• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azar karyerasını başa vurdu

Dünya futbolu

13-10-2023, 20:0

Bu yay “Real”la qarşılıqlı şəkildə anlaşaraq yollarını ayıran Eden Azar srağagün gələcəyi ilə bağlı rəsmən yekun qərarını açıqladı.

"Football-plus.az" xəbər verir ki, yaxın keçmişə damğa vuran futbolçulardan biri 32 yaşında karyerasını bitirmək qərarına gəldi! Azar tarixdə həmişə ziddiyətli futbolçu kimi qalacaq. Onun adı gələndə bəziləri İngiltərə çempionatında və “Çelsi”də yaratdığı xarüqələri, bəziləri isə “Real”dakı qarşısıalınmaz çöküşünü xatırlayacaq. Bu yazıda öz dönəminin ən yaxşı futbolçularından birinin İspaniyada özünü sübut edə bilməməsinin səbəbləri haqda danışacağıq.

“Çelsi”dəki son mövsüm > ”Real”dakı 4 mövsüm
Ümumiyyətlə, dərhal bir məqamı qeyd etmək yerinə düşər ki, futbol tarixinin ən bahalı keçidləri arasında həqiqətən uğurlu alınanların sayı çox azdı. Siyahıya başçılıq edən Neymarın (elə ikinci pillədəki Mbappenin də) Parisdəki karyerasının uğurlu alınıb-alınmadığına özünüz qərar verin. Koutinyo, Qrizmann və Dembele “Barselona”da parlaya bilmədi. Lukaku “Çelsi”yə, Poqba “Yunayted”ə, Feliş “Atletiko”ya gözlənilən faydanı vermədi. Amma bu keçidlərin heç biri Azarın “Real”da yaşadıqları ilə müqayisəyə gəlməz. 2019-cu ildə “Real” bu futbolçuya görə “Çelsi”yə 100 milyon avro ödədi. Bonusları da nəzərə alsaq, sonradan məbləğ 115 milyon avroya qədər yüksəldi. Yəni Azar bu yay Cud Bellingem transfer olunana qədər klub tarixinin ən bahalı futbolçusu idi!

Azar “Çelsi”dəki son mövsümündə elə bir performans sərgiləmişdi ki, artıq hər kəs onun “Real” üçün tam yetişdiyinə inanırdı. Fanatlar da yolunu səbirsizliklə gözləyirdi. Azar 2018/19-da premyer-liqada 2926 dəqiqə meydanda olmaqla hesabına 16 qol, 15 məhsuldar ötürmə yazdı. Bu, premyer-liqa tarixində hansısa futbolçunun bir mövsümdə həm qol, həm də məhsuldar ötürmə sayında 15-ə çatdığı 4-cü və hələ ki sonuncu belə haldı! Nə qədər qəribə və inanılmaz səslənsə də, Azar La Liqada keçirdiyi 4 il ərzində bu 1 mövsümlük göstəricisinə heç yaxın da düşə bilmədi! O, 4 il ərzində La Liqada yalnız 2529 dəqiqə meydanda oldu, 4 qol vurdu və 7 məhsuldar ötürmə verdi. Sanki “Çelsi” Madridə əsl Edeni yox, onun klonunu göndərmişdi. Futbol tarixinin ən fiasko transferlərindən birinə çevrilən Azar Madriddə özünü daha da gülünc vəziyyətə salmaq istəmədi. Klubla müqaviləsinin müddəti hələ 2024-ə qədər nəzərdə tutulsa da, qarşılıqlı şəkildə yolları ayırmağa razılıq verdi.

2019, noyabr, ÇL, PSJ, Menye...
Azarın Madrid sərgüzəştləri elə ilk gündən uğurlu başlamadı. 2019-cu ildə o, təqdimat mərasiminə gələrkən hər kəs bu futbolçunun artıq çəkisinin olmasına diqqət yetirdi. Bu azmış kimi, mövsümöncəsi hazırlıq dönəmində ombasından ciddi zədə alaraq La Liqanın əvvəllərini boşa verdi. Düzdü, o, artıq sentyabrın sonlarından meydana çıxırdı. Amma ənənəvi oyununu, driblinqini, keçidlərini nümayiş etdirə bilmirdi. Belçikalı superulduz yalnız noyabrın ortalarına yaxın ayılmağa başladı. Səfərdə “Eybar” (4:0) və evdə “Real Sosyedad”la oyunlarda əvvəlki Azardan müəyyən cücərtilər göründü. Baxmayaraq ki, o, sözügedən qarşılaşmalarda məhsuldar hərəkətlə fərqlənmədi. Amma oyunu ilə seçilməyi bacarırdı. Nəhayət, noyabrın 26-da Azarın “partlayacağı” güman edilirdi. Həmin gün “Real” Çempionlar Liqasının qrup mərhələsində PSJ-ni qəbul edirdi. Madrid nəhəngi uzun müddət meydanda ağalıq etdi. Azar bəlkə də “Real”da ilk dəfə əsil səviyyəsini göstərərək baxımlı hərəkətlər, keçidlər, driblinqlər nümayiş etdirirdi. Ardıcıl 3-cü rəsmi qarşılaşmada o, komandasının ən yaxşılarından biri idi. Amma 2-ci hissənin ortalarında Azarın faktiki karyerasını məhv edən və dəyərini 100 milyon avrodan 5 milyon avroya qədər endirən bir hadisə baş verdi. O, rəqibdən sıyrılmağa çalışarkən kobudluğa məruz qaldı. Özü də həmin rəqib Azarın həmyerlisi Toma Menye idi! İlk baxışdan epizodda heç bir aşkar sərtlik və ya kobudluq gözə dəymədi. Adi və futbolda tez-tez yaşanan qayda pozuntularından biri idi. Futbol tarixində bir oyunçunun karyerasını məhv edən hədsiz sərtliklər çox olub. Məsələn, 2000-ci illərin əvvəllərində Roy Kinin Erlinq Holannın atasıAlf-İnqe Holanna qarşı kobudluğunu xatırlamaq olar. Amma Azarın zədəsi qeyd etdiyimiz kimi sıradan bir epizoda bənzəyirdi. Sadəcə, toqquşma elə bəxtsiz şəkildə baş verdi ki, Azarın topuğu qırıldı! Onun həmin sağ ayağının topuğu 2017-ci ildə Belçika yığmasının heyətində də qırılmışdı. Amma həmin vaxt zədəni tez sağaltmaq mümkün olmuşdu. 2:2 hesabı ilə bitən oyundan sonra Menye özü də üzgün görünürdü: “Çox təəssüf ki, hər şey belə alındı. “Real”ın 2-3 futbolçusu ilə söhbət etdim. Onlar Edenin zədəsinin ciddi göründüyünü dedilər. Ümid edirəm ki, tez sağalacaq. Azar mənim dünyada zədələmək istəyəcəyim ən son futbolçudu”.

Əvvəlki Azarı bir daha heç kim görmədi
İlk vaxtlar zədə təşvişə düşəcək qədər ciddi görünmürdü. Amma sonrakı 3,5 il ərzində başverənlər göstərdi ki, Azar məhz bu zədənin təsirindən heç cür çıxa bilmədi! Konservativ müalicə üsulları yardım etmirdi. Futbolçu məşqdə sürət yığan kimi həmin yerdən ağrı qopurdu. Ona görə də cərrahi müdaxiləyə ehtiyac duyuldu və ora metal qoyuldu. Amma bu da istənilən effekti vermədi. Çünki bu dəfə də Azarın əzələsində problemlər yaranmağa başladı. Təkcə bir faktı vurğulayaq ki, PSJ- ilə oyunda alığı zədədən “Real”dan ayrıldığı dönəmə qədər olan 43 aylıq müddətdə Azar yalnız bir (!!!) qarşılaşmanı 90 dəqiqə əvəzlənmədən keçirdi. “Real” fanatları və futbol dünyası bir də heç vaxt əvvəlki Azarı görə bilmədi. Azar günlərini və aylarını zədəsini sağaltmağa həsr etdiyi vaxtlarda digər futbolçular bir yerdə dayanmırdı. Vinisius tədricən yeni səviyyəyə yüksəlməyə, Rodriqo isə “Real”a fayda verə biləcək futbolçuya çevrilməyə başladı. Buna görə də əvvəlcə Zinəddin Zidanın, sonra da Karlo Ançelottinin Azara şans vermək üçün elə də çox fürsəti yox idi. Benzema başda olmaqla irəlidəki futbolçular özlərini yaxşı tərəfdən göstərirdi və faktiki Azara yer (və ehtiyac) qalmırdı. Amma belçikalı heç olmasa, şans qazandığı oyunlarda özünü göstərə bilsəydi, bəlkə də vəziyyəti dəyişmək olardı. Dərd orasındadı ki, Azar ikinci hissələrdə meydana çıxdığı oyunlarda da heç nə göstərmirdi.

Təbii ki, həyatda da, idmanda da bir çox gözlənilıməz hadisə baş verə bilir. Amma Azarın başına gələnlərə məntiqi izah tapmaq çətindi. İspaniyanın paytaxtına köçənə qədər çox nadir hallarda zədə üzündən oyun buraxan bir futbolçunun birdən-birə bu dərəcədə zədəyəmeyilli və həssas futbolçuya çevrilməsi əsl nonsensdi. “Real”a gələnə qədər olan 10 illik dönəmə (3 mövsüm “Lill”də, 7 mövsüm “Çelsi”də) nəzər salsaq, Azar milli çempionatlar çərçivəsində baş tutan 380 qarşılaşmadan cəmi 22-ni (!) buraxmışdı.

“Burgergeyt”
Yenə də bir məntiqi izah tapmağa çalışaq. Mütəxəssislərin fikrincə, Azarın bu duruma düşməsinin səbəbi odu ki, o, heç vaxt peşəkar idmançı kimi yaşamayıb və orqanizminə fikir verməyib. Futboldan asudə vaxtlarda Azar sanki sıradan bir şəxsə çevrilirdi. Özünü ailəsinə həsr edir və ürəyi istəyəni edir, ürəyi istəyəni yeyirdi. O heç vaxt, məsələn, Kriştiano Ronaldo kimi oyunlardan sonra orqanizminin dincəlməsi üçün buzlu suya girməyib və ya orqanizmindəki kalorini hesablamayıb. Onu artıq çəkisi olmaqda günahlandıranlara cavabı, adətən, belə olurdu: “Narahatlıq üçün problem görmürəm. Tətildə doyunca istirahət etməyi xoşlayıram. Orqanizmimin özəlliklərini bilirəm. Mən tez çəki yığıramsa, tez də çəki atıram”. Haqlı olaraq sual verə bilərsiz ki, Azar həmişə belə peşəkarlıqdan uzaq həyat sürübsə, nə üçün əvvəlki illərdə zədələnmirdi. Bunun qısa və konkret cavabı var: yaş. Bəli, yaş gec-tez öz sözünü deməliydi. “Lill”də onun çəkisi 72 kq, “Çelsi”də 75 kq, “Real”da isə 80 kq idi! Azarın boyu isə xatırladaq ki, cəmi 175 sm-di. Belçika yığmasının məşqçilərindən olan Bernd van Kasteley bir müddət öncə verdiyi müsahibədə maraqlı etirafla diqqəti çəkmişdi: “Gövdəli olan və fiziki göstəriciləri ilə seçilən futbolçular heç də həmişə komandada ən çox yemək yeyənlərdən olmurlar. Məsələn, Lukaku meyvə və pasta yeməyi xoşlayır. Çox möhkəmdi və yediklərinə diqqət yetirir. Bizdə ən çox yeyən isə Azardı. Onun ən zəif yönü burgerlərdi. Bir dəfə 2011-ci ildə Türkiyə ilə oyunun ikinci hissəsi başlayandan bir müddət sonra onu əvəzlədilər. Azar həmin vaxt oyun bitməmiş stressdən qurtulmaq üçün stadiondan çıxaraq yaxınlıqdakı “Makdonalds”a üz tutdu”. Yeri gəlmişkən, bu hadisə Belçika mətbuatında böyük müzakirələrə səbəb olmuş və hətta ölkədə bu olaya “Burgergeyt” adı qoyulmuşdu.

Artıq çəki problemdi, yoxsa üstünlük?
Karyerasının böyük hissəsində Azar artıq çəkiyə problem yox, əksinə, üstünlük kimi yanaşırdı. Bədəninin quruluşu elə idi ki, aşağı ağırlıq mərkəzinin hesabına o, çox hərəkətli idi və ən əsası ayaqları üzərində möhkəm dayanırdı. Edenin uğurunun sirri əzələ kütləsi ilə yemək nəticəsinə yaranan piylər arasında balans yarada bilməsində idi. Amma bütün bunlar onun “Real”a qədər olan karyerasına aiddi. Çünki Madriddə o, bu balansı ilk gündən itirdi və bunun nəticəsində xroniki zədələr başladı. Az öncə də qeyd etdiyimiz kimi onun “Çelsi”dəki karyerasında, demək olar, bir neçə ay oynamadığı dönəm olmayıb. İstisna kimi yalnız 2015/16-da Joze Mourinyo ilə problem yaşadığı dönəmi qeyd etmək olar. İspaniyada isə onun bir zədəsi başqa bir zədənin, ağrıların olmasına gətirib çıxarırdı. Sanki zədələr zəncirvari şəkildə bir-biri ilə bağlı olurdu. Bütün bunların fonunda Azarın “Çelsi”də əldə etdiyi uğurlar adama yuxu və ya möcüzə kimi gəlir. İngiltərədəki ilk mövsümündə o, Peşəkar Futbolçular Assosiasiyası tərəfindən ilin rəmzi komandasına seçildi. İkinci mövsümündə bu uğuru təkrarladı, üstəlik ilin ən yaxşı gənc oyunçusu seçildi. 3-cü mövsümündə isə tam olaraq premyer-liqanın ən yaxşı oyunçusu adını qazandı! Əminliklə söyləmək olar ki, Azar İngiltərədə keçirdiyi 7 mövsümüm üçündə premyer-liqanın ən yaxşı futbolçusu idi. Daha ikisində o, ilk “3-lük”də idi. Edenin açıq-aşkar zəif keçirdiyi yeganə mövsüm 2015/16-dı. Düzdü, 2017/18-də də ideal deyildi. Amma həmin mövsüm heç olmasa, finalda “Mançester Yunayted”in qapısına qələbə qolunu vuraraq komandasına İngiltərə kubokunu qazandıra bildi. Azar 2019-da paytaxtımızda keçirilən AL-in finalına da damğa vuraraq “Arsenal”ı 4:1 yendikləri qarşılaşmada dubl etdi. Həmin vaxt onun 28 yaşı var idi və heç kimin ağlına da gəlməzdi ki, bu, Azarın peşəkar karyerasında parlaq oyun nümayiş etdirdiyi sonuncu qarşılaşma olacaq...

18 zədə, 498 gün, 77 oyun...
Bütün bu xoş olmayan əhvalatın daha bir üzücü tərəfi var. “Real” Azarın daim oynamaq arzusunda olduğu başlıca klub idi. O, uşaq yaşlarından Madrid nəhənginin azarkeşi idi. Amma artıq haqqında ətraflı bəhs etdiyimiz PSJ ilə oyundakı zədə hər şeyi məhv etdi. Topuğuna qoyulmuş metal ona həm fiziki, həm də psixoloji problemlər yaradırdı. 2021-ci ilin martında Eden hətta növbəti dəfə bıçaq altına yatmaq və metalı ordan çıxartdırmaq istədi. “Real” rəhbərliyi birmənalı şəkildə buna icazə vermədi. Belə şərtlər altında daha bir il keçdi. Azar durumdan narazı idi. Amma onun dilini qısa edən şans qazandığı oyunlarda heç nə edə bilməməsi idi. 2022-nin martında, nəhayət, metalı ordan çıxardılar. Amma artıq hər kəsə bəlli idi ki, problem yalnız bunda deyil. Azar, sadəcə, psixoloji cəhətdən “sınmışdı”. Beləliklə, “Real”da keçirdiyi 4 mövsüm ərzində o, 18 (!) fərqli zədə aldı və ümumilikdə 498 gün, başqa sözlə desək, 77 qarşılaşmanı buraxmalı oldu. Bu faciənin səbəbkarının kim və ya nə olması sualı üzərində düşünmək üçün bundan sonra Azarın çox vaxtı olacaq. O, Madrid karyerasını bu göstəricilərlə tamamladı: 76 oyun, 7 qol, 12 məhsuldar ötürmə. Burda qazandığı 8 titulu həyatının sonuna qədər hansı hisslərlə xatırlayacağı bilinməsə də, Azarın arzusunda olduğu ÇL-i də qazandığını vurğulayaq. Yazını onun vida sözləri ilə tamamlamaq yerinə düşər:

“Özünə qulaq asmağı və vaxtında dayanmağı bacarmalısan. 700-dən çox oyunu əhatə edən 15 illik peşəkar karyeramı bitirmək qərarına gəldim. Arzumu həyata keçirərək dünyanın bir çox önəmli stadionunda oynamaqdan zövq aldım. Bir çox əfsanəvi yönəticilər, məşqçilər və futbolçuları tanıdım. Bu gözəl anlara görə minnətdaram. Hər biriniz üçün darıxacam. Oynadığım klublara və Belçika Futbol Federasiyasına da təşəkkürümü bildirirəm. Xüsusi təşəkkür mənim yaxşı və pis vaxtlarımda yanımda olan ailə üzvlərimə, dostlarıma düşür. Və nəhayət, karyeramın əvvəlindən mənə dəstək verən, ruhlandırmağa çalışan fanatlara təşəkkür edirəm. Artıq yaxınlarımla vaxt keçirməkdən zövq alacağım bir zaman yetişib. Dostlar, ən qısa müddətdə meydandan kənarda görüşəcəyik”.


ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-08-2023, 21:0

Azar qəti qərara gəlib

Dünya futbolu

2-08-2023, 16:0

Azar futbolu tərk etməyə məcburdu?

Dünya futbolu

30-03-2022, 22:0

Azar üçün mövsüm bitdi

Dünya futbolu

5-02-2023, 23:0

Azar ''Real''da 18-ci dəfə zədələndi!

Dünya futbolu

22-03-2022, 12:0

Azarın ''El Klasiko'' performansı: sıfır!

Dünya futbolu

4-06-2023, 15:0

"Real"da ayrılıq

Aktual
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
Son xəbərlər
  • Bu gün, 18:00
    Yaşıl meydanı tərk edəcək
  • Bu gün, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Bu gün, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Bu gün, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
Daha çox
Oxunub: 22
Yaşıl meydanı tərk edəcək
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 191
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 178
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə