• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hünərsiz “Turan Tovuz” - KÖŞƏ

Manşet / Yazarlar

4-10-2023, 12:0

Bəribaşdan deyim ki, bu yazıda “Neftçi”nin Tovuzda qazandığı çətin qələbəyə kölgə salmaq niyyətim yoxdu.

Bəli, paytaxt təmsilçisi böyük zəhmət çəkdi, sonda da layiq olduğu 3 xalı qazandı. Qolun oyunun sonlarında, özü də künc zərbəsindən vurulması məsələnin mahiyyətini dəyişmir. 73-cü dəqiqədə meydana çıxan Aaron Olanarenin lazım olan anda lazım olan yerdə qərar tutması “Neftçi”yə layiq olduğu qələbəni qazandırdı. Azarkeşlərin arzuladığı əzəmətli “Neftçi”nin hələlik işartıları olmasa belə, “ağ-qaralar”ın turnir cədvəlinin yuxarılarına doğru hərəkətlənməsi elə çempionatımızın adına da müsbət məqamdı. Ümid edək ki, turlar keçdikcə “Neftçi” oyununu daha da yaxşılaşdıracaq, nəticələr də buna adekvat müsbət dinamikayla dəyişməyə başlayacaq.

Mən “Turan Tovuz”dan bəhs etmək istəyirəm. O “Turan Tovuz”dan ki, doğma meydanda qələbəyə həsrətdi. Bəli, mən başa düşürəm ki, futbolda qalib gəlmək də var, məğlub olmaq da. Amma göz görə-görə məğlubiyyətə razı olmaq, qorxaq futbolla 90 dəqiqəni yola verməyə çalışmaq qınanmalıdı. Necə ki, mən hər dəfə belə məşqçiləri və futbolçuları qınayıram. O cümlədən də “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovu. Futbola belə yanaşma futbolu da, çalışdırdığın komandanı da uçuruma aparır. Bunu unutmaq lazım deyil. Murad Musayevi hamımız tənqid edirik, qınayırıq. Müəyyən təndiqlərimizdə də çox haqlıyıq. Lakin rusiyalı çalışdırıcı “Kəpəz”lə heç-heçə bitən oyundan sonra çox maraqlı bir söz dedi. “Şamaxı”nı xatırlatdı və sual verdi: “Hardadı indi “Şamaxı”? Aşağı liqada. Ötən mövsüm əksər oyunlarda vaxt aparmaqla, tempi öldürməklə məşğul idilər. Onsuz da premyer-liqanı tərk etdilər. Normal futbol oynasaydılar, bəlkə də indi elitada münarizə aparmağa davam edirdilər”. Düz sözə nə deyəsən?!

“Neftçi” Tovuz səfərinə hesabında 9 xalla yollanmışdı. “Turan Tovuz”un isə 7 turdan sonra 11 xalı var idi. Deməli, çempionatın geridə qalan hissəsində “Turan Tovuz” “Neftçi”dən daha yaxşı çıxış etmişdi. Doğma meydanda qələbəyə həsrət qalan Tovuz təmsilçisi “ağ-qaralar”ı məğlub etməklə aradakı xal fərqini beşə çatdıra bilərdi. Həm də 3-cü pillədəki “Səbail”lə eyni xala malik olub, liderlər qrupunda qalmağa davam edərdi. Bunu hədəfləmək, bunu bacarmaq üçün cəsarətli olmaq lazım idi. Di gəl ki, Ayxan Abbasov başqa cür düşünmüşdü. Onun məqsədi “Neftçi”ni məğlub etmək, turnir cədvəlində irəliləmək yox, uduzmamaq idi. Belədə “Neftçi” ilə aradakı xal fərqi qorunacaqdı. Sonrası da Allah kərimdi. Bu yerdə adam “hoppandıq ki, irəli düşək, əvəzində geri düşdük” məsəlini xatırlayır. Qorxaq oyun “Turan Tovuz”u nəinki “Səbail”lə yoldaş etdi və ya “Neftçi”dən yuxarıda saxladı, əksinə, Ayxan Abbasov qonaqları özündən irəli buraxdı.

Əminliklə deyirəm: bu gedişlə “Sabah”la “Qəbələ”nin özünə gəlməsiylə “Turan Tovuz”un daha da aşağı sürüşməsi qaçılmaz olacaq. Belə oyun fəlsəfəsi, cəsarətsiz oyun ilə uzaqbaşı 7-ci və ya 8-ci pillələri tutmaq olar. O da bəxtin gətirsə. Sizin də yadınızda olar, “Neftçi” ötən mövsüm “Turan Tovuz”u 4:0 hesabıyla məğlub etmişdi. Ağır məğlubiyyətdən sonra azarkeşlər komandanı tribunaya çağırıb alqışlamışdılar. Böyük məğlubiyyətlərin əsası məhz belə yalançı sığallardan sonra yaranır. Komandanı sevmək, çətin məqamda dəstək olmaq başadüşüləndi. Amma məğlubiyyətə görə hesab istəməmək, uduzanları qınamamaq sonradan ağır fəsadlara səbəb olur. Necə ki indi “Turan Tovuz” bunun əziyyətini çəkir. “Səbail”lə 1:3 hesablı məğlubiyyətdən sonra “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev mətbuat nümayəndələrinin önünə çıxmışdı. Şəraitsizlikdən gileylənən Ehtiram bəy “Turan Tovuz”un böyük hədəflər uğrunda mübarizə aparmadığını demiş, əsas məqsədin elitada qalmaq olduğunu demişdi. Bununla da cənab Quliyev Ayxan Abbasovun çörəyinə yağ sürtüb, qorxaq oyunların bəhanəsi hazırdı.

Ah, nə gözəl məqsəddi. Əsas hədəfimiz elitadakı yerimizi qorumaqdı. Lap yaxşı. O zaman nəyə lazımdı bu qədər legioner? Tovuzun kəndlərindən 5-6 ayağı top tutan cavan uşaq toplayın, inanın ki, onlar “Sumqayıt” və “Kəpəz”lə elitada qalmaq uğrunda mübarizə aparacaqlar, yerlərini qoruyacaqlar da. “Neftçi”ylə oyunda “Turan Tovuz”un start heyətində 6 legioner futbolçu var idi. 6 legioner ölkədən valyuta çıxaran 6 əcnəbi işçi deməkdi. Ümumilikdə isə “Turan Tovuz”un iştirak ərizəsində 11 legioner futbolçunun adı yazılıb. Elitada yerini qorumaq üçün çox deyilmi? Sizi əmin edirəm ki, “Turan Tovuz” bu heyətlə, bu oyunla premyer-liqanı tərk etməyəcək. Heyətinə və şəraitinə görə sizdən daha zəif olanlar var. Çıxın, komandanın ad-sanına uyğun oyun oynayın, tovuzlu uşaqlar da sizə baxıb ürəklənsinlər, cəsarətli futbol oynamağı öyrənsinlər. Əl çəkin bu məğlub psixologiyasından, hünərli olun!

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

29-09-2023, 14:0

"Neftçi"nin daha bir legioneri "Turan-Tovuz"a qarşı oynamayacaq

Premyer-liqa

1-03-2023, 16:0

"Turan Tovuz" "Neftçi"nin önünə ciddi itki ilə çıxacaq

Ölkə kuboku

25-04-2023, 14:0

“Neftçi” – “Turan Tovuz” oyununa doğru: cəzalılar və zədəlilər

Premyer-liqa / Manşet

28-10-2022, 16:0

"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi

Aktual / Ölkə futbolu

26-06-2023, 16:0

"Turan Tovuz" "Neftçi"nin futbolçusu ilə anlaşdı

Premyer-liqa

29-06-2022, 15:0

"Turan Tovuz" "Neftçi"dən bu futbolçunu icarəyə götürdü

Aktual
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
Son xəbərlər
  • Bu gün, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Bu gün, 14:31
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Bu gün, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Bu gün, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Bu gün, 12:26
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Bu gün, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Bu gün, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Bu gün, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Bu gün, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Bu gün, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
Daha çox
Oxunub: 272
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 256
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 210
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 204
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 199
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə