Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Taylandın “Buriram Yunayted” klubu Yaponiyaya yollanıb.
"Football-plus.az" xəbər verir ki, komanda Asiya Çempionlar Liqasının şərq zonasının H qrupunun 2-ci turunun oyununu “Vanfor Kofu”ya qarşı görüş üçün sözügedən ölkəyə gedib.
Matç oktyabrın 4-də oynanılacaq və Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.
Xatırladaq ki, Şeydayevin komandası qrupun açılış oyununda Çinin “Çjeçzyan" klubuna qalib gəlib.