• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Böyük hesabla məğlub olduğumuza görə həm məni, həm də oyunçuları söyəcəkdilər”

Yığma / Manşet

15-10-2023, 10:0

Futzal yığmamızın DÇ-2024-ün elit mərhələsindəki uğursuz nəticələrindən xəbərdarsız.

Yığma turnir çərçivəsində keçirilən 4 matçdan sonra 3 xalla 3-cü sırada qərarlaşıb. Əslində Qazaxıstanla keçirilən oyunlardan öncə ümumi vəziyyət ümid verirdi. Lakin rəqib Vitali Borisovun komandasını hər iki oyunda məğlub edərək DÇ arzulamızı, demək olar ki, “dəfn etdi”. İndi bütün qalan matçlarda qələbə qazanmaq belə dünya çempionatına yollanmağa bəs etməyə bilər. Məsələnin maraqlı tərəfi isə millimizin Qazaxıstana hər iki oyunun ilk yarısında “dişini göstərməsi”, hesabda 1, 2 top fərqi ilə irəli çıxması, sonrakı dəqiqələrdə isə sözün əsl mənasında təslim olmasıdı. Nəticələrə görə Futzal Federasiyasını qınayanlar da var, baş məşqçini də, hələ futzalçıları da. Yığmanın kapitanı Emin Kürdov azfutzal.az saytına açıqlamasında məğlubiyyətləri hakim səhvləri və bəxtsizlik ilə izah edib. Bəs başqaları necə düşünür?

Əvvəlcə federasiyanın baş katibi Mahmud Sadıqova tribuna verdik. O, millinin uğurları üçün çox çalışdıqlarını və bütün öhdəlikləri layiqincə yerinə yetirdiklərini söylədi:

“Yığmamız son iki oyunda acınacaqlı məğlubiyyətə uğradı. Onu deyim ki, federasiya rəhbərliyi əvvəlcədən yığmanın yaxşı hazırlaşması üçün istənilən şəraiti yaratdı. Xüsusilə təlim-məşq toplanışının keyfiyyətli keçirilməsinə önəm verdiyimiz üçün hər şey yüksək səviyyədə təşkil olundu. Matçlara gəlincə, Bakıdakı matçda bəxt amili ön planda oldu. Xatırlayırsızsa, ikinci qolda top futzalçımıza dəyib qapıdan keçdi. Üçüncü qol isə hakimin səhvi üzündən baş verdi. O, ədalətli qərar vermədiyindən rəqib fərqi artırdı. Düzdü, bizimkilər etiraz etdi, amma gec idi. Digər tərəfdən rəqibi də kiçiltmək olmaz. Qazaxıstan yığması Avropa reytinqində 3-cü olan komandadı. Futzalçılar uzun müddətdi bir yerdədi. Deyərdim ki, onlar hətta baxışlarla anlaşa bilirlər. İlk görüşdə qələbə qazanacağımıza çox inanırdıq. Lakin qarşı tərəfin təcrübəsi və gücü öz sözünü dedi. Səfərdəki oyunda da şərait eyni idi. Bizim tərəfdən hər kəs matç üçün səfərbər edilmişdi. Birinci hissədə 2:0 öndəydik. Mübarizəyə çox yaxşı başlamışdıq. Təəssüf ki, çoxlu səhvə yol verdik. Böyük əziyyətlərlə qol vursaq da, rəqib asanlıqla bizi 3 dəfə məyus etdi. Yığmanın hazırlıq prosesində ciddi çatışmazlıqdan söhbət gedə bilməz. Oyun strategiyası haqda isə fikir bildirməyim düzgün olmaz. Çünki hər məşqçi heyətinin özünəməxsus dəst-xətti var. Rəqib təhlil edilir və buna uyğun taktika seçilir. Lazımi futzalçılar meydana buraxılır. Ümumiyyətlə, bütün çatışmazlıqlara baxmayaraq, nikbinəm. Qarşıdakı oyunlarda qələbə qazanandan sonra Qazaxıstanın da Rumıniyanı məğlub edəcəyinə ümid edirik. Ancaq bu yolla qrupu ikinci pillədə bitirib pley-off mərhələsinə vəsiqə qazana bilərik. Şans hələ də var”.


Yığmamızın baş məqşçisi Vitali Borisov isə mövzuya fərqli yanaşdı. Mütəxəssisin fikrincə, komanda indiki vəziyyətdə bacarığının maksimumunu edib. Daha dəqiq desək, sözü “olanımız budu”ya gətirdi:
“Qazaxıstana məğlub olmaq üçün getməmişdik. Qrupdan çıxa bilmək üçün qələbənin vacib olduğunu bilirdik. Futzalçılar əlindən gələni etdi, maksimum gücümüzü ortaya qoyduq. Millimizə bildirilən iradlarla tanışam. Xüsusilə məhz “Futbol+”də “Record club”un baş məşqçisi Əli bəyin fikirlərini oxumuşam. Görəsən, hansı yerli futzalçılara şans verilməməsindən söhbət gedir? Nə etməliydim? Gəncləri tankın qarşısına çıxaracaqdım? Bilirsiz, onda nə olacaqdı? Böyük hesabla məğlub olduğumuza görə həm məni, həm də oyunçuları söyəcəkdilər. Hamı deyəcəkdi ki, milli heç nə bacarmır, səfərdə darmadağın edilir. Heç kimə sirr deyil ki, yerli futzalçılar belə ciddi oyunlarda başdan sona qədər çıxış etmək iqtidarında deyil. Murad Quluzadə (Baku Fire – red.) ilk dəfə milliyə çağırılırdı. Start heyətində çıxış etməsi nə dərəcədə düzgün idi? Xəzər, Novruz və Xətai isə yavaş-yavaş belə atmosferə öyrəşməlidi. Hər oyunda müəyyən qədər şans verə bilərik. Başqa kimlər var ki, bunu başqaları görür, mən görmürəm? Hələ 3 aydı yığmadayam. Ortaya yaxşı işlər qoymaq üçün zaman lazımdı. Məsələn, Qazaxıstandakı oyunda rəqib çox sürətli oynayırdı. İkinci hissədə tempi kəskin artırdılar. Biz buna həm müdafiə, həm də hücum xəttində tab gətirməli olduq. Müəyyən qədər bacardığımızı da deyə bilərəm. Ümumiyyətlə, futzalçı kimi də jurnalistlərlə dəfələrlə danışmışam. Hər məsələdən nəsə çıxarmağa çalışırlar. Burda gizli, açıqlanmayası heç nə yoxdu. Oyunu izləyənlər bilir ki, sona qədər mübarizə apardıq. Amma Azərbaycanda 10-15 yerli peşəkar futzalçı yoxdu ki, onlardan bəhrələnəsən. Yenə deyirəm ki, bu işlərin görülməsi üçün vaxt lazımdı. İnşallah, hər şey qaydasına düşəcək”.


Həqiqətən yerli futzalçılar Qazaxıstanla səfər matçında demək olar ki, şans qazanmadı. Onlardan biri də Xətai Bağırovdu. Görəsən, futzalçı bu durumu necə qarşılayır? Sualımıza belə cavab verdi:
“Təəssüf ki, səfərdəki matçda cəmi 30 saniyə meydanda oldum. Mənə niyə şans verilmədiyini bilmirəm. Düşünürəm ki, baş məşqçimiz bu haqda daha ətraflı danışar. Həm fiziki, həm də psixoloji cəhətdən özüümü oyuna hazır hiss edirdim. Məncə, ən güclü legioner belə orda özünü azərbaycanlı futzalçı kimi göstərə bilməz. Düzdü, legionerlər canla-başla sona qədər mübarizə apardılar. Buna baxmayaraq, milli kimlik, üçrəngli bayrağımızın şərəfini qorumaq kimi müqəddəs hissləri, sadəcə, soydaşlarımız bölüşə bilər. Qapıçımız Emin Kürdovdan başqa heç bir yerli futzalçı start heyətində yox idi. Hazırda hamımız üzgünük. Məğlubiyyətlərdən sonra özümüzə gələ bilməmişik. Hər iki maçtda hesabda önə keçəndən sonra uduzduq. Qazaxıstan millisi bizi bütün komponentlərdə üstələdi. Günahın kimdə olduğunu deyə bilmərəm. Çətin sualdı. Amma nəyin bahasına olur-olsun, qələbə qazanmalıydıq. Bu xal itkilərinin yığmamızı çətin duruma saldığı heç kimə sirr deyil. Sonda onu da deyim ki, meydana çıxıb son saniyəyə qədər mübarizə aparacağıma şübhə etsəydim, nə düşərgəyə qoşulardım, nə də Qazaxıstana gedərdim”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

İdman / Reportaj

7-10-2023, 13:0

Qazaxıstan DÇ arzumuzu “dəfn etməyə” yaxındı - REPORTAJ

İdman

15-09-2023, 21:0

DÇ-2024: Futzal millimiz elit mərhələyə məğlubiyyətlə başladı

İdman

20-09-2023, 10:0

Futzal millimiz bu gün DÇ-də ikinci oyununu keçirəcək

İdman / Manşet

6-10-2023, 21:0

Futzal millimiz Qazaxıstana uduzdu - YENİLƏNİB

Yığma

19-06-2023, 11:0

Futzal millimizin oyunlarının təqvimi - DÇ-2024

Ölkə futbolu / Manşet

12-09-2023, 21:0

Emin ümid verdi: “Dünya çempionatına vəsiqə qazanacağımıza inanırıq”

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • 27-07-2026, 22:0
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • 27-07-2026, 21:0
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 130
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 110
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə