De Byazi Azərbaycan millisi haqda danışdı: "Əvvəlcə bəzi problemlər var idi"

6.01.2023 17:25 296
Ölkə futbolu / Manşet
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaiiya mətbuatına müsahibə verib.

Football-plus.az xəbər verir ki, "StadioSport.it"ə danışan italiyalı mütəxəssis yığmamızın AÇ-2024-ün seçmə mərhələsində çətin qrupda yer aldığını dilə gətirib:

"Əvvəlcə bəzi problemlər var idi. Çünki mentaliteti dəyişmək lazım gəldi. Son matçların hamısında qalib gəlirik və ümid edirəm ki, belə davam edəcəyik. Biz AVRO-2024-ün seçmə mərhələsində Belçika, Avstriya və İsveç kimi rəqiblərlə eyni qrupdayıq. Hansı ki, bu qrupdan çıxmaq demək olar mümkün deyil. Dördüncü səbətdən bu qrupa düşmüşük və yalnız Estoniya aşağı-yuxarı bizim səviyyəmizdi. Qrup çox çətindi, amma əlimdə olan bütün şanslardan istifadə etməyincə heç vaxt təslim olmaram”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul