Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Müzəffər ali baş komandan bu sözləri deyib:
“Biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
"Neftçi" də həmin günü boş keçməyib. 9 qat Azərbaycan çempionu "Pünik" üzərində qələbədən başlayan videorolik hazırlayıb.
Videonu baş mәşqçi Adrian Mutu vә legionerlər sosial şəbəkədə paylaşıb.