• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kvaratsxeliya 23 oyunluq qolsuzluğa son qoydu

Dünya futbolu

2-10-2023, 21:0

A seriyasının 6-cı turundan sonra liderlər qrupunda vəziyyət bir qədər dəyişdi.

"Football-plus.az" xəbər verir ki, əsas hadisə “İnter”in qələbə seriyasının qırılması oldu. Buna baxmayaraq, “qara-göylər” zirvədəki yerini qorudular. Amma onlar artıq vahid lider deyil.

Tarixi ərzində mövsümün əvvəlində 4 dəfə ardıcıl 5 qələbə qazanan “İnter” öz rekordunu təkrarlaya bilmədi. Bundan əvvəl 1966/67, 2015/16 və 2019/20 mövsümlərinə də belə başlayan lombardiyalılar evdə büdrədilər. Əvəlki turda “Yuventus”a bu mövsüm ilk məğlubiyyətini (2:4) yaşadan “Sassuolo” bu dəfə liderin qələbə seriyasını qırdı. Halbuki ilk hissədə meydanda yaşanan mübarizəyə görə milanlıların uduzacağını demək çətin idi. Belə desək, Simone İnzaqinin komandasında futbol qəddarlığı çatmadı. İlk hissəni öndə başa vuran milanlılar fasilədən sonra Berardi ilə bacara bilmədilər. Hesabın bərabərləşməsi sanki ev sahiblərinin oyunla bağlı planını arsıtdı. Və qonaqların liderinin möhtəşəm zərbəsi “İnter”i vahid liderlikdən etdi.
Ona görə ki, əzəli rəqib “Milan” turu maksimum xalla başa vurdu. Stefano Pyolinin komandası “Kalyari” ilə səfər matçına qeyri-optimal heyətlə çıxmışdı. Adalılar bundan yararlanaraq 29-cu dəqiqədə hesabı açdılar. Amma qonaqlar elə ilk hissədəcə iki qol vurmaqla fasiləyə üstün vəziyyətdə yollanmağı bacardılar. İkinci hissədə daha bir qol vuran “Milan” şərikli liderliyə nail oldu. Pyolinin komandası “İnter”dən yalnız topların fərqinə əsasən geri qalır.
Ardıcıl 2-ci qələbə və “Leççe”nin məğlubiyyəti “Atalanta”ya 4-cü yerə yüksəlmək imkanı verdi. “Fiorentina”nın 2 xal itirməsi isə “Napoli”nin işinə yaradı. Son çempion, nəhayət ki, çemionatdakı qələbəsiz oyunlar seriyasının 4-ə çatmasına imkan vermədi. Rudi Qarsiyanın komandası evdə “Udineze”yə 4:1 hesabı ilə qalib gəldi. İnamlı qələbə neapolluları 7-ci yerdən 5-ə yüksəltdi.

Mövsümün əvvəlindən heç cür sabitliyə nail ola bilməyən paytaxt komandalarından “Latsio” öz meydanında “Torino”dan 3 xal ala bildi. İki cavabsız qol “qartallar”ı cədvəlin 15-ci pilləsindən 12-yə çıxardı.

Paytaxtın digər təmsilçisinin hazrkı vəziyyəti isə çox pisdi. “Roma” Genuyadakı matçda fiaskoya uğradı. Joze Mourinyonun komandası oyunun əvvəlində qapısında qol gördü. Tədricən özünə gələn qonaqlar hissənin ortalarında hesabı bərabərləşdirsələr də, müdafiə xəttində yol verilən kobud səhvlər onlara baha başa gəldi. 1:4 hesabıyla uduzan “Roma” ilk 6 turda yalnız 5 xal toplamaqla 16-cı yerə yuvarlandı.

Turun ən yaddaqalan faktlarından biri isə “Empoli”nin ikiqat uğursuzluğa son qoyması oldu. İlk 5 turda nə xal qazana, nə də qol vura bilən autsayder buna yeni baş məşqçisi Aurelio Andreatsolinin rəhbərliyi altında “Salernitana”ya qalib gəlməklə (1:0) nail oldu.

6-cı tur
İnter – Sassuolo 1:2
Dyumfris, 45+1 – Bayrami, 54. Berardi, 63. (70864)
İnter: Zommer, A.Bastoni (De Vrey, 68), Açerbi, Darmian, Dimarko (Auqusto, 68), Mxitaryan (Frattezi, 68), Çalhanoğlu (Klassen, 85), Barella, Dyumfris, Lautaro Martines, Türam (Sançes, 68).
Kalyari - Milan 1:3
Luvumbo, 29 – Okafor, 40. Tomori, 45. Loftus-Çik, 60. (16348)
Milan: Sportyello, Ernandes (Bertezaqi, 84), Tiav, Tomori, Florentsi, Reynders (Musa, 59), Adli (Pobeqa, 58), Loftus-Çik, Pulişiç (Leao, 69), Çukvueze (Romero, 69), Okafor.
Verona - Atalanta 0:1
Koopmeyners, 13. (15965)
Atalanta: Karnesekki, Kolaşinats, Cimşiti, Toloy (Skalvini, 78), Rucceri (Palomino, 89), Ederson, De Roon, Holm (Hatebur, 46), Lukmen (De Ketelare, 46), Koopmeyners, Paşaliç (Mirançuk, 72).
Napoli - Udineze 4:1
Zyelinski, 19-p. Osimhen, 19. Kvaratsxeliya, 74. Simeone, 82 – Samarciç, 81. (45305)
Napoli: Meret, Ruy, Natan, Estiqor, Di Lorentso, Zyelinski (Kayuste, 71), Lobotka, Zambo Angissa (Elmas, 83), Kvaratsxeliya (Raspadori, 83), Politano (Lindstrem, 63), Osimhen (Simeone, 63).
Latsio – Torino 2:0
Vesino, 56. Zakkanyi, 75. (35100)
Latsio: Provedel, Latsari (Hüsay, 80), A.Romanyoli, Kazale, Maruşiç, Luis Alberto, Rovella, Vesino (Genduzi, 74), Zakkanyi (İsaksen, 80), Felipe Anderson, İmmobile (Kastelyanos, 80).
Frozinone - Fiorentina 1:1
Sule. 70 – Qonsales, 19. (14755)
Fiorentina: Terraçano, Biraqi (Kayode, 46), Lukas Martines, Milenkoviç, Parizi, Dunkan, Artur (Mandraqora, 71), Sottil (İkone, 61), Bonaventura (Barak, 71), Qonsales, Nzola (Beltran, 81).
Cenoa - Roma 4:1
Qudmundsson, 5. Retegi, 45. Torsbyu, 74. Messias, 81- Kristante, 22. (30277)
Roma: Patrisio, Ndika, Lyorente (Bove, 24), Mançini (Belotti, 46), Spinatsola (Əl-Şaaravi, 78), Kristante, Paredes (Auar, 78), Kristensen, Lorentso Pelleqrini (Azmun, 78), Dibala, Lukaku.
Turun digər oyunlarının nəticələri: Yuventus - Leççe 1:0 (Milik, 57. 37498), Empoli – Salernitana 1:0 (Baldantsi, 34. 7979), Montsa – Bolonya 0:0
(8930).

1. İnter 6 5 0 1 15-3 15
2. Milan 6 5 0 1 13-8 15
3. Yuventus 6 4 1 1 12-6 13
4. Atalanta 6 4 0 2 11-5 12
5. Napoli 6 3 2 1 12-6 11
6. Leççe 6 3 2 1 8-5 11
7. Fiorentina 6 3 2 1 12-10 11
8. Frozinone 6 2 3 1 9-8 9
9. Sassuolo 6 3 0 3 11-12 9
10. Torino 6 2 2 2 6-7 8
11. Cenoa 6 2 1 3 8-9 7
12. Latsio 6 2 1 3 7-8 7
13. Bolonya 6 1 4 1 3-4 7
14. Verona 6 2 1 3 4-6 7
15. Montsa 6 1 3 2 4-7 6
16. Roma 6 1 2 3 13-11 5
17. Salernitana 6 0 3 3 4-10 3
18. Udineze 6 0 3 3 2-10 3
19. Empoli 6 1 0 5 1-13 3
20. Kalyari 6 0 2 4 2-9 2
Bombardirlər: Lautaro Martines (İnter) - 5, Berardi, Pinamonti (hər ikisi “Sassuolo”), Kyeza, Vlahoviç (hər ikisi “Yuventus”), Osimhen (Napoli), Jiru (Milan) - 4.

B SERİYASI
7-ci tur: Kozentsa – Kremoneze 1:2, Lekko - FeralpiSalo 1:2, Askoli - Ternana 2:0, Reccana - Piza 0:0, Züdtirol - Modena 0:0, Venetsiya - Palermo 1:3, Spetsiya - Breşia 0:0, Katanzaro – Çittadella 1:1, Komo - Sampdoriya 1:0, Parma - Bari 2:1.

1. Parma 7 5 2 0 14-3 17
2. Palermo 6 4 1 1 10-3 13
3. Komo 6 4 1 1 9-6 13
4. Modena 6 3 3 0 6-2 12
5. Venetsiya 7 3 3 1 8-5 12
6. Katanzaro 7 3 3 1 12-12 12
7. Züdtirol 6 2 4 0 11-7 10
8. Kremoneze 7 2 4 1 8-7 10
9. Çittadella 7 2 3 2 5-8 9
10. Breşia 4 2 2 0 3-0 8
11. Kozentsa 7 2 2 3 9-8 8
12. Piza 6 2 2 2 5-5 8
13. Bari 7 1 5 1 6-6 8
14. Askoli 7 2 1 4 8-10 7
15. Reccana 7 1 4 2 7-9 7
16. FeralpiSalo 7 1 1 5 3-13 4
17. Sampdoriya (-2) 7 1 2 4 6-10 3
18. Spetsiya 6 0 2 4 4-10 2
19. Ternana 7 0 2 5 4-10 2
20. Lekko 4 0 1 3 4-8 1
Bombardir: Kaziraqi (Züdtirol) - 6.

Turun rəqəmi
23 – nəhayət, Kvaratsxeliya uzun müddətdən sonra qapıya yol tapdı. “Napoli”nin yarımmüdafiəçisi 23 oyunluq qolsuzluğa “Udineze” ilə matçda son qoydu. Gürcü futbolçu sonuncu dəfə qol sevincini martın 19-da yaşamışdı. Bundan sonra klubda və milli komanada 192 gün ərzində keçirdiyi 23 oyunda meydanda olduğu 1368 dəqiqədə qol vura bilməmişdi. Xviçanın A seriyasının ötən mövsümündə 12 qolun və 10 məhsuldar ötürmənin müəllifi olduğunu da xatırladaq.

Turun ulduzu
Domeniko Berardi (Sassuolo) - “Yuventus”la matçın ardından “İnter”lə oyunu da yüksək səviyyədə keçirdi. Berardi bu dəfə komandasının 2:1 hesablı qələbəsində böyük rol oynadı. İlk hissədə “Sassuolo”nun yeganə qol vəziyyətini yaradan 29 yaşlı hücumçu qol və məhsuldar ötürmə ilə liderin ilk məğlubiyyətində böyük rol oynadı. Bu yay “Yuventus”un sıralarında görmək istədiyi Domeniko “Sassuolo”nun lideri olduğunu bir daha sübut etdi. Onun qolunu təkrar-təkrar izləməyə dəyərdi.

Turun sitatı
Xviça Kvaratsxeliya, “Napoli”nin yarımmüdafiəçisi: “Qayıtdığım üçün şadam. Əlbəttə, yarım il ərzində qol vura bilməyən istənilən futbolçu buna görə həyəcanlanardı. Mən belə vəziyyətə düşdüyüm üçün əsəbləşirdim. Amma artıq qayıtmışam və komandama qələbə qazanmaqda kömək etdiyimə görə sevinirəm. Bir də ki, kimin qol vurmasının əhəmiyyəti yoxdu, əsas komandanın qalib gəlməsidi. İrəli, “Napoli”.

Oyundan sonra
Simone İnzaqi, “İnter”in baş məşqçisi: “Güclü rəqibə qarşı matçın ilk hissəsini yaxşı keçirdik. Təhlükəli vəziyyətləri nəzərə alsaq, daha çox qol vura bilərdik. İkinci hissəyə yaxşı başlasaq da, səhvə yol verdik və hesab bərabərləşdi. Bundan sonra oyunumuzun strukturu pozuldu, Berardi isə sehirli qol vuraraq bizi relsdən çıxardı. “Sassuolo” kimi rəqibə qarşı təşkilatlanmış oyun göstərə bilməyəndə işlər çətinləşir. Berardinin möhtəşəm qolundan sonra buna qədər sərgilədiyimiz oyunu heç cür nümayiş etdirə bilmədik”.

Stefano Pyoli, “Milan”ın baş məşqçisi: “Matça yaxşı başladıq, erkən qol vura bilərdik, amma şansdan yararlana bilmədik. Əvəzində səhv etdik və top buraxdıq. Bununla belə, oyunda dönüş yarada bildik. Öz prinsiplərimiz üzrə oynadıq və sonda qələbə qazandıq. Doğrudu, ikinci hissədə ötürmələrdə çox sayda səhv etdik. Bu da var ki, 95 dəqiqə boyunca oyuna nəzarət etmək heç də asan deyil. Sərəncamımda həddən artıq futbolçu yoxdu. Amma bu vəziyyəti xoşlayıram. Heyətimizdə lazımi qədər futbolçu var və onlar oynamağa hazırdılar. Ola bilsin, rotasiyalar konkret məqamda fayda vermir. Ancaq uzunmüddətli prosesdə komanda üçün xeyirli olur. Belə halda futbolçular daim motivasiyalı olurlar, hə, zədələrin sayı da azalır”.

Rudi Qarsiya, “Napoli”nin baş məşqçisi: “Uşaqlara görə sevinirəm. “Napoli”nin oyuna nəzarət etməsini, çox sayda qol vəziyyəti yaratmasını və yenidən qələbə seriyası yaxalamağa can atmasını görmək sevindiricidi. Məsələn, Kvaratsxeliya iki dəfə qapı çərçivəsini nişan aldı, amma qolunu vura bildi. O, inanılmaz dərəcədə əla oynadı: penalti qazandı, məhsuldar ötürmə verdi və ən əsası, çoxdan gözlədiyi qolu vurdu. Bu qol onun qarşıdakı oyunlara nisbətən sakit çıxacağını təmin edəcək. Yaxşı ki, çiyinlərindəki ağır yükdən qurtuldu. Xviça ilə bu mövzuda çox söhbət etmişəm. Ona qol vura bilməməsi haqda düşnməməyi və yalnız oyunundan məmnun olmağı məsləhət görmüşəm. Məni narazı salan yeganə məqam qol buraxmağımız oldu. Samarciç möhtəşəm zərbə endirdi, amma evdə oynadığımız üçün qapımızı toxunulmaz saxlamaq əla olardı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-04-2022, 15:0

“İnter” 12 oyunluq seriyanı qırdı

Dünya futbolu

27-09-2023, 19:0

“İnter”dən ardıcıl 5-ci qələbə - TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 13:0

“Napoli” tarixində daha bir ilki reallaşdırdı - ŞƏRH

Dünya futbolu

3-05-2023, 17:0

Romada dramatik sonluq, “Napoli”nin çempionluğu təxirə salındı - TURUN ŞƏRHİ

Dünya futbolu

4-03-2023, 15:0

Liderin iki seriyası qırıldı

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə