• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Atletiko” “Real”ı büdrətdi, “Barsa” artıq zirvədədi – TURUN ŞƏRHİ

Dünya futbolu

27-09-2023, 19:0

Adətən, İspaniyada turnir cədvəlinin önündə Madridin iki komandası olur, Kataloniyanın təmsilçisi də onların arasında qərarlaşır. Ancaq Kataloniyanın iki komandasının liderliyi bölüşməsi qəribə mənzərədi.

"Football-plus.az" xəbər verir ki, paytaxt derbisində “Real”a qalib gələn “Atletiko” rəqibini 3-cü pillədə saxladı. “Hindular”ın qələbəsini proqnozlaşdıranların sayı az olsa da, hər halda, Bellingemin bəxt limiti dolmuşdu. Ondan başqa kim qol vurasıdı ki?! Üstəlik klubu daha çox oyun vaxtı qazanmayacağı təqdirdə qışda gedəcəyi ilə təhdid edən Modriçlə Kroos da suyu bulandırır.

“Sevilya” çempionatdakı ilk qələbənin ardından ilk dəfə heç-heçə də etdi. Mendilibarın komandası səfərdə “Osasuna”nın qapısına yol tapa bilmədi. Ancaq qonaqlar daha üstün təsir bağışladı. “Valensiya” da autsayder “Almeriya” ilə səfər oyununda qələbə qazana bilmədi. Baxmayaraq ki, oyunun gedişində iki dəfə irəli çıxmışdı.

“Vilyarreal” Madrid səfərindən razı qala bilər. “Sarılar” möhkəm “Rayo Valyekano” ilə heç-heçə etdi. Bəli, 3-4 mövsüm əvvəl bu heç-heçə “Vilyarreal” üçün xal itkisi sayıla bilərdi. Ancaq indiki “Rayo” başqa komandadı.

“Betis” heç cür qələbə yoluna çıxa bilmir. Sevilyalılar “Barselona” önündəki darmadağının ardından “Kadis”lə oyunda da xal itirdi. “Real Sosyedad”ın son oyunları məhsuldar keçir. 4-cü turda evdə “Qranada”nı 5:3 hesabıyla məğlub edən basklar bu dəfə “Xetafe” ilə oyunda 4 qol vurdu. Düzdü, üç qol da buraxdılar.

Turun ən böyük sensasiyası Barselonada qeydə alına bilərdi. Axı eyniadlı komanda 81-ci dəqiqəyə qədər “Selta”ya 0:2 uduzurdu. Özü də hesab oyunun axarına uyğun idi. “Barsa” yenə də oyunun əvvəlini boşa verdi. Artıq 19-cu dəqiqədə Strand Larsen qonaqları irəli çıxardı. “Barsa” fasiləyə qədər heç nə ilə yadda qalmadı. Xavi vəziyyətdən çıxış yolunu fasilədə iki dəyişikliyə əl atmaqda gördü. Torres bir neçə imkanı qaçırandan və 76-cı dəqiqədə Duvikas fərqi artırandan sonra hər kəsə elə gəldi ki, oyunun taleyi həll olunub. Ancaq “Barsa” inanılmaz mübarizə əzmi göstərdi. 81-ci dəqiqədə fərq azaldı. Felişin qapıçı meydançasını xətti üzərinə göndərdiyi topu Levandovski tora saldı. 4 dəqiqə sonra isə polşalı hücumçuya Kanselo assistentlik etdi. Qələbə qolunu da portuqaliyalı müdafiəçi özü vurdu. “Barsa” bu qələbə sayəsində zirvəyə yüksəldi.

Ona görə ki, bir gün sonra keçirilən oyunda “Real” uduzdu. “Atletiko” evdə oynasa da, qələbə şansı yüksək qiymətləndirilmirdi. Ancaq “hindular” sübut etdi ki, derbi proqnozların hökmünü tanımır. Artıq 4-cü dəqiqədə “Real”ın qapısına qol vuruldu. Morata qapıçı meydançasının xətti üzərindən topu tora göndərdi. Müdafiəçilər harda idi? 15 dəqiqə keçməmiş Kepa 2-ci dəfə məyus oldu. Bu dəfə Qrizmann başla dəqiq oynadı. Düzdü, “Real” fasiləyə qədər qollardan birinin əvəzini çıxdı. Cərimə meydançasından qayıdan topa Kroos dəqiq zərbə endirdi. Düşünmək olardı ki, fasilədən sonra ənənəvi “Real”ı görəcəyik, “ağ şimşəklər” ən azı hesabı bərabərləşdirməyə çalışacaq. Ancaq oyun canlanan kimi “hindular”, daha dəqiqi, Morata daha bir qol vurdu. Bu dəfə də Saul topu maneəsiz cərimə meydançasına göndərdi, Morata yenə başla dəqiq oynadı. Ermoso darmadağını rəsmiləşdirə bilərdi, ancaq onun zərbəsindən sonra top tirdən döndü. “Real” oyuna dönməyə çalışsa da, Rodriqo, Çuameni və Diasın cəhdləri nəticə vermədi, Bellingem isə yalnız sarı vərəqə ilə yadda qaldı.

Turun qalan oyunların gəlincə, “Las-Palmas” mövsümdə ilk qələbəsini “Qranada” üzərində qazandı. Kiçik bask derbisində “Atletik” “Alaves”dən üstün oldu. Bu qələbə Bilbao klubunu 4-cü pillədə saxladı.

“Jirona” – “Malyorka” oyunu məhsuldarlıq baxımından “Real Sosyedad”la “Xetafe” arasındakı qarşılaşmanı da kölgədə qoydu. Kataloniyalılar ilk yarını 4:1 öndə bitirəndən sonra onların qələbəsinə şübhə yeri qalmadı. 57-ci dəqiqədə Savio “Jirona”nın 5-ci qolunu da vurdu. Son dəqiqələrdə Prats iki qolun əvəzini çıxsa da, bu məqam “Jirona”nın qələbəsinə kölgə salmadı.

6-cı tur
Atletiko – Real 3:1
Morata, 4; 46. Qrizmann, 18 – Kroos, 35. (???)
Atletiko: Oblak, Lino (Qalan, 86), Ermoso, Ximenes (Korrea, 86), Saviç, Molina (Aspilikueta, 65), Saul, Koke (Vitsel, 46), Lyorente, Qrizmann, Morata (Depay, 82).
Real: Kepa, Qarsiya (Mendi, 57), Alaba, Rüdiger, Vaskes (Naço, 57), Kamavinqa (Çuameni, 57), Kroos (Dias, 70), Valverde, Modriç (Xoselu, 46), Rodriqo, Bellingem.
Barselona – Selta 3:2
Levandovski, 81; 86. Kanselo, 89 – Strand Larsen, 19. Duvikas, 76. (43272)
Barselona: Ter Ştegen, Alonso (Yamal, 46), Kristensen (Balde, 60), Kunde, Kanselo, De Yonq (Qavi, 36), Romeu (Arauxo, 46), Gündoğan, Feliş, Torres (Rafinya, 72), Levandovski.
Jirona – Malyorka 5:3
Lopes, 26. Dovbik, 33-p. Martin, 37. Errera, 45. Savio, 57 – Muriqi, 4-p. Prats, 89; 90+5. (11511)
Jirona: Qassaniqa, Blind, E.Qarsiya (Xuanpe, 65), Lopes, Kouto, Errera (Fernandes, 75), Savio (Torre, 75), A.Qarsiya, Martin, Sıqankov (Portu, 61), Dovbik (Stuani, 61).
Alaves – Atletik 0:2
İ.Uilyams, 18. Sanset, 76. (19421)
Atletik: Simon, Berçiçe (Lekue, 82), Paredes (Yeray, 71), Vivian, De Markos, De Qalarreta (D.Qarsiya, 82), İ.Uilyams, Berenger (Munyain, 64), Vesqa, Sanset, Quruseta (Vilyalibre, 71).
Osasuna – Sevilya 0:0
(19670)
Almeriya – Valensiya 2:2
Arribas, 59; 69 – Lopes, 14. Gerra, 64. (14266)
Real Sosyedad – Xetafe 4:3
Kubo, 2. Oyarsabal, 61-p.; 89. Mendes, 66 – Alenya, 39. Mayoral, 45+5-p. Latasa, 90+2. (29568)
Rayo Valyekano – Vilyarreal 1:1
Peres, 16 – Sörlot, 15. (12865)
Betis – Kadis 1:1
Rodriges, 60 – Ramos, 41. (56087)
Las-Palmas – Qranada 1:0
Rodriges, 90+2. (24848)
1. Barselona 6 5 1 0 16-6 16
2. Jirona 6 5 1 0 16-7 16
3. Real 6 5 0 1 11-6 15
4. Atletik 6 4 1 1 11-4 13
5. Atletiko 5 3 1 1 13-5 10
6. Valensiya 6 3 1 2 9-6 10
7. Rayo Valyekano 6 3 1 2 7-9 10
8. Real Sosyedad 6 2 3 1 12-10 9
9. Kadis 6 2 2 2 6-8 8
10. Betis 6 2 2 2 6-11 8
11. Osasuna 6 2 1 3 7-8 7
12. Vilyarreal 6 2 1 3 9-11 7
13. Xetafe 6 2 1 3 8-11 7
14. Alaves 6 2 0 4 5-9 6
15. Las-Palmas 6 1 2 3 2-4 5
16. Malyorka 6 1 2 3 7-10 5
17. Sevilya 5 1 1 3 6-8 4
18. Selta 6 1 1 4 6-10 4
19. Qranada 6 1 0 5 9-17 3
20. Almeriya 6 0 2 4 7-13 2
Bombardirlər: Bellingem (Real), Levandovski (Barselona), Morata (Atletiko) – 5.
Turun rəqəmi
50 – Xavi “Barselona”nın çalışdırıcısı postunda La Liqada qazandığı qələbələrin sayını bu həddə çatdırdı. “Selta” ilə qarşılaşma onun üçün 70-ci idi. İndiyə qədər “Barsa”nın “sükanı arxasında” olanlardan yalnız dördü 50 qələbə həddinə daha tez çatıb. Bunlar Luis Enrike (63 oyun), Pep Qvardiola (67), Elenio Errera (68) və Ernesto Valverdedi (69).

Turun ulduzu
Alvaro Morata (Atletiko) – Madrid derbisi turun mərkəzi oyunu olduğuna görə ulduzu burdan seçməyimiz təbiidi. İspaniya yığmasının forvardı sabiq komandası ilə oyunda dubl etdi. Saulun iki məhsuldar ötürməsini də qeyd etməyə dəyər.

Turun sitatı
Alvaro Morata, “Atletiko”nun hücumçusu: “Bu il özümü həmişəkindən daha vacib hiss edirəm. Ümid edirəm ki, qələbələri davam etdirəcəyik, “Atletiko” ilə titul qazanmağı çox istəyirəm. Qoy sabah uşaqlar məktənə “Atletko” futbolkasıyla getsinlər və bizlə qürur duysunlar”.

Faktlar
* Simeone ilə Ançelotti bir-biri üzərində 8 qələbə qazanıb. Bu məşqçilər ümumilikdə 21 dəfə üz-üzə gəlib. 5 oyunda heç-heçə qeydə alınıb. Ançelotti bu duellərdə “Real“la “Bavariya”nı təmsil edibsə, Simeone yalnız “Atletiko”nun “sükanı arxasında” olub. Yalnız bir məşqçi – Luçano Spalletti Ançelottini Simeonedən çox – 11 dəfə məğlub edib.
* “Real” “Atletiko” ilə oyunda bütün qolları baş zərbəsindən sonra buraxdı. İspaniya çempionatında belə statistikanın aparıldığı 2003/04 mövsümündən bəri yalnız bir dəfə madridlilər belə aqibətlə üzləşib. Söhbət 2018-ci ilin martında keçirilən “Jirona” ilə oyundan (6:3) gedir.
* “Atletiko” 2017/18 mövsümündən bəri ev oyunlarını keçirdiyi “Vanda Metropolitano”da qələbə seriyasını 11-ə çatdırdı. Bu seriyanın bütün oyunları La Liqa çərçivəsində olub, top fərqi isə 32:7-di.

Oyundan sonra
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Möhtəşəm remontadadı. Sona qədər inandıq, cəsur oynadıq. Səhvlərimizi təhlil edəcəyik. Bu remontada inam, qələbə istəyi sayəsində mümkün oldu. Oyunun gedişində get-gedə risk dərəcəsini artırdıq. İki mərkəz müdafiəçisi ilə qalmışdıq, qalan bütün oyunçular hücumameyilli idi. Risk etmək lazım gəldi və bu addım özünü doğrultdu. Qavi hər mövqedə oynaya bilər. Bu remontadanın tərənnümü olan futbolçunu seçmək lazımdısa, bu Qavidi. Ancaq qələbəyə bütün komanda nail oldu. Bu ən yaxşı çıxışımız deyildi. Planlarımızla qətiyyən uzlaşmayan oyunda qələbə qazandıq. “Selta” yaxşı və aqressiv oynadı. Rafael Benites haqlı olaraq belə hesab edir ki, komandası daha artığına layiq idi. Bu qələbənin xoş dadı var, ancaq “Betis” və “Antverp” ilə oyunlardakı qədər yox. Belə qələbə qazanmaq bizim yolumuz deyil”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Real” oyuna pis başladı və pis müdafiə olundu. Cərimə meydançamızda hədsiz “yumşaq” oynadıq, qətiyyətsiz olduq. “Atletiko” bizdən yaxşı oynadı. 1:3-dən sonra oyunun axarını dəyişmək çətin idi. Həmişəki qədər yaxşı müdafiə olunmadıq. Yığcam oynaya bilmədik ki, rəqib də bundan yararlandı. “Atletiko” çox yaxşı müdafiə olundu, 2:0-dan sonra isə istədiyi oyunu göstərdi. Artıq debütdə hesabın 2:0 olması oyunun taleyini həll etdi”.

Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “Komandamın yaxşı oynamasına görə sevinirəm. 2:0 olarkən tez-tez geri çəkilir və rəqibin təhlükəli olduğu zonalarda oynamasına imkan verirdik. 2-ci hissədə də belə oynasaydıq, uduzacaqdıq. Moratanın qolu bizi doğru yola qaytardı. Rəqibin cinahlarda probleminin olduğunu bilirdik. Bizim klubda dahi oyunçular olub, Qrizmann da onlardan biridi. O, ən vacib futbolçularımızdandı, gənclər üçün nümunədi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

12-04-2023, 18:0

“Real” üçün çempionat bitib - ŞƏRH

Dünya futbolu

4-04-2022, 00:0

“Atletiko” 2018-ci ildən sonra ilk dəfə...

Dünya futbolu

19-04-2023, 20:0

“Real”la xal fərqi azaldı, “Barsa” qazondan şikayətləndi – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 14:0

Liderlər darmadağın etdi, “Atletiko”nun seriyası uzandı – 27-ci turun şərhi

Dünya futbolu

20-01-2023, 17:0

1/4 finalda Madrid derbisi

Aktual
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
Son xəbərlər
  • Bu gün, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Bu gün, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Bu gün, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Bu gün, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Bu gün, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Bu gün, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Bu gün, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Bu gün, 20:09
    Marseldən Milana qayıdacaq
  • Bu gün, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Bu gün, 19:08
    La Liqada yeni rekord
  • Bu gün, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 233
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə