Eden Azar peşəkar futbolçu həyatı ilə bağlı qəti qərara gəlib. Bu yay “Real”la yollarını ayıran futbolçu 32 yaşında karyerasını başa vurur.
"Football-plus.az" xəbər verir ki, “Foot Mercato”nun məlumatına görə, belçikalı yarımmüdafiəçi bir neçə klubla danışıq aparsa da, karyerasını bitirmək qərarına gəlib. Onun Səudiyyə Ərəbistanı, ABŞ klubları, “Marsel” və “Nitsa”da oynamaq şansı olub. Ancaq Eden və ailəsi İspaniyada özlərini rahat hiss edir və Madriddə qalmaq istəyirlər ki, bu da belçikalının böyük ehtimalla karyerasını başa vurması ilə nəticələnəcək.