• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Məni rekordlar yox, növbəti oyunumuz maraqlandırır”

Dünya futbolu

18-10-2023, 20:0

“Fənərbaxça”dakı 3-cü dönəminə mükəmməl start verən və 16 rəsmi oyunun hamısından qələbə ilə ayrılan İsmayıl Kartal dünən türkiyəli həmkarlarımızla söhbət edib.

"Football-plus.az" xəbər verir ki, futbolçu kimi “Fənər”də 2 dəfə (1984/85, 1988/89) çempionluq yaşayan 62 yaşlı mütəxəssis baş məşqçi kimi də bu uğuru yaşamaqda və camiənin 10 ildən çoxdu davam edən çempionluq həsrətinə son qoymaqda qərarlıdı.

* Öncə yığma komandamızı təbrik etmək istəyirəm. Hədəfə köklənmiş, forma üçün son damla tərinə qədər mübarizə aparan, geydiyi formaya hörmət edən çox istedadlı bir komandamız ortaya çıxıb. Oyunçuların potensialı böyükdü. Komanda ruhu sayəsində bu potensialdan yararlanmaq mümkün oldu. İndi növbəti hədəf AÇ-2024-də uğurlu çıxış etmək və ən azı pley-offa vəsiqə qazanmaq olmalıdı. Bu hələ başlanğıcdı və bundan da yaxşı yerlərə gələcəyimizə inanıram.
* “Fənərbaxça” olaraq, bu mövsüm qazana biləcəyimiz 4 titulun (superliqa, superkubok, kubok, KL) hamısına iddialıyıq. Oyun gücümüz və heyətimizin potensialı buna imkan verir. Ardıcıl 10-cu və ya 15-ci qələbədən sonra oyunçularıma həmişəki kimi “bunu unudub, növbəti matça köklənməliyik” dedim. Hamısı bunun fərqindədi. Mövsümə 16 qələbə ilə başlamaq, təbii ki, elə-belə şey deyil. Amma biz hələ heç nə qazanmamışıq. Məşqçinin səviyyəsi istədiyi şeyi oyunçulara çatdıra bilmək qabiliyyəti ilə ölçülür. Futbolçunu uğura inandıra bilməsən, komandada şirin və ədalətli rəqabəti təmin edə bilməsən, heç vaxt uğur qazana bilməzsən. Mövsümün bu ana qədər olan hissəsində çox yaxşı çalışaraq bu günlərə qədər gəldik. Amma dediyim kimi, hələ heç nə qazanmamışıq. İnşallah, qazanarıq.
* Bu yay ehtiyac duyduğumuz bütün oyunçuları aldıq. Heç bir transferə görə peşman deyiləm. Başqan Əli Koç həmişə transferdə ən son mənim fikrimi soruşur. Mövsümə 4 mərkəz müdafiəçisi ilə başlamışıq və məncə, bu hələ ki yetərlidi.
* Superkubok? Federasiya bu matçın dekabrın 30-da Səudiyyə Ərəbistanında keçiriləcəyini açıqlayıb və qərara hörmətlə yanaşırıq. Tarix baxımından hansısa dəyişikliyin olub-olmayacağını bilmirəm (“Qalatasaray” superkubokun dekabrın 30-da keçirilməsi qərarına etiraz edib – Ə.R.). Dekabrın 24-də “Qalatasaray”la zatən superliqada qarşılaşacağıq. Sonra dekabrın 30-da yenidən üz-üzə gələcəyik. Mənim üçün heç bir problem yoxdu. Yekun qərar federasiya və klub rəsmiləri arasındakı görüşdən sonra veriləcək.
* Tadiç güclü karyeraya malik olan çox təcrübəli futbolçudu. Hər komandada futbolçular üçün böyük qardaş ola biləcək bir oyunçuya ehtiyac var. Tadiç məhz belə futbolçudu. Onunla futboldan kənarda da oturub saatlarla söhbət etmək olar. Oyunun gedişində komanda yoldaşlarına məsləhətlər verir. Hər kəsi motivasiyalandırır. Bu da bizi sevindirir. Son matçlar İsmayıl Yüksəkin inkişaf etdiyini göstərdi. Enerjisi yüksək, savaşmağı xoşlayan futbolçudu. Amma hələ də 1-2 çatışmayan cəhətləri var. Bunu da zamanla yoluna qoyacaq. Hər matçda minimum 12 km qaçır. Umut Nayıra Batşuayi ilə müqayisədə daha az şans vermişəm. Komandaya ən çox faydanı kim verirsə, ona da şans veririk. Kent intizamlı və çalışqan futbolçudu. Verdiyim bütün tapşırıqlara əməl edir. Livakoviç əla qapıçıdı. “Çərçivə”də mükəmməl partlayıcı gücü və əla refleksləri var. Müdafiəçilərlə yaxşı anlaşır. Yığmanın heyətində səhvə yol versə də, səviyyəsinə heç kim şübhə etmir.
* Batşuayi ilə bu yaxınlarda söhbət etdim. Ötən mövsüm sistem fərqli idi. Komanda 2 hücumçu ilə oynayırdı. Bu mövsüm bir hücumçu ilə oynayırıq. Amma bu sistemə artıq uyğunlaşmağa başlayıb. Superliqada matçların iştirak ərizələrinə maksimum 21 futbolçu sala bilirik. Bu durumdan tək mən yox, bütün həmkarlarım narazıdı. Avrokuboklarda necə ki iştirak ərizəsinə 23 futbolçu salırıq, Türkiyə çempionatında da elə olmalıdı. 2 futbolçunu tribunada oturtmağın nə mənası var? Tribunada oturmaqdansa, ehtiyatda otursunlar.
* Yanvarda transferdə nə olacağına dair indi bir fikrim yoxdu. Skautlarımız gündəmimizdəki futbolçuları izləməkdə davam edir. Planlaşdırma etmək üçün məşqçinin beynində bir oyun şablonu olmalıdı. Transferləri də buna əsasən etmək lazımdı. Bu məsələyə çox həssas yanaşırıq. Yayda ən çox çətinlik çəkdiyimiz transferlər Şimanski ilə Fred oldu. Amma geri addım atmadıq və istədiyimizə nail olduq. Qış fasiləsində isə nə olacağını tək mən yox, indidən heç kim bilə bilməz.
* Konfrans Liqasını da qazana bilərik. Amma başlıca hədəfimiz superliqa çempionluğudu. Bu həftə “Hatayspor”la qarşılaşacağıq. Onların 3 yığma üzvü var. Volkan Dəmirəl orda həqiqətən də gözəl işlər görür. İndiyə qədər uduzmamaları təsadüfi deyil. Bizim üçün çox önəmli bir oyun olacaq. Öz evimizdə oynayacağıq. Layiq olan qazansın. Volkan qardaşıma da uğurlar arzulayıram. Allah yolunu açıq eləsin.
* Fanatlarımızın mənə olan inamı, sevgisi məni çox sevindirir və hədsiz dərəcədə motivasiyalandırır. Əslində bu mövzuda çox danışa bilərəm. Amma danışmaq istəmirəm. Biz danışmaq üçün yox, onları sevindirmək üçün burdayıq. Onların sevgisinə, marağına layiq olmağa çalışıram. Bu böyük camiədə məşqçi kimi titul və çempionluq qazanaraq iz buraxmaq istəyirəm. Fanatlarımızın və camiəmizin dəstəyi ilə bunu bacaracağıq.
* Dünyada elə bir komanda yoxdu ki, daim yüksələn, inkişaf edən qrafiklə irəliləsin. Mütləq hansısa bir məqamda eniş-yoxuşlu performanslar olur. İnşallah, bizdə yox, rəqiblərimizdə belə olar. Çempionluq yolunda rəqibimiz təkcə “Qalatasaray” deyil. “Trabzonspor” Abdulla Avcı ilə yüksəlişə keçə bilər. “Beşiktaş” da həmişə qələbə seriyası yaxalayıb yüksələ bilər. “Adana Dəmirspor” çox yaxşı komandadı. “Qalatasaray”ın heyətinin səviyyəsi çox yaxşıdı. Bizim də heyətimizdə səviyyəli və təcrübəli oyunçular var. Mövsümün böyük hissəsi irəlidədi. Ona görə də hələ çox şey dəyişə bilər. Məni rekordlar maraqlandırmır. Məni hər zaman növbəti oyunumuz maraqlandırır.
* Mövsümöncəsi Rusiya toplanışında olarkən futbolçulara həm komandanın, həm də özlərinin inkişaf edəcəyini demişdim. İstədiyim səviyyəyə yavaş-yavaş çatırıq. Oyunçularımızın həm səviyyəli, həm də xarakterli olması məşqçilər korpusunun işini rahatladır. Bir çoxları ilə oturub rahat şəkildə müxtəlif mövzulardan danışa bilirəm. Məsələn, Fred ilə dəfələrlə bir çox şey haqda danışmışam. Onlar da bu durumdan məmnundu. Mənə qalır yalnız komanda daxilində balansı düzgün qorumaq. Amma asan deyil. Limit və status bizi çox çətinə salır. Oturub riyaziyyat hesablayırıq. Bu üzdən bəzi oyunçuları oynada bilmirəm. Amma hamısı çox yaxşı çalışır və hamısı da oynamaq istəyir. Oynada bilmədiyim futbolçuya “4 gün sonra oyunumuz var, sənə orda şans verəcəm” deyirəm. Məni anlayışla qarşılayır və ədalətli olmağa çalışdığımı görürlər. Açıq sözlü və ədalətli olmağım əsas üstünlüyümdü.
* Zədələrdən qorunmaq üçün xüsusi proqramdan istifadə edirik. Bununla bağlı xüsusi otağımız var. Orda oyunçuların durumunu yoxlayırıq. Ağrılarının, yorğunluqlarının hansı bölgədə olduğunu müəyyənləşdirməyə çalışırıq. Həkimlərimiz, fizioterapevtlərimiz ilə daim məsləhətləşirik. Hansı futbolçunun hansı məşqdə iştirak edə bilib-bilməyəcəyini müəyyənləşdiririk. Hər məşqin detallarını bir gün öncədən planlaşdırırıq.
* Fələstində yaşananlar bir müsəlman kimi məni çox üzür. Allah ordakılara yardım etsin. İnsanlar, uşaqlar çarəsiz vəziyyətdədi. Ora baxanda halımıza şükür edirik. Bir insan olaraq orda yaşananlar məni üzür. Orda insanın insana hörmətinin olmadığı bir durum var və bütün dünya da buna göz yumur! Təəssüf ki, güclü olan “mənim gücüm var və əzib keçərəm” deyə bilir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-09-2023, 22:0

İsmayıl Kartal yerlilər arasında ən yaxşıdı

Dünya futbolu

16-04-2023, 12:0

Nani Türkiyəyə gəldi və ''Fənərbaxça'' haqda danışdı

Dünya futbolu

29-09-2022, 21:0

“Fənər” fanatları derbiyə buraxılmayacaq

Dünya futbolu

29-06-2023, 15:0

İsmayıl Kartalın transferinin detalları

Dünya futbolu

14-10-2022, 13:0

Acun bu dəfə ''Fənərbaxça''dan kimi gətirmək istəyir?

Aktual
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
Son xəbərlər
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 181
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 163
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə