"Football-plus.az" xəbər verir ki, komandalar arasında keçirilən iki oyundan birində rəqib, ikincidə isə "Murov Az Terminal" qalib gəlib.
Ardınca qalibi müəyyən etmək üçün qızıl set oynanılıb. Qızıl setdə 15:8 hesabı ilə qalib gələn komandamız Avropa Kubokunda növbəti mərhələyə yüksəlib.





