• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Byazinin müalicəsiz xəstəliyi var – eqoistlik!

Yığma / Manşet

20-10-2023, 19:0

Yığmamızın AÇ-2024-ün seçmə mərhələsində mübarizəsi davam edir.

6 oyundan sonra 4 xalla F qrupunun turnir cədvəlində 4-cü yerdəyik. Komanda əvvəlki matçlarla müqayisədə yaxşı oynayır, amma ortada ürəkaçan nəticə də yoxdu. Düzdü, cüzi inkişafı italiyalı mütəxəssislə əlaqələndirənlər var. Lakin mən o sırada deyiləm. Düşünürəm ki, bunda premyer-liqada rəqabətin və legionerlərimizin sayının artmasının payı daha böyükdü. Bəs De Byazi necə təsir bağışlayıb və ortaya nə qoyub?

“Xəstəlik”
Xeyr, italiyalı mütəxəssis hansısa xəstəlikdən əziyyət çəkmir. Amma tənqidi qəbul etməməsi, özündənrazılığı, hər fürsətdə əcnəbi həmkarlarımıza Azərbaycan futbolunu və mentallığını pisləməsi qocanın müalicəsiz “xəstəliyindən” - eqoistliyindən xəbər verir. Sanki elçilərinə “vallah, günahım yoxdu. Azərbaycan futbolu pis vəziyyətdədi, daha yüksək maaş verin, gəlim” deyir. De Byazini ölkəmizə bağlayan yeganə səbəbin pul olduğunu hamımız bilirik. Adam Estoniya kimi zəif rəqibə qalib gəldiyi üçün 20 min manat mükafat alıb. Əmin olun ki, yer üzündə bu jesti edəcək ikinci ölkə yoxdu.

“Şah əsər”
UEFA dünən AÇ-2024-ün seçmə mərhələsində 8-ci turun oyunlarından sonra statistik göstəriciləri açıqladı. Məlum oldu ki, millimiz indiyədək ən çox qurtarış edən komandalar siyahısındadı. Qapıçılar 6 görüşdə 27 seyvlə bu göstəricidə 8-ci oldu. Qarşılaşmalar ərzində rəqibdən top "oğurlamaqda” (207 dəfə) isə sonuncu pillələrdəyik. Daha dəqiq desək, 52 ölkə arasında 47-ci yerdyik. Qapıya zərbələrdə (45) də eyni mövqedə qərarlaşmışıq. Kollektiv ötürmə dəqiqliyinə (79,7 faiz) görə isə yalnız 31-ci ola bildik. Utana-utana vurulan qol sayını da xatırladaq. 6 görüşdə rəqib qapılarına 4 dəfə yol tapmışıq və 44-cü yerdəyik.

Böhtan, tənqid, hətta təhqir
De Byazi azərbaycanlı jurnalistlərdən qaçır. Ona sual vermək şərəfinə yalnız mətbuat konfranslarında nail oluruq ki, “yolaverdi” cavablarla kifayətlənirik. Tərcüməçi düzgün tərcümə etmir, yoxsa De Byazi bizi azdırmağa çalışır - bunu bilmirik. Baş məşqçi çox danışır, amma heç nə demir. Yeri gələndə suala görə əsəbləşir, hətta bəyənməyəndə təhqir də edir. Xatırlayırsızsa, matçdan öncə “Tofiq Bəhramov” adına stadionun qazonunun bərbad durumda olduğunu demişdi. AFFA hələ də onun niyə belə dediyini araşdırır, amma tapa bilmir.

Boş tribunalar, puç ümidlər
Azərbaycan – Avstriya matçında qonaq komandanı dəstəkləyən xeyli azarkeş “Bəhramov”a gəlmişdi. Onlar son saniyəyə qədər susmadı. Sadəcə, qol epizodlarında hərəkətə keçən yerli azarkeşləri üstələmək də avstriyalılar üçün çətin olmadı. Belə mənzərəyə futzal millimizin Bakıda Qazaxıstanla görüşündə də şahidlik etmişəm. Baş məqşçiləri əcnəbi olan millilərimiz meydanlarda “12-ci oyunçu”suz qalıb. Günahkarı isə bir Allah tanıyır, bir də AFFA!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet / Günün xəbəri

9-10-2022, 12:0

De Byazi seçim qarşısında: İtaliyalı üçün yeni siyahı hazırlanır

Ölkə futbolu / Manşet

6-01-2023, 17:0

De Byazi Azərbaycan millisi haqda danışdı: "Əvvəlcə bəzi problemlər var idi"

Yığma / Manşet

12-08-2023, 13:0

İyunda getmişdi, bu gün qayıdır

Manşet / Yazarlar

13-04-2023, 14:0

FİF-ə təklif: De Byazinin getməsi üçün 1 manatlıq kampaniya başladaq - REPLİKA

Yığma / Manşet

20-06-2023, 15:0

"De Byazini dəstəkləyirəm və mən də onun yerində olsam, eyni addımı ataram" - Ceyhun Sultanov

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 16:27
    "Bakı Sportinq" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
Daha çox
Oxunub: 210
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 193
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə