• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” özünə məxsus olan rekordu təkrarladı – TURUN ŞƏRHİ

Dünya futbolu

11-10-2023, 21:0

Tur cümə günü meydan sahiblərinin qalib gəldiyi iki qarşılaşma ilə start götürdü.

"Football-plus.az" xəbər verir ki, “Alanyaspor” “Fatih Karagümrük”ü, “Adana Dəmirspor” isə “Trabzonspor”u evə əliboş yola saldı. Qaradənizlilər bu mövsüm 4-cü səfər oyununda 3-cü məğlubiyyətlə üzləşdilər. Adana təmsilçisinin 5-i superliqada, 3-ü avrokuboklarda olmaqla bu mövsüm evdə keçirdiyi 8 oyunun hamısında qalib gəlməsi diqqəti çəkir. “Adana Dəmirspor” 3-cü pillədəki yerini qorudusa, “Trabzonspor” 7-ci pilləyə gerilədi.

Şənbə günü “Sivasspor” səfərdə “Pendikspor”u yenərək 5 oyunluq qələbəsiz seriyaya son qoydusa, “Ankaragücü” Əmrə Belözoğlunun debüt matçında gözlənilmədən “Kayserispor”u darmadağın etdi. Əvvəlki iki klubunda – “Fənərbaxça” və “İstanbul BŞ”də işə qələbə ilə başlayan Belözoğlu bu seriyanı paytaxt təmsilçisində də davam etdirdi. Günün digər iki qarşılaşmasında favoritlər eyni – 2:0 hesablı qələbəyə sevindilər. “Qaziantep”i yenən “İstanbul BŞ” mövsümdə 2-ci qələbəsini qazandı. “Qalatasaray”ın çətin Antalya səfərində isə İkardi yenə ön plana çıxdı. Argentinalı forvard ilk qolda hesabına məhsuldar ötürmə yazdısa, 2-ci qolu özü vurdu. “Cim-Bom”un heyətində 40-cı rəsmi oyunda vurduğu qoların sayını 35-ə çatdıran İkardi diqqətçəkən göstəriciyə nail oldu. O, müvafiq statistikanın aparıldığı 2007/08-dən bəri Türkiyə çempionatında 30 qol həddinə ən tez çatan futbolçu oldu! Rekordun əvvəlki sahibi seneqallı Dianye 30 qola 33-cü oyunda çatmışdısa, İkardi 32-ci oyunda çatdı. Onu da bildirək ki, “Qalatasaray”ın rəsmi matçlarda qələbə seriyası 7, məğlubiyyətsiz seriyası 22 oyuna bərabərdi!

Bazar günü Qaradəniz derbisi ilə start götürdü. Debütantların duelində “Çaykur Rizəspor” 13-cü dəqiqədə azlıqda oynamasına baxmayaraq, “Samsunspor”u məğlub etməyi bacardı. 7 oyuna 1 xal toplayan Samsun təmsilçisi elitadakı ən uğursuz startını reallaşdırıb. Ötən həftəiçi “Luqano” ilə oyunda qeydə alınan tarixi məğlubiyyətdən sonra fanatarın böyük etirazı ilə üzləşən və Şenol Günəşlə yolları ayıran “Beşiktaş” bu tur “İstanbulspor”u qəbul etdi. Komandanı meydana Günəşin köməkçisi Burak Yılmaz çıxarmışdı. “Ağ-qaralar”ın bəxti onda gətirdi ki, belə qarışıq dönəmdə rəqib o qədər də güclü deyildi. Abubakar və Gezzalın qolları sayəsində “Qartal” hesabına vacib 3 xal yazaraq zirvə ilə aradakı fərqin bir qədər də artmasına imkan vermədi. Penaltidən fərqlənən Gezzal superliqada 420 günlük fasilədən sonra qol sevinci yaşadı. Maraqlıdı ki, “Beşiktaş” bu mövsüm ilk dəfə superliqada ardıcıl 2 qələbə qazandı. Komandanın çempionat çərçivəsində evdəki məğlubiyyətsiz seriyası isə 18 oyuna çatdı (13 qələbə, 5 heç-heçə). Bu, 2019-dan bəri “Beşiktaş”ın ən yaxşı seriyasıdı. Türkiyə mətbuatının yazdığına inansaq, dekabrda keçiriləcək növbədənkənar seçkiyə qədər Burak Yılmaz baş məşqçi vəzifəsinin icrasına davam edəcək. Komanda həmin tarixə qədər 6-sı superliqada, 3-ü avrokuboklarda olmaqla 9 rəsmi oyun keçirəcək. Turun daha bir maraqlı oyununda “Hatayspor” “Konyaspor”u yenməklə 8-ci turu da məğlubiyyətsiz tamamladı.

Mövsümə tarixi qələbə seriyası ilə start verən “Fənərbaxça”nın isə budəfəki qurbanı “Kasımpaşa” oldu. Erkən qolları sevən “Fənər” bu oyuna da eyni tərzdə başladı. Komanda bu mövsüm superliqada 4-cü dəfə ilk 10 dəqiqədə qol vurdu. Qapıçı Cekonun ilk zərbəsini dəf etsə də, bosniyalı forvardın 2-ci zərbəsi dəqiq alındı. Çox passiv nəzərə çarpan və “Fənər”ə heç bir problem yarada bilməyən “Kasımpaşa” fasilə ərəfəsində 2-ci qolu da buraxdı. Cekoya qarşı kobudluğa görə təyin olunan penaltini Tadiç dəqiq yerinə yetirdi. İkinci hissədə hesab dəyişmədi. “Kasımpaşa”nın “Fənər”ə qarşı keçirdiyi son 22-ci superliqa matçında 19-cu dəfə məğlub olması (və cəmi 1 qələbə qazanması) heyrət doğurmaya bilməz. Növbəti dəfə zirvəni əldən verməyən və yığma fasiləsinə lider yollanan İstanbul nəhəngi bu qarşılaşmada qapısını toxunulmaz saxlamaqla öz rekordunu yenilədi. Belə ki, “Fənər” bu mövsüm superliqada keçirdiyi 4 səfər oyununun heç birində qol buraxmayıb! Komanda daha öncə 1966/67 və 1997/98-də ilk 3 səfər matçında qol buraxmamışdı. Amma həmin mövsümlərin hər ikisində 4-cü oyunda bu uğuru davam etdirmək mümkün olmamışdı.

8-ci tur
Antalyaspor – Qalatasaray 0:2
Sançes, 58. İkardi, 86.
Qalatasaray: Muslera, Boe, Sançes, Əbdülkərim Bardakcı, Kazımcan Karataş (Nelsson, 75), Ndombele (Mertens, 63), Torreyra, Barış Alpər Yılmaz (Tete, 46), Kərəm Aktürkoğlu (Xəlil Dərvişoğlu, 86), Zaha (Kaan Ayhan, 63), İkardi.
Kasımpaşa – Fənərbaxça 0:2
Ceko, 6. Tadiç, 45+3-p.
Fənərbaxça: Livakoviç, Fərdi Kadıoğlu, Bekao, Ciku, Oostervolde (Mərt Müldür, 74), Fred, İsmayıl Yüksək, İrfan Can Kahveci (Kent, 74), Şimanski (Zayts, 84), Tadiç, Ceko (Batşuayi, 74).
Beşiktaş – İstanbulspor 2:0
Abubakar, 6. Gezzal, 90-p.
Beşiktaş: Ərsin Destanoğlu, Rozye, Bayi (Nəcip Uysal, 30), Amarti, Zaynutdinov, Haciahmetoviç (Tayfur Bingöl, 57), Salih Uçan (Dəmir Ege Tıknaz, 71), Gezzal, Oksleyd-Çemberleyn, Muleka (Onur Bulut, 71), Abubakar (Cenk Tosun, 71).
Adana Dəmirspor – Trabzonspor 1:0
Nani, 30.
Adana Dəmirspor: Ərtaç Özbir, Svensson, Qravilyon, Semih Gülər, K.Rodriges (Yusuf Ərdoğan, 62), Əmrə Akbaba, Stambuli, Yusuf Sarı (Yusuf Barasi, 71), Belhanda (Dorukhan Toköz, 77), Nani (Zeneli, 62), Nianq (Balotelli, 62).
Trabzonspor: Uğurcan Çakır, Strüger Larsen, Baniya, Densvil, Ərən Elmalı, Berat Özdəmir, Bakasetas, Visça (Tekliç, 72), Funtas (Trezeqe, 72), Bardi (Enis Destan, 85), Onuaçu.
İstanbul BŞ – Qaziantep 2:0
Opoku, 3. Ciloboci, 36-öz qapısına.
Hatayspor – Konyaspor 3:1
Renat Dadaşov, 22-p.; 53. Strandberq, 83 – Prip, 32.
Çaykur Rizəspor – Samsunspor 1:0
Benhur Kesər, 80.
Pendikspor – Sivasspor 2:3
Ərəncan Yardımcı, 68. Gökcan Kaya, 74 – Barrou, 4. Manay, 57. Appindanqoye, 76.
Alanyaspor – Fatih Karagümrük 2:1
Eduardo, 18. Oğuz Aydın, 83 – Güvən Yalçın, 90+2.
Ankaragücü – Kayserispor 3:0
Q.Rodriges, 49. Bayiç, 52. Makeda, 89.

1. Fənərbaxça 8 8 0 0 20-3 24
2. Qalatasaray 8 7 1 0 16-4 22
3. Adana Dəmirspor 8 5 2 1 19-9 17
4. Beşiktaş 8 5 1 2 12-9 16
5. Hatayspor 8 3 5 0 14-7 14
6. Çaykur Rizəspor 8 4 2 2 9-11 14
7. Trabzonspor 8 4 0 4 15-11 12
8. Kasımpaşa 8 3 3 2 13-16 12
9. Sivasspor 8 2 4 2 10-11 10
10. Kayserispor 8 2 4 2 7-8 10
11. Alanyaspor 8 2 4 2 8-10 10
12. Ankaragücü 8 2 3 3 12-10 9
13. Antalyaspor 8 2 3 3 9-10 9
14. Konyaspor 8 2 3 3 8-10 9
15. İstanbul BŞ 8 2 1 5 5-11 7
16. Fatih Karagümrük 8 1 3 4 7-9 6
17. Qaziantep 8 2 0 6 6-15 6
18. Pendikspor 8 0 4 4 8-17 4
19. İstanbulspor 7 0 2 5 3-11 2
20. Samsunspor 7 0 1 6 5-14 1
Bombardirlər: İkardi (Qalatasaray) – 8, Ceko (Fənərbaxça) – 6, Şimanski (Fənərbaxça), Tiam (Kayserispor), Aytac Kara (Kasımpaşa) – 5.
Növbəti turun oyunları oktyabrın 21-23-ü aralığında keçiriləcək: İstanbulspor – Ankaragücü, Qalatasaray – Beşiktaş, Kayserispor – Ç.Rizəspor, Samsunspor – İstanbul BŞ, Qaziantep – Antalyaspor, Fatih Karagümrük – Adana Dəmirspor, Trabzonspor – Alanyaspor, Fənərbaxça – Hatayspor, Sivasspor – Kasımpaşa, Konyaspor – Pendikspor.

Turun rəqəmi
16 – “Fənərbaxça”nın tarixi seriyasının nə qədər davam edəcəyi bəlli deyil. 2-ci yığma fasiləsi gəlib çatdı, komanda hələ də büdrəməyib! Bu 16 oyunluq seriyada İstanbul nəhəngi 46 qol vurduğu halda, öz qapısından cəmi 7 top buraxıb. Rəqib tanımayan “Fənər” həm də superliqada mövsümə ardıcıl 8 qələbə ilə başlayaraq özünə məxsus olan rekordu təkrarladı. Türkiyə çempionatı tarixində buna qədər yalnız bir dəfə bir komandanın ilk 8 turda xal itirməməsinə rast gəlinmişdi. Bunu 2009/10-da Daumun “Fənər”i bacarmışdı. Həmin vaxt “sarı-lacivərdlilər” 9-cu turda səfərdə “Qaziantepspor”a uduzmuşdu. Yəni indiki komandanın növbəti tur rekordu yeniləmək şansı var.

Turun ulduzu
Renat Dadaşov (Hatayspor) – yığmamızın üzvü bu tur superliqada dubl edən yeganə futbolçu oldu. Sentyabrın əvvəllərində transfer olunan və ilk üç oyunda sonradan meydana çıxan 24 yaşlı forvard start heyətində keçirdiyi ilk qarşılaşmadaca 2 qol vurdu. Onu da bildirək ki, Renat Türkiyə çempionatında dubl edən ilk azərbaycanlı futbolçu kimi tarixə düşdü.

Turun sitatı
Feyzulla Kadıoğlu, “Fənərbaxça”lı Fərdi Kadıoğlunun atası: “Oğlumun skautlar tərəfindən izlənilməsi ilə bağlı məlumatım yoxdu. Mən, sadəcə, onun sürücüsüyəm. Yalnız onu deyə bilərəm ki, səviyyəsini daha da artıracaq. Oyunu yaxşı oxuyur. Çox səbirlidi və məqşlərdə çox çalışır. Mən uşaqlıqdan onun yalnız texnikası ilə məşğul olmuşam. Qalan şeylər öz istedadıdı. “Fənərbaxça” camiəsinin gözlədiyi həmin mövsüm məhz bu mövsümdü. Fərdi komandanı çempion edəcək və sonra da ayrılacaq. Onun İspaniya və ya Almaniyada böyük klublardan birində oynamasını istərdim. Böyük kluba getməyəcəksə, elə burda qalsa, yaxşıdı”.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Meydanın ot örtüyü yaxşı durumda deyildi. Üstəlik bəzi oyunçularda yorğunluq özünü göstərdi. Ona görə də tam istədiyimz səviyyədə oynaya bilmədik. Amma ümumi götürəndə üstünlük bizim tərəfimizdəydi. Vurduğumuz qollardan başqa da real fürsətlər yaxaladıq. “Antalyaspor” liqamızın yaxşı klublarından biri olsa da, inamlı qələbə qazandıq. Rəqiblərimiz bizə qarşı yaxşı hazırlaşır. Bu da normaldı. Çünki onların həm dincəlmək, həm də hazırlaşmaq üçün vaxtı olur. 1:0-dan sonra qapımız önündə bəzi təhlükələr yarandı. Amma yaxşı müdafiə olunduq. Qələbə seriyamız 7-yə çatdı. Ziyeşin ayağındakı ağrılar tam keçməyib. Ona görə də riskə getmək istəmədik. Uzun müddət oynamayan bir futbolçunun belə durumla qarşılaşması normaldı. Yığma fasiləsindən sonra onun da , Ndombelenin də oynamağa tam hazır olacağını düşünürəm”.

İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Hər şey planlaşdırdığımız kimi keçdi. Məşqlərdə bu matçda necə oynamalı olduğumuzu müəyyənləşdirmişdik. 2 qol vurduq, üstəlik qapımız önündə heç bir təhlükə yaranmadı. Oyunçularımı təbrik edirəm. Komanda şəklində yaxşı müdafiə olunduq. Futbol təkcə hücum etməkdən ibarət deyil. Müdafiə olunmağı da bacarmaq lazımdı. Biz oyunun hər iki yönünü yaxşı oynayırıq. Qələbə seriyamızın davam etməsi üzərimizdə heç bir təzyiq yaratmır. Zatən hər oyuna qalib gəlmək üçün çıxırıq. Liderliyimizi davam etdiririk. Başqalarının durumu bizi maraqlandırmır. Unutmayaq ki, bu komanda ötən mövsüm tam fərqli sistemlə oynayırdı. Üstəlik yayda 10-dan çox yeni oyunçu gəldi. Onlar oyun fəlsəfəmi qısa müddətdə anlaya bildilər. İstəsən, lap ən yaxşı oyunçuları gətir. Məşqçinin toxunuşu olmasa, komanda uğurlu nəticələr əldə edə bilməz. Bizim öz oyun planımız, eləcə də B və C planlarımız var. Bu vəzifədə 3-cü ayımı tamamlayıram. Bu müddətdə cəmi 4-5 dəfə evimə getmişəm. Açığı, bir qədər yorulmuşam. Fasilədən istifadə edərək evə getmək və dincəlmək istəyirəm”.

Burak Yılmaz, “Beşiktaş”ın müvəqqəti məşqçisi: “Çətin durumda olduğumuz üçün bu gün bizi nəticədən başqa heç nə maraqlandırmırdı. Baxımlı oyun arxa planda idi. Açıq danışsaq, çox da yaxşı oynamadıq. Amma səhvlərimizi görür və qəbul edirik. Bunu sayəsində dəyişəcəyik və inkişaf edəcəyik. Oyunçulara təşəkkür edirəm. Son uğursuzluğa çox gözəl reaksiya verdilər. Fanatlarımıza da oyunun sonunda bizə göstərdikləri sevgiyə görə minnətdaram. Növbəti oyunlarda da onları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Fanatların komandaya acıqlanmağa da, sevməyə də haqqı çatır. Hamısının başımızın üstündə yeri var. Bu qələbəni həm onlara, həm də Şenol Günəşə həsr edirəm. Əminəm ki, oyunu izləyirdi. Onun əllərindən öpürəm. Komandada hər kəs onu çox sevirdi. Heç kim onun ayrılmasına sevinmədi. Günəş yaxşı məşqçi olmaqla yanaşı, həm də psixoloqdu. Karyerası boyunca dəfələrlə problemli oyunçuları qəbul edərək onları yeni səviyyəyə qaldırmağı bacarıb. Özümə gəlincə, xaosdan çəkinmirəm. Çünki karyeramda dəfələrlə belə durumlar yaşamışam. “Beşiktaş” böyük camiədi və bu vəziyyətdən alnıaçıq şəkildə çıxmağı bacaracaq”.

1-ci liqa
8-ci tur: Kocaelispor – Ərzurumspor 1:1, Manisa – Sakaryaspor 1:1, Eyupspor – Bodrum 3:0, Bandırmaspor – Çorum 0:0, Şanlıurfaspor - Gənclərbirliyi 1:2, Keçiörəngücü – Tuzlaspor 0:2, Adanaspor - Girəsunspor 4:2, Boluspor – Göztəpə 0:2, Altay – Ümraniyəspor 0:3.
1. Eyupspor 8 7 0 1 19-4 21
2. Bandırmaspor 8 4 4 0 11-4 16
3. Kocaelispor 8 5 1 2 13-8 16
4. Bodrum 8 4 2 2 10-6 14
5. Göztəpə 8 4 2 2 7-4 14
6. Gənclərbirliyi 8 4 2 2 9-10 14
7. Manisa 8 3 4 1 10-4 13
8. Çorum 8 4 1 3 10-6 13
9. Keçiörəngücü 8 3 2 3 6-7 11
10. Ərzurumspor 8 2 4 2 8-5 10
11. Adanaspor 8 3 0 5 9-10 9
12. Sakaryaspor 8 2 3 3 6-8 9
13. Şanlıursaspor 8 2 3 3 7-10 9
14. Tuzlaspor 8 2 1 5 6-17 7
15. Boluspor 8 1 3 4 4-9 6
16. Girəsunspor 8 1 2 5 6-12 5
18. Ümraniyəspor 8 1 2 5 5-13 5
16. Altay 8 1 2 5 5-14 5
Bombardir: Ahmed Kutucu (Eyupspor) – 6.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

8-06-2023, 22:0

“Trabzonspor” mövsümü 6-cı pillədə tamamladı, Çalımbay “Sivasspor”dan ayrıldı - ŞƏRH

Dünya futbolu

14-03-2023, 21:0

“Qalatasaray” 63 illik rekordu yenilədi – TƏHLİL

Dünya futbolu

27-09-2022, 17:0

“Fənərbaxça” Türkiyə futbolunun ən bahalı heyətini yığıb! - SİYAHI

Dünya futbolu

20-07-2023, 17:0

Superliqada yeni mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

4-10-2023, 22:0

“Fənərbaxça” 14-cü oyunda da büdrəmədi! - TURUN ŞƏRHİ

Aktual
Bir futbolçu qayıtdı, digəri 7 aylığa sıradan çıxdı - “Zirə”dən xəbər var!
“Sabah”ın qrupa düşməsi su içmək qədər asandı! – yalnız bir şərt var
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
“Hesab 3:0 olsa belə, düşünürəm ki, daha iki qol vura bilərdik” – İmad Faraj
"Sabah" - "Zirə" matçından ortaq yayın olacaq? - PFL rəsmisi açıqladı
7 dəqiq ötürmə, sarı vərəqə, qapıya 0 zərbə - Mahir daha nə etdi?
Son xəbərlər
  • Dünən, 23:59
    Əziz Yıldırımın sabiq sağ əli onun rəqibinə dəstək verdi
  • Dünən, 23:37
    ''Barsa'' üçün ''El Klasiko'' qızılı rəngə büründü
  • Dünən, 23:00
    FİFA-da prezident seçkisi nə vaxt keçiriləcək?
  • Dünən, 22:29
    Əziz Yıldırımın rəqibi ''Milan''ın ulduzunu ''Fənər''ə gətirmək istəyir
  • Dünən, 22:00
    Bir futbolçu qayıtdı, digəri 7 aylığa sıradan çıxdı - “Zirə”dən xəbər var!
  • Dünən, 21:28
    11 ildən sonra “Çelsi”yə qayıda bilər
  • Dünən, 20:58
    “Sabah”ın qrupa düşməsi su içmək qədər asandı! – yalnız bir şərt var
  • Dünən, 20:22
    Kristensen gedir
  • Dünən, 19:57
    Güləşçilərimiz AÇ-nin finalında
  • Dünən, 19:43
    ''Şaxtyor'' çempion oldu, Arda Turan tarixə düşdü
  • Dünən, 19:06
    "Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
  • Dünən, 18:59
    Ferstappenin atası yaxşı qurtardı
  • Dünən, 18:10
    "Sabah" "Neftçi" ilə oyunda mükafatlandırılacaq - RƏSMİ
  • Dünən, 17:42
    "Sabah" - "Neftçi" oyununun vaxtı açıqlandı - 32-ci turun cədvəli
  • Dünən, 17:37
    Serrano premyer-liqada 100-ə çatan ikinci ispaniyalıdı
  • Dünən, 17:23
    Adetokunbo Messi ilə Ronaldonu müqayisə etdi
  • Dünən, 16:47
    12 saat timsahlar arasında üzdü!
  • Dünən, 16:21
    “Hesab 3:0 olsa belə, düşünürəm ki, daha iki qol vura bilərdik” – İmad Faraj
  • Dünən, 15:51
    Rokki hakimlərin işinə necə müdaxilə edib? - “İnter”in heç bir rəhbərinin istintaqa cəlb olunmadığı vurğulanır
  • Dünən, 15:37
    İki güləşçimiz AÇ-nin yarımfinalında
  • Dünən, 15:16
    Mövsümdə 2-ci dəfə...
  • Dünən, 14:49
    "Sabah" - "Zirə" matçından ortaq yayın olacaq? - PFL rəsmisi açıqladı
  • Dünən, 14:26
    Millimiz Gürcüstana uduzdu
  • Dünən, 14:18
    Rəhim Sadixov 200-ə çatdı
  • Dünən, 13:47
    Nəriman 11 dəqiqə oynadı, komandası darmadağın oldu
  • Dünən, 13:30
    7 dəqiq ötürmə, sarı vərəqə, qapıya 0 zərbə - Mahir daha nə etdi?
  • Dünən, 12:59
    İki ildən sonra A seriyasına qayıtdılar
  • Dünən, 12:30
    İlkin siyahıya düşsə də, DÇ-2026-da oynayacağı dəqiq deyil
  • Dünən, 12:00
    Son 35 ilin ən pis göstəricisi
  • Dünən, 11:29
    ''Fənərbaxça'' çempion oldu
  • Dünən, 11:00
    Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
  • Dünən, 10:31
    "Sabah" - "Zirə" finalına son iki gün - 6500-ə yaxın bilet satıldı
  • Dünən, 10:00
    Yayda meydanı tərk edəcək
  • Dünən, 01:02
    “Barselona” 29-cu dəfə çempion oldu
  • 10-05-2026, 23:0
    Üç açılış mərasimi keçiriləcək
Daha çox
Oxunub: 220
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 220
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 185
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 179
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 179
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 170
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə