanəsi Kazbek Tuayevin uzun müddət rəhbərlik etdiyi İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinin direktoru vəzifəsindən azad olunmasından xəbərdarsız.

Kazbek müəllim bu hadisə ilə bağlı ölkə başçısına məktub yazaraq cavab gözlədiyini bildirmişdi. Artıq iki aya yaxın vaxt keçib. Bəs futbol mütəxəssisinin müraciətinə baxıldımı?

"Football-plus.az" saytı olaraq, bunu aydınlaşdırmaq üçün Kazbek Tuayevin özü ilə danışdıq:

"Prezidentə yazdığım məktuba hələ cavab gəlməyib. Gözləyirəm. Hətta Rusiyada yaşayan futbolçu dost-tanışlarım da cənab Prezidentə müraciət edib. Mən bundan gec xəbər tutdum və tanışlarımın hamsına kəskin etirazımı bildirdim. Qeyd etdim ki, məndən xəbərsiz niyə prezidentə şikayət etmisiz? O mənim prezidentimdi, haqqımda nə qərar versə, onu da qəbul edib barışacam".

ABDULLA İSMAYILOĞLU