• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Adana Dəmirspor” 35 illik həsrətə 4 qolla son qoydu

Dünya futbolu

2-10-2023, 18:0

Superliqada həftəiçi 3-cü turdan təxirə salınan oyunlara yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, ötən sayımızda “Qalatasaray”ın oyunu barədə məlumat vermişdik. Çərşənbə günü “Beşiktaş” iddialı “Adana Dəmirspor”un qonağı oldu. Meydan sahiblərində heyətlə bağlı çox ciddi problemlər olduğundan çoxları bu matçda “ağ-qaralar”ı favorit sayırdı. Adana təmsilçisi Şahruddin Məhəmmədəliyev də daxil olmaqla müxtəlif səbəblər üzündən 10 futbolçunun xidmətindən yararlana bilmirdi. Təkcə bir faktı vurğulayaq ki, komanda qapıda mövsümə 4-cü qapıçı statusunda başlayan Vedat Karakuşa şans vermək məcburiyyətində qalmışdı. Buna baxmayaraq Patrik Klyuvertin kollektivi bəlkə də mövsümün ən parlaq qələbələrindən birini qazandı. Belhanda və Nianqın cərimə meydançası kənarından vurduğu qollarla artıq 17-ci dəqiqədə hesab 2:0 oldu. Mərt Günok zəif performans sərgiləməsi azmış kimi, yarım saatın tamamında zədələnərək əvəzləndi. Özünə bənzəməyən “Beşiktaş”ın fasilədən sonra daha 2 top buraxması ilə hesab biabırçı həddə çatdı. Düzdü, komanda oyunun sonlarına yaxın 2 top vuraraq ən azı böyükhesablı məğlubiyyətdən qurtuldu. Amma bu qollar camiədə heç kimi sevindirmədi. Son 2 səfər oyununda 7 top buraxan Şenol Günəşin komandası oyununu gücləndirməsə, artıq ilk dövrədən sonra çempionluq mübarizəsindən çəkilməli olacaq.

Hələ də rəqib tanımayan “Fənərbaxça”nın budəfəki qurbanı isə “İstanbul BŞ” oldu. Çempionat çərçivəsində bundan əvvəlki iki ev oyununda qalib gəlməsinə rəğmən, müəyyən problemlər yaşayan “Fənər” bu dəfə fanatları önündə ideala yaxın performans sərgilədi. İsmayıl Kartalın yetirmələri ilk 20 dəqiqədə 3 qol vurmaqla intriqanı öldürdü. Qonaqların gücü heç təsəlli qolunu vurmağa da yetmədi. Nəticədə 4 cavabsız qolla qalib gələn “Fənər” növbəti dəfə zirvəni əldən vermədi.

3-cü turdan təxirə salınan oyunlar
Adana Dəmirspor – Beşiktaş 4:2
Belhanda, 8. Nianq, 17. Əmrə Akbaba, 59. Yusuf Ərdoğan, 75 – Abubakar, 79. Raşitsa, 89.
Adana Dəmirspor: Vedat Karakuş, Svensson, Semih Gülər, Qravilyon, Əbdürrəhim Dursun (Abdulsamet Burak, 80), Dorukhan Toköz (Tayfun Aydoğan, 60), Əmrə Akbaba, Yusuf Sarı, Belhanda (Yusuf Ərdoğan, 46), Nani (İzzət Çəlik, 80), Nianq (Yusuf Barasi, 65).
Beşiktaş: Mərt Günok (Ərsin Destanoğlu, 29), Rozye (Onur Bulut, 65), Nəcip Uysal, Kolli, Masuaku, Salih Uçan (Zaynutdinov, 85), Haciahmetoviç, Gezzal (Muleka, 65), Oksleyd-Çemberleyn (Raşitsa, 46), Cenk Tosun, Abubakar.

Fənərbaxça – İstanbul BŞ 4:0
Ciku, 5. Duarte, 10-öz qapısına. Şimanski, 20; 80.
Fənərbaxça: Livakoviç, Fərdi Kadıoğlu, Ciku (Kinq, 73), Bekao, Oostervolde, Fred (Mərt Hakan Yandaş, 63), İsmayıl Yüksək (Bartuğ Elmaz, 84), Tadiç, Şimanski, İrfan Can Kahveci (Sərdar Əziz, 73), Ceko (Batşuayi, 63).

1. Fənərbaxça – 18, 2. Qalatasaray – 16, 3-4. Adana Dəmirspor, Çaykur Rizəspor – 11, 5-6. Hatayspor, Beşiktaş – 10... 17-18. Qaziantep, İstanbul BŞ – 3...
Bombardir: İkardi (Qalatasaray) – 7.

Faktlar
* “Adana Dəmirspor” Türkiyə çempionatında “Beşiktaş”a qarşı 35 illik qələbə həsrətinə son qoydu! Bu rəqibə qarşı son qələbəsini 1988-ci ilin fevralında qazanan Adana təmsilçisi sonrakı 12 qarşılaşmadan 5 heç-heçə, 7 məğlubiyyətlə ayrılmışdı.
* “Adana Dəmirspor” “Beşiktaş”a qarşı keçirdiyi 39-cu superliqa oyununda ilk dəfə 4 qol vurdu.
* Türkiyə çempionatı tarixində ən böyükhesablı qələbə məhz bu komandaların duelində qeydə alınıb. 1989-cu ilin oktyabrın 15-də “Beşiktaş” “Adana Dəmirspor”u 10:0 hesabıyla məğlub edib.
* Patrik Klyuvertlə dueldən məğlub ayrılan Şenol Günəş ardıcıl 2-ci dəfə əcnəbi məşqçiyə uduzdu. Bundan əvvəlki səfər oyununda o, “Trabzonspor”un başında dayanan Nenad Byelitsaya da uduzmuşdu. Maraqlıdı ki, bu seriyaya qədər Günəş superliqada əcnəbi həmkarlarına qarşı 16 oyunluq məğlubiyyətsiz seriya yaxalamışdı (10 qələbə, 6 heç-heçə).
* “Beşiktaş” indiyə qədər “Adana Dəmirspor”a qarşı səfərdə keçirdiyi 20 superliqa matçında qələbə sayında rəqibindən geridədi (7:9)!
* 6 tura 10 xal “Beşiktaş”ın 2019/20-dən bəri və ümumiyyətlə, Günəşin dönəmində ən uğursuz startıdı. Hətta ötən mövsüm Valerien İsmaelin dönəmində komanda ilk 6 tura indikindən daha çox (13) xal toplamışdı.
* “Fənərbaxça” bu mövsüm keçirdiyi 13-cü rəsmi oyundan da qələbə ilə ayrıldı. Maraq üçün bildirək ki, futbol tarixində elita təmsilçiləri arasında rekord “Nyu Seynts”ə məxsusdu. Uels təmsilçisi 2016/17-də ardıcıl 27 rəsmi oyunda qələbə qazanaraq “Ayaks”ın 1971/72-də müəyyənləşdirdiyi rekordu (26 qələbə) yeniləmişdi.
* “Fənərbaxça” “İstanbul BŞ”yə qarşı keçirdiyi 31-ci superliqa oyununda ilk dəfə 4 qol vurdu və bu rəqibə qarşı ən böyükhesablı qələbəsini qazandı.

Oyundan sonra
Patrik Klyuvert, “Adana Dəmirspor”un baş məşqçisi: “Tam fərqli heyətlə meydana çıxmaq məcburiyyətində qalsaq da, ürəyim rahat idi. Çünki bu gün meydana çıxanların da böyük potensiala malik olduqlarını bilirdim. Hər biri əsas heyətdə oynamağa hazır olduğunu sübut etdi. Üzərlərinə düşəni əla yerinə yetirdilər. Meydanda ürəklərini qoydular. Seçdiyimiz plana sona qədər sadiq qaldılar. Mükəmməl mübarizə apararaq layiqli qələbə qazandıq. Hesab elə 4:0 qalsaydı, daha yaxşı olardı. Yeüganə üzücü məqam son anlarda 2 top buraxmağımız oldu. Bu qələbə Adana şəhəri üçün xüsusi önəm daşıyırr. Çünki komanda elitaya qayıdandan sonra “Beşiktaş”ı yenə bilməmişdi. Bu gün bir daha göstərdik ki, bu şəhərdə və bu stadionda oynamaq heç kim üçün asan olmayacaq. Ötən həftə 9 nəfərlə qalmasaydıq, “Kasımpaşa”nı da yenəcəkdik. Nianq ilə toqquşan Belhanda fasilədə bizə özünü yaxşı hiss etmədiyini söylədi. Sağ gözünün görmə qabiliyyəti zəifləmişdi. Ona görə də hər ehtimala qarşı onu xəstəxanaya apardıq. İndi durumu qaydasındadı”.

Şenol Günəş, “Beşiktaş”ın baş məşqçisi: “Çoxlu səhvə yol verdik. Hücuma çıxarkən itirdiyimiz toplardan sonra 2 bənzər qol buraxdıq. Rəqibin üstün oyununa eyni şəkildə qarşılıq verə bilmədik. Lazımi qədər sərt və aqressiv deyildik. Bu futbol qələbə üçün kifayət etmədi. Biz bu cür qollar buraxmamalıyıq. Çox üzgün və əsəbiyəm. Gözlədiklərimiz meydanda öz əksini tapmadı. Qələbə istəyimiz də yetərli səviyyədə deyildi. Bütün bunları düzəltməyə çalışacağıq. 4 qol buraxıb uduzmaq utandırıcı durumdu! Ümumiyyətlə, son 2 səfər oyununda çox yumşaq futbol sərgilədik. Rəqiblərə eyni sərtliklə cavab verə bilmədik. Sona yaxın oyun intizamından da qopduq və hər kəs fərdi oynamağa başladı. Standart zərbələrdən çox qollar buraxmağa başlamışıq. Əvvəllər belə epizodlarda daha diqqətli oynayırdıq. Fanatların etirazını anlayıram, amma istefa çıxış yolu deyil. Rəhbərlik əlindən gələni edir. Əsas məsuliyyət mənim və futbolçuların üzərindədi. Əlimizdəki oyunçularla bu vəziyyətdən çıxmağa çalışacağıq. 6 tura artıq 8 xal itirmişik. Amma hələ də durumu dəyişmək mümkündü. Bunun üçün qələbə seriyası yaxalamalıyıq. Çempionluq hədəfimiz davam edir”.

İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “İlk 30 dəqiqə planlaşdırdığımız kimi keçdi. Hesab 3:0 olandan sonra oyunçular bir qədər rahatlaşdı. Həm də 3 gün sonra bizi növbəti oyun gözləyir. İstər-istəməz o matçı da düşünürdük. Amma fasilədə oyunçularıma dedim ki, ciddiyyəti əldən vermək olmaz. Belə rəqibə qarşı oyunda tam üstün olmağımız və meydanda ağalıq etməyimiz məni sevindirdi. Hətta fərq daha böyük – 5:0 və ya 6:0 da ola bilərdi. Oyunçularımı da, bizə möhtəşəm dəstək verən fanatlarımızı da təbrik edirəm. Ardıcıl qələbə seriyamıza fikir vermirəm. Oyunçularımın da belə şeylərə diqqət ayırmasını istəmirəm. Məni sevindirən odu ki, oyunumuz turdan-tura inkişaf edir. Hər növbəti qarşılaşma mövsümün ən vacib oyunudu. Sona qədər də məhz bu məntiqlə irəliləyəcəyik. Müdafiə olunmağı yox, hücum etməyi sevən məşqçilərdənəm. Hakimlikdən yeganə narazılığım odu ki, bizim oyunçulara sarı vərəqəni çox asanlıqla göstərirlər. Məsələn, Şimanski nə üçün cəzalandığını özü də anlamadı. Belə şeylərdə diqqətli olmalıdılar”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-09-2023, 13:0

Şahruddin "Beşiktaş"a qarşı oynaya bilməyəcək

Dünya futbolu

8-09-2023, 16:0

Şahruddinin “Adana Dəmirspor”a keçidi rəsmiləşdi

Ölkə futbolu / Manşet

9-09-2023, 20:0

Şahruddin "Adana Dəmirspor"a pulsuz keçib? - RƏSMİ AÇIQLAMA

Dünya futbolu

26-09-2023, 11:0

Şahruddin Məhəmmədəliyevin komandasında ayrılıq

Dünya futbolu

17-09-2023, 15:0

Balotelli “Adana Dəmirspor”a qayıtdı

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 214
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 201
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə