• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnter”dən ardıcıl 5-ci qələbə - TURUN ŞƏRHİ

Dünya futbolu

27-09-2023, 19:0

A seriyasınnın 5-ci turundan sonra liderlər qrupunda vəziyyət dəyişdi. Amma “İnter” növbəti qələbə ilə zirvədəki yerini qorudu. Son çempionun növbəti dəfə büdrəməsi isə əsla diqqətdən yayına bilməz.

"Football-plus.az" xəbər verir ki, əvvəlki turun derbi xarakterli oyununda əzəli rəqibi “Milan”ı 5:1 hesabı ilə darmadağın edən “İnter” həftəiçi Çempionlar Liqasında (ÇL) “Real Sosyedad”dan xal (1:1) almaq üçün heç də az enerji itirməmişdi. Simone İnzaqinin komandası A seriyasında autsayderlə qarşılaşsa da, istəyinə çətinliklə çata bildi. Empolidə eyniadlı rəqibə qarşı keçirilən matçda yalnız bir qol qeydə alındı. Dimarkonun fasilədən sonraya təsadüf edən dəqiq zərbəsi milanlılara ardıcıl 5-ci qələbəni gətirdi. Qeyd edək ki, “İnter” tarixi ərzində mövsümün əvvəlində belə nəticəni 4-cü dəfədi göstərir. Lombardiyalılar bundan əvvəl 1966/67, 2015/16 və 2019/20 mövsümlərinə də ardıcıl 5 qələbə ilə başlamışdılar.

Tura liderin əsas izləyicisi kimi başlayan “Yuventus” bu mövsüm ilk məğlubiyyətini Recco Emiliyada aldı. Yerli “Sassuolo” ilə oyunun əvvəli turinlilərin üstünlüyü ilə keçsə də, ev sahibləri ilk real qol şansından yararlanaraq hesabı açdılar. Massimiliano Alleqrinin komandası çox keçmədən cavab qolunu vursa da, ilk hissədə daha bir top buraxaraq fasiləyə məğlub yollandı. “Yuventus” ikinci hissədə uzun müddət özünə gəlməyə çalışdı. 78-ci dəqiqədə Kyeza hesabı bərabərləşdirərkən qonaqların qələbə üçün böyük qüvvə ilə irəli atılacağını ehtimal etmək olardı. Lakin matçın sonuna yaxın oyun planında çox geri düşən “ağ-qaralar” daha iki top buraxaraq məğlub oldular. Son dəqiqələrdə müdafiəçi Qattinin topu öz qapısına yönəltməsi Alleqrinin komandasının matça heç cür konsentrasiya oluna bilməməsinin əyani göstəricisi idi. İlk məğlubiyyət “Yuventus”u cədvəlin 4-cü pilləsinə saldı.
Bundan isə “Milan” yararlandı. Derbidəki biabırçılıqdan sonra ÇL-in ev oyununda (0:0) “Nyukasl”ın müdafiə xəttini heç cür yara bilməyən “qırmızı-qaralar”ın növbəti çempionat matçına çox da güc sərf etməyəcəkləri gözlənilən idi. Stefano Pyolinin komandası “Verona”nı evdə minimal hesabla üstələdi. Leaonun erkən qolu “Milan”ı liderin əsas izləyicisinə çevirdi.

“Leççe” azarkeşlərinin ümidlərini turda-tura artırır. Roberto D’Aversanın çalışdırdığı komanda evdə “Cenoa”ya minimal hesabla qalib gəldi. Bu qələbə “sarı-qırmızılar”ı 3-cü yerə çıxardı. Hələ ki işlər çox yaxşı gedir. Leççelilər növbəti turda Turinə səfər edəcəklər. “Yuventus” qələbə qazanmaqla cədvəldəki yerini yaxşılaşdırmağa çalışacaq. Maraqlıdı, görəsən, cənublular “Latsio” (2:1) və “Fiorentina”dan (2:2) sonra ölkə nəhəngini də büdrədə biləcəklər?..

Bolonyadakı oyun Rudi Qarsiyanın A seriyasındakı 100-cü sınağı idi. Amma “Napoli”nin oyunçuları fransız mütəxəssisə yubiley hədiyyəsi kimi qələbə bəxş edə bilmədilər. Son çempion buna nail ola bilərdi. Gəl ki, komandanın aparıcı hücumçusu Osimhen 72-ci dəqiqədə penalti ilə hesabı açmaq şansını boşa verdi. Nəticədə çempionatda qələbəsiz oyunlar seriyası 3-ə çatan “Napoli” turun sonunda özünü 7-ci yerdə “tapdı”.

Paytaxt komandaları da mövsümün əvvəlində heç cür sabitliyə nail ola bilmirlər. Həftəiçi “Atletiko”ya məğlubiyyətdən son saniyələrdə qapıçı Provedelin qolu ilə qaçan “Latsio” öz meydanında “Montsa”dan yalnız bir xal ala bildi. 1:1 hesablı heç-heçə “qartallar”ı cədvəlin 15-ci pilləsinə saldı. Mauritsio sarrinin komandası ilk 5 oyunda yalnız 4 xal qazana bilib.

Paytaxtın digər təmsilçisinin hazrkı vəziyyəti bundan çox da fərqli deyil. Əvvəlki turda “Empoli”ni 7:0 hesabıyla darmadağın edən “Roma” Turində qələbəyə çox yaxın olsa da, sonda bir xala nail oldu. İlk 5 turda 5 xal toplayan Joze Mourinyonun komandası 13-cü yerdədi.

Milan – Verona 1:0
Leao, 8. (71070)
Milan: Sportyello, Tiav, Kyaer, Tomori, Florentsi (Bertezaqi, 74), Reynders, Musa, Kruniç (Yoviç, 65), Leao (Pobeqa, 80), Pulişiç (Okafor, 80), Jiru (Loftus-Çik, 65).
Sassuolo – Yuventus 4:2
Loryan, 12. Berardi, 41. Pinamonti, 82. Qatti, 90+5-öz qapısına – Vinya, 21-öz qapısına. Kyeza, 78. (20141)
Yuventus: Şçensnı, Danilo, Bremer, Qatti, Kostiç (Aylinq, 46), Lokatelli (Milik, 83), Rabyo, Miretti (Facoli, 46), Makkenni (Vea, 60), Kyeza, Vlahoviç (Ken, 76).
Latsio – Montsa 1:1
İmmobile, 12-p. – Qalyardini, 36. (40000)
Latsio: Provedel, Hüsay (Luka Pelleqrini, 56), A.Romanyoli, Patrik, Maruşiç, Luis Alberto, Kataldi (Rovella, 76), Genduzi (Vesino, 55), Zakkanyi (Rovella, 76), İsaksen (Felipe Anderson, 55), İmmobile.
Empoli – İnter 0:1
Dimarko, 51. (15651)
İnter: Zommer, A.Bastoni (De Vrey, 71), Açerbi, Pavar, Dimarko (Auqusto, 81), Mxitaryan, Çalhanoğlu, Frattezi (Barella, 71), Darmian, Lautaro Martines (Arnautoviç, 72), Türam (Sançes, 81).
Udineze – Fiorentina 0:2
Lukas Martines, 32. Bonaventura, 90+2. (21229)
Fiorentina: Terraçano, Biraqi, Lukas Martines, Ranyeri, Dodo (Kayode, 6), Mandraqora (Artur, 75), M.Lopes (Dunkan, 75), Brekalo (Milenkoviç, 65), Bonaventura, Kuame (Beltran, 65), Nzola.
Atalanta – Kalyari 2:0
Lukmen, 33. Paşaliç, 76. (14739)
Atalanta: Musso, Kolaşinats, Skalvini, Cimşiti, Rucceri (Toloy, 80), Ederson (Muriel, 60), De Roon, Zappakosta (Adopo, 80), Koopmeyners, Lukmen (Holm, 67), De Ketelare (Paşaliç, 67).
Bolonya – Napoli 0:0
(26000)
Napoli: Meret, Olivera (Ruy, 46), Natan, Estiqor, Di Lorentso, Zyelinski, Lobotka (Kayuste, 86), Zambo Angissa, Kvaratsxeliya (Elmas, 76), Raspadori (Politano, 67), Osimhen (Simeone, 86).
Torino – Roma 1:1
Sapata, 85 - Lukaku, 68. (23299)
Roma: Patrisio, Ndika, Lyorente, Mançini, Spinatsola (Belotti, 87), Kristante, Paredes, Kristensen, Əl-Şaaravi (Zalevski, 70), Dibala, Lukaku.
Salernitana – Frozinone 1:1
Kabral, 52 - S.Romanyoli, 82. (16212)
Leççe – Cenoa 1:0
Uden, 83. (27053)

1. İnter 5 5 0 0 14-1 15
2. Milan 5 4 0 1 10-7 12
3. Leççe 5 3 2 0 8-4 11
4. Yuventus 5 3 1 1 11-6 10
5. Fiorentina 5 3 1 1 11-9 10
6. Atalanta 5 3 0 2 10-5 9
7. Napoli 5 2 2 1 8-5 8
8. Frozinone 5 2 2 1 8-7 8
9. Torino 5 2 2 1 6-5 8
10. Verona 5 2 1 2 4-5 7
11. Bolonya 5 1 3 1 3-4 6
12. Sassuolo 5 2 0 3 9-11 6
13. Roma 5 1 2 2 12-7 5
14. Montsa 5 1 2 2 4-7 5
15. Latsio 5 1 1 3 5-8 4
16. Cenoa 5 1 1 3 4-8 4
17. Salernitana 5 0 3 2 4-9 3
18. Udineze 5 0 3 2 1-6 3
19. Kalyari 5 0 2 3 1-6 2
20. Empoli 5 0 0 5 0-13 0
Bombardirlər: Lautaro Martines (İnter) - 5, Pinamonti (Sassuolo), Kyeza, Vlahoviç (hər ikisi “Yuventus”), Jiru (Milan) - 4.

Turun rəqəmi
250 – “Montsa” ilə oyunda hesabı açan Çiro İmmobile son 10 ildə ölkə çempionatlarında “qol+ötürmə” sistemi üzrə ümumi göstəricisini bu rəqəmə çatdırdı. O, 2012/13 mövsümündən indiyədək Avropanın 5 aparıcı liqasında 250 qolun vurulmasında yaxından iştirak edən ilk italiyalı futbolçu oldu. 33 yaşlı hücumçu ötən müddətdə İspaniya (Sevilya) və Almaniya (Borussiya D) çempionatlarında da çıxış edib. Çironun “böyük beşlik”də Lionel Messi, Kriştiano Ronaldo, Robert Levandovski, Luis Suares, Kərim Benzema, Harri Keyn və Məhəmməd Salahdan sonra bu göstəriciyə çatan 8-ci oyunçu olduğunu da qeyd edək.

Turun ulduzu
Domeniko Berardi (Sassuolo) - o, “Yuventus” ilə matçı yüksək səviyyədə keçirdi. Berardi komandasının 4:2 hesablı qələbəsində böyük rol oynadı. “Sassuolo”nun lideri həm özü qol vurdu, həm oyundaşlarına belə imkan yaratdı, rəqibə qarşı güclü pressinq tətbiq olunmasında da yaxından iştirak etdi. 29 yaşlı Domenikonun bu mövsüm çempionatda keçirdiyi 3 oyunda bir o qədər qol vurduğunu da bildirək.

Turun sitatı
Massimiliano Alleqri, “Yuventus”un baş məşqçisi: “Bu mövsüm aldığımız ilk məğlubiyyətdən yaxşı dərs çıxarmalıyıq. Bu oyuna qədər nə fenomenal komanda idik, nə də matçdan sonra dəhşətli vəziyyətə düşdük. Matçın əvvəlində sanki buludların üzərində uçurduq. Hər şey yaxşı idi, ancaq sadə epizodlardan özümüz üçün faydalana bilmədik. Rəqibin ilk dəqiq zərbəsinin qol olması bizə nədənsə çox pis təsir etdi və sonda ağır məğlubiyyətə uğradıq. Bu gün meydanda baş verənlər son günlər komandada gördüklərimin məntiqi sonluğu oldu. “Sassuolo”ya qarşı doğru mentallıqla oynaya bilmədik. Etiraf edim ki, mövsümün əvvəlindən konsentrasiyanı matçboyu qoruyub saxlaya bilmirik. Bu nəticəyə görə əsla ruhdan düşməməliyik, bizi qarşıda çox sınaqlar gözləyir”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-05-2023, 13:0

''İnter'' son 43 ildə bunu ilk dəfə bacardı

Dünya futbolu

24-04-2022, 15:0

“İnter” 12 oyunluq seriyanı qırdı

Dünya futbolu

17-09-2023, 13:0

Milan derbisində tarixi seriya

Dünya futbolu

12-05-2022, 19:0

Moratti: “İndi mövhumatçılıq və ümid etmək vaxtıdı”

Dünya futbolu

12-04-2023, 13:0

“Napoli” tarixində daha bir ilki reallaşdırdı - ŞƏRH

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
  • 5-06-2026, 21:0
    "Şamaxı"da növbəti ayrılıq
  • 5-06-2026, 21:0
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 692
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 238
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 225
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə