• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xankəndinə futbolu qaytarmağın üç yolu

Ölkə futbolu / Manşet

17-10-2023, 18:0

Azərbaycanın 100 illik yarası sağaldı.

Oktyabrın 15-də prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgərana səfər edərək, həmin şəhər və qəsəbələrdə də bayrağımızı dalğalandırdı. Həqiqətən də xoşbəxt günlər yaşayırıq. Ordumuzun sayəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olundu.

Futbol ictimaiyyəti də böyük sevincə qərq olub. Mediada, sosial şəbəkələrdə Xankəndi, Ağdərə, Əsgərandakı stadionlar haqqında məlumatlar paylaşılır. Artıq indidən çoxları 2023/24 mövsümündə ölkə kubokunun finalının Xankəndi stadionunda keçirilməsini istəyir. Maraq üçün bildirək ki, Qarabağdakı əsas arena 15 min yerlikdi, amma süni örtüklüdü. Stadionun vəziyyəti haqda geniş bilgimiz yoxdu. Şəkillərdə gördüklərimizə inansaq, arena yaxşı durumdadı. Sadəcə, qondarma qurumun bayrağına uyğunlaşdırdıqları oturacaqların rəngini dəyişmək lazımdı. Bu isə o qədər də çətin məsələ deyil. İstək və icazə olsa, AFFA və ya Gənclər və İdman Nazirliyi bir həftə ərzində bu problemi həll edə bilər.
Bəli, xan kəndinə qayıtdı. İndi növbə futbolundu. Azərbaycan bayrağı altında idmanın ən çox sevilən bu növündə hansısa yarışı keçirmək olar? Biz üç versiya hazırlamışıq. Həmin versiyaları diqqətinizə çatdırmaq istəyirik.

Azərbaycan kubokunun finalı
Yuxarıda qeyd etdiyimiz kimi, sosial şəbəkələrdə futbol ictimaiyyəti kubokun əsas matçının burda keçirilməsini təklif edir. Əslində ən ideal və əla variant budu. Turnirin 2023/24 mövsümü hələ ki start götürməyib. Heç püşkü də atılmayıb. Həm də finalın harda keçiriləcəyi də bəlli deyil. Sadəcə, bilirik ki, həlledici oyun iyunun 2-nə salınıb. Yəni oyunun keçirilməsi üçün nə az, nə çox - düz 6 ay var. Həmin müddətə kimi Qarabağda yaşayan ermənilərin reinteqrasiyası prosesi də sürətlənəcək. Ehtiyac olarsa, bu zaman ərzində stadiondakı problemləri də aradan qaldırmaq olar. Bunun üçün PFL Prezident Adminstrasiyasına müraciət etməlidi. Qurum icazə versə, bunu etmək o qədər də çətin deyil. PFL-in dəfələrlə kubokun finalında möhtəşəm işlər gördüyünün şahidi olmuşuq. Həm də bu amil klublara da xüsusi motivasiya verər. Bütün komandalar Xankəndi stadionunda keçirilən ilk oyunun iştirakçısı olmağı cani-qəlbdən arzulayır. Cənab Prezident İlham Əliyev də bu qarşılaşmanın fəxri protokol tribunasında əyləşsə, bayram bayrama qarışar.

“Qarabağ” bir ev oyununu Xankəndində keçirsin
Avropa Liqasının H qrupunun ilk oyununda “Qarabağ” “Molde”ni 1:0 hesabıyla məğlub etdi. Matçdan sonra Ağdam klubunun prezidenti Tahir Gözəlin jurnalistlərlə xüsusi görüşü oldu. Klub rəhməri media mənsublarının təklif və iradlarını dinlədi. Problemlər səslənən zaman “köhlən atlar”ın ev oyunlarında azarkeşlərinin sayının azlığından bəhs olundu. Ümumi müzakirədən sonra Tahir Gözəl bildirdi ki, şərait varsa, “Qarabağ”ın premyer-liqadakı ev oyunlarının biri Ağdamda keçirilsin. Amma bu gözəl şəhərimizi erməni vandallar darmadağın edib. Burda şəhərsalma prosesi azı 4-5 il çəkəcək. Həm də Ağdamda müasir standartlara uyğun stadion tikilir. Yəni “Qarabağ”ın bu şəhərdə oyun keçirməsinə hələ çox var. Lakin “köhlən atlar” Xankəndindən yana seçim edə bilər. Yuxarı dairələr bu şəhərdə oyun keçirilməsinə icazə versə, “Qarabağ” ən azı premyer-liqa matçlarından birini orda keçirə bilər. Təbii ki, bu görüş çempionatın 3-cü və ya 4-cü dövrəsinə təsadüf edəcək. “Köhlən atlar”ın seçim imkanı da genişdi. Gəlin, ermənilərin reinteqrasiyası məsələsini də unutmayaq. Bu prosesin azı 4-5 ay ərzində sürətlənəcəyini nəzərə alsaq, “Qarabağ” 4-cü dövrədə hansısa ev oyununu Xankəndində keçirilə bilər. Təqvimə baxsaq, görərik ki, “köhlən atlar” 33-cü turda “Neftçi”ni, 35-ci həftədə “Turan Tovuz”u doğma meydanda qəbul edəcək. Flaqmanla qarşılaşma mayın 3-nə, “boz qurd”la matç ayın 19-na salınıb. İdeal zamandı. Hər iki komanda könüllü şəkildə burda “Qarabağ”la oynamaq istəyər. Düzdü, çoxları deyə bilər ki, legionerlər Xankəndinə getmək istəməyəcək. Amma bu bəhanədi. Xankəndi Azərbaycanın ərazisidi və həmişə də belə qalacaq. Bakıdan bu şəhərə 364, Tovuzdan 236 km məsafə var. 15 minlik stadionu həm “Qarabağ”, həm “Neftçi”, həm də “Turan Tovuz” azarkeşləri doldura bilər. Təhlükəsizliyi təmin etmək Azərbaycan polisinin işidi. Onlar da öz işlərini həmişə ideal şəkildə görüblər. Oyunların afişaların baxın: “Azərbaycan derbisi Xankəndində”, “Qarabağ” “Turan”ı Xankəndində qəbul edir”. Elə bu başlıqlara görə oyunlardan hansısa birini məhz bu stadionda keçirməyə dəyər.

Azərbaycan – Türkiyə oyunu keçirilsin
Vətən müharibəsi zamanı Türkiyə bizə çox dəstək oldu. Qardaş ölkə açıq-aşkar bildirdi ki, bu, Azərbaycanın haqq davasıdı. Kənar müdaxilə olarsa, heç bir təklif gözləmədən Türkiyə hadisələrə müdaxilə etmək ixtiyarında idi. İndi hər şey geridə qaldı. Xankəndində beynəlxalq oyun keçiriləcəksə, bu, Türkiyəyə qarşı olmalıdı. Hər iki ölkənin qardaşlığı ölkəmizin gözəl diyarından bütün dünyaya nümayiş etdirilməlidi.

Artıq AFFA indidən stadionun UEFA lisenziyası alması üçün müraciət etməlidi. Belə olacağı təqdirdə arenada beynəlxalq oyunun keçirilməsi asan olacaq.
İndi bəlkə də çoxları deyə bilər ki, çox tələsirik. Bunların da zamanı gələcək. 30 il Qarabağa həsrət qaldıq. Ordumuz şücaət göstərərək torpaqları mənfur düşməndən təmizlədi. Şəhidlərimizin ruhu, qazilərimiz qarşısında baş əyririk ki, belə gözəl günləri bizə yaşatdılar. Onlara ömürboyu minnətdar olmalıyıq. Həm də ölkəmizdəki həyatı normallaşdıraraq onlara olan borcumuzu qaytarmalıyıq. Futboldan yazmaq isə bizim işimizdi. Xankəndi ilə bağlı təklifimizi etdik. AFFA, PFL, “Qarabağ” da istəyirsə, bunu dəyərləndirsin!

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

İdman / Manşet

10-12-2022, 22:0

Prezident Gənclər və İdman Nazirliyi ilə bağlı sərəncam imzaladı

Manşet

28-09-2023, 15:0

"Xankəndi şəhərinin girişinə qədər irəliləmişik"

Aktual

15-10-2023, 23:0

"Erməni futbolçu mənə "Heydər Əliyevi vəzifədən çıxarsınlar, görərsiz başınıza nə oyun açacağıq" dedi" - Xankəndi "Qarabağ"ında çıxış etmiş sonuncu azərbaycanlı

Maraqlı

17-05-2022, 10:0

Zəfər Kubokunda 2-ci turun oyunları keçirilib - FOTOLAR

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə