"Qarabağ" - "Sumqayıt" matçının VAR hakimləri

29.09.2023 14:11 371
Premyer-liqa
Misli premyer-liqanın 8-ci turunun bu gün baş tutacaq "Qarabağ" - "Sumqayıt" matçının VAR təyinatları da bəlli olub.

"Football-plus.az" xəbər verir ki, əsas VAR hakimi Kamal Umudlu olacaq.

Umudluya Elşad Abdullayev köməklik göstərcəək.

Qeyd edək ki, "Azərsun Arena"da keçiriləcək matça saat 20.00-da start veriləcək.