"Football-plus.az" xəbər verir ki, matçdan öncə qonaqların futbolçusu Marsel Sabitzer mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Belçika ilə matçda start heyətində olmasam da, sonradan meydana daxil oldum və 79-cu dəqiqədə penaltidən fərqləndim. Azərbaycanla matçda əsas heyətdə meydana çıxıb-çıxmayacağıma baş məşqçi qərar verəcək. Təbii ki, oynamaq istəyirəm. Baş məşqçi məni start heyətində görmək istəsə, böyük məmnuniyyətlə oynayacam. Ehtiyatda otursam da, yenə onun işidi”.






