• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” 11-ci oyunda da qalib gəldi!

Konfrans Liqası

24-09-2023, 11:0

“Qalatasaray” – “Kopenhagen” matçının ardından Türkiyə - Danimarka dueli ertəsi gün “Fənərbaxça” – “Nordşelland” oyunu ilə davam etdi.

“Football-plus.az” xəbər verir ki, “Kopenhagen”in baş məşqçisinin “Qalatasaray”la matçın ardından “Türkiyə klubları daha çox pul xərcləsə də, bizim nəticələrimiz daha yaxşıdı” açıqlamasının fonunda “Fənərbaxça”nın “Nordşelland” üzərində inamlı qələbə qazanması tam yerinə düşdü. “Fənər” zatən bu dəqiqə Avropada ən yaxşı formada olan klublardan biridi və bu mövsüm hələ də heç bir oyunda büdrəməyib. Özü də nəzərə alaq ki, İsmayıl Kartal rotasiyaya əl ataraq Şimanski, Tadiç və Ceko kimi ulduzları ehtiyatda saxlamışdı! 62 yaşlı mütəxəssisin şans verdiyi oyunçular ümdiləri artıqlamasıyla doğrultdu. Adəti üzrə güclü azarkeş dəstəyi ilə oynayan “Fənər” matçın gedişində hətta hesabı darmadağı həddinə də çatdırdı. Qonaqların gücü yalnız qollardan birinin əvəzini çıxmağa yetdi. Beləliklə, parlaq performansını davam etdirən İstanbul nəhəngi qrupa 3 xalla başladı.

“Beşiktaş” isə Belçikada, necə deyərlər, o dünyanı görüb qayıtdı. Şenol Günəşin komandası xal qazandığına görə ilk növbədə qapıçı Mərt Günoka minnətdar olmalıdı. Hazırda Türkiyə yığmasında da əsas qapıçı statusunda olan Mərt bu oyunda xarüqələr yaratdı. 34 yaşlı əlcək sahibi oyunu 8 seyvlə tamamlayaraq bu baxımdan KL-in 1-ci turunda bütün qapıçıları üstələdi. Hücumları səngimək bilməyən “Brügge”, nəhayət, 77-ci dəqiqədə tilsimi qıraraq kapitan Vanakenin sayəsində hesabı açdı. Düşünmək olardı ki, qonaqların artıq bərabərlik qolunu vurmağa gücü çatmayacaq. Çünki həmin ana qədər “ağ-qaralar” yalnız Abubakarın timsalında bir dəfə ciddi qol vəziyyəti yaratmışdılar. Amma əsas vaxtın bitməsinə 2 dəqiqə qalmış “Brügge”nin yarımmüdafiəçisi Kasper Nilsenin yanlış ötürməsindən sonra Abubakar Cenk Tosunu qapıçı ilə duelə yolladı. Zədədən qayıdandan sonra əvvəlki formasını bərpa etməkdə çətinlik çəkən təcrübəli forvard bu epizodda soyuqqanlı oynayaraq komandasını məğlubiyyətdən xilas etdi. Beləcə “Beşiktaş” rəqibdən aşkar zəif oynadığı qarşılaşmada hesabına 1 xal yazmağı bacardı.

qrup mərhələsi, 1-ci tur
D qrupu
Brügge (Belçika) – Beşiktaş 1:1
Vanaken, 77 – Cenk Tosun, 88.
Beşiktaş: Mərt Günok, Rozye (Cenk Tosun, 84), Bayi (Nəcip Uysal, 84), Amarti, Masuaku, Haciahmetoviç (Oksleyd-Çemberleyn, 84), Dəmir Ege Tıknaz, Fernandeş, Raşitsa (Onur Bulut, 66), Muleka (Zaynutdinov, 66), Abubakar.
H qrupu
Fənərbaxça – Nordşelland (Danimarka) 3:1
Krespo, 24. Batşuayi, 30. Sərdar Əziz, 47 – Villadsen, 55.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel, Sərdar Əziz, Ciku, Oostervolde, Krespo, Fred (Şimanski, 78), Mərt Hakan Yandaş (İsmayıl Yüksək, 69), Kinq (Tadiç, 87), Kent (İrfan Can Kahveci, 69), Batşuayi (Umut Nayır, 69).

Faktlar
* “Fənərbaxça” avrokuboklarda 261-ci oyununda 102-ci qələbəsini qazandı (55 heç-heçə, 104 məğlubiyyət, top fərqi – 350:370).
* “Fənərbaxça” avrokuboklarda keçirdiyi son 19 oyunun yalnız birində məğlub olub (15 qələbə, 3 heç-heçə). Yeganə məğlubiyyət ötən mövsüm AL-in 1/8 finalında “Sevilya” ilə səfər oyununda qeydə alınıb (0:2).
* “Fənərbaxça” bu mövsüm 11-ci rəsmi oyunda 11-ci qələbəsini qazanmaqla tarixinin ən uğurlu startı ilə bağlı rekordunu bir qədər də yaxşılaşdırdı (top fərqi – 32:6)!
* “Fənərbaxça” avrokuboklarda ardıcıl 8-ci qələbəsini qazanmaqla bu göstəricidə Türkiyə klubları arasında özünə məxsus olan rekordu bir qədər də yaxşılaşdırdı!
* “Fənərbaxça”nın avrokuboklarda evdəki məğlubiyyətsiz seriyası 10 oyuna çatdı (9 qələbə, 1 heç-heçə). Bununla da “Fənər” avrokuboklarda üç fərqli dönəmdə evdə ən azı 10 oyunluq məğlubiyyətsiz seriya yaxalayan ilk Türkiyə təmsilçisi oldu! Komanda daha öncə 2015 oktyabr – 2017 avqust aralığında 11, 2006 iyul – 2008 sentyabr aralığında isə 15 oyunluq seriya yaxalamışdı.
* “Fənərbaxça” İsmayıl Kartalın başçılığı altında keçirdiyi ardıcıl 23-cü rəsmi oyunda məğlub olmadı (20 qələbə, 3 heç-heçə)! Bu seriya 2021/22-nin 2-ci dövrəsindən davam edir. Komanda bu məşqçi ilə son məğlubiyyətini ötən il fevralın 25-də KL-in pley-offunun cavab oyunu çərçivəsində səfərdə “Slaviya” ilə qarşılaşmada yaşayıb (2:3).
* Fred son 11 ildə avrokubokların qrup mərhələsində 2 məhsuldar ötürmə verən ilk “Fənərbaxça”lı futbolçu oldu. Sonuncu dəfə bunu 2012-nin oktyabrında Münhenqladbax “Borussiya”sı ilə oyunda Canər Ərkin bacarmışdı.
* “Beşiktaş” avrokuboklarda 237-ci oyununda 48-ci dəfə bərabərə qaldı (90 qələbə, 99 məğlubiyyət, top fərqi – 314:352).
* “Beşiktaş”ın avrokuboklarda rekord – 6 oyunluq qələbə seriyası qırıldı. Bununla belə, komanda avrokuboklarda məğlubiyyətsiz seriyanı 7 oyuna çatdırdı və bu göstəricidəki rekordun təkrarlanmasına cəmi 1 oyun qalıb. “Qartal” 2010/11-də Bernd Şusterin dönəmində Avropa səhnəsində ardıcıl 8 oyunda uduzmamışdı.
* Cenk Tosun “Beşiktaş”ın heyətində avrokuboklarda 12-ci qolunu vurmaqla həm Abubakarı geridə qoydu, həm də Bobo ilə Kuareşmaya çatdı. İndi bu siyahıda Tosun yalnız 14 qol vuran Oktay Dərəlioğludan geri qalır.

Oyundan sonra
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Çətin rəqibə qarşı oynadıq. Təsnifat mərhələlərində önəmli qələbələr qazanmışdılar. Elə Danimarka çempionatının son turunda da “Kopenhagen”lə bərabərə qalmışdılar. “Nordşelland” oyun sistemi olan, gənc və iştahlı komandadı. Amma biz də yaxşı formadayıq. Rotasiya etmək məcburiyyətində qalmışdıq. Oyun üçün seçdiyimiz plan özünü doğrultdu. Daha çox qol vura bilərdik. Belə rəqibə qarşı sərgilədiyimiz futbol məni sevindirdi. Fanatlarımız də əla dəstək verdilər. Onlara təşəkkür edirəm. Batşuayi əvəzlənərkən etirazını bildirdi? Bunu sizdən eşidirəm. Mən heç nə görmədim. Nəyə etiraz etdi? Bu gün yaxşı oynadı və üstəlik qol da vurdu. Digər futbolçular da yaxşı performans sərgilədi”.

Yohannes Torup, “Nordşelland”ın baş məşqçisi: “İlk 35 dəqiqədə yaxşı oynamadıq. “Fənərbaxça” güclü komandadı və üzərimizdə ciddi təzyiq qurdu. Oyuna yaxşı hazırlaşsaq da, “Nordşelland”ın əsl gücünü göstərə bilmədik. Bundan daha yaxşı oynamağa qadirik. Gözlədiyimiz kimi, stadionda əla atmosfer var idi. Bizim üçün mühüm bir təcrübə oldu”.

Ronni Deyla, “Brügge”nin baş məşqçisi: “Belə oyunun qarşılığında qalib gələ bilməmək bizi çox üzdü. Komandam əlindən gələni etdi. İdeala yaxın futbol sərgilədik. Hətta 1:1-dən sonra da qələbə qolunu vurmaq üçün irəli atıldıq. Təəssüf ki, futbolda layiq olan tərəf heç də həmişə qalib gəlmir. Bu qarşılaşmada bunun bariz nümunəsini gördük. Nəticədən yox, amma oyunumuzdan razı qaldım. Son nöqtəni qoymağın üzərində bir qədər də işləməliyik. Qapımıza vurulan qol Nilsenin yanlış ötürməsindən sonra baş verdi. Amma onu heç kim günahlandırmır. Nilsen onsuz da çox üzgündü. Biz o ana qədər artıq 2-3 qol vurub matçın taleyini həll etməliydik. Təbii ki, rəqibin qapıçısının oyununu da qeyd etmək lazımdı”.

Şenol Günəş, “Beşiktaş”ın baş məşqçisi: “Rəqibin gücünü və necə oynadığını bilirdik. “Brügge” hücum zənginliyi olan komandadı. Bizə çətin anlar yaşatdılar. Bəzi məqamlarda təşvişə düşsək də, bəzi anlarda onlara cavab verə bilirdik. Ən azı 1 xal qazanmaq istədiyimiz üçün müdafiəyəmeyilli oynamaq məcburiyyətindəydik. Hərçənd bu, bizim oyun fəlsəfəmizə ziddi. Gərgin və çətin bir qarşılaşmadan 1 xalla ayrılmağı bacardıq. Mərt həlledici məqamlarda bizi xilas etdi. Cenk Tosunun isə psixoloji cəhətdən bu qola çox ehtiyacı var idi. Bütün oyunçularım əlindən gələni etdi. Amma performansımızı yaxşılaşdırmağa çalışmalıyıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-09-2022, 21:0

“Fənər” fanatları derbiyə buraxılmayacaq

Dünya futbolu

16-09-2023, 17:0

''Fənərbaxça'' bu yay 2 rekordu birdən yenilədi

Dünya futbolu

9-04-2022, 22:0

''Qalatasaray'' ''Fənərbaxça''ya bir ilki yaşada bilər!

Dünya futbolu

15-09-2023, 17:0

“Fənərbaxça” KL-in ən baha 3-cü klubudu!

Dünya futbolu

29-06-2023, 15:0

İsmayıl Kartalın transferinin detalları

Aktual
Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
“Şamaxı” çempion üçün şərəf dəhlizi açacaqmı? – mayın 3-ü, saat 16.00-da...
Bulvardakı “Saatlı qüllə” bu gün “Qalatasaray” azarkeşlərini görməyəcək! – niyə?
“Sabah” da üç aparıcı futbolçusundan məhrumdu, “Qarabağ” da
Son xəbərlər
  • Bu gün, 00:13
    “El Klasiko”da görünməyəcək
  • Dünən, 23:38
    Londondan Mançesterə yollana bilər
  • Dünən, 23:21
    Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
  • Dünən, 23:10
    "Qəbələ" avrokuboklar uğrunda mübarizə aparmalı idi" - Rəşad Sadıqov
  • Dünən, 22:40
    “Yuventus”u tərk edəcək
  • Dünən, 22:09
    "Bu oyunda da bəsit qol buraxdıq" - Kaxaber Sxadadze
  • Dünən, 21:57
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:16
    "Tarix yazmaq niyyətindəyik" - Valdas Dambrauskas
  • Dünən, 20:56
    Yeni təklifi müsbət cavabladı
  • Dünən, 20:27
    "Sabah" və "Zirə"dən qələbə - YENİLƏNİB
  • Dünən, 20:21
    "David Sezarın zədələnməsi oyunun qırılma anı idi" - Ayxan Abbssov
  • Dünən, 20:05
    Yayda işsizə çevriləcək
  • Dünən, 19:20
    Arbeloaya o da xələf ola bilər
  • Dünən, 19:00
    4 illik həsrətə son qoydular
  • Dünən, 18:38
    Sabiq nigeriyalı futbolçu Osimhenə bu nəhəngə keçməməyi məsləhət gördü
  • Dünən, 18:06
    "Zirə" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    Cəlalın komandası xal itirdi
  • Dünən, 17:15
    ''İnter Mayami'' Messinin yubiley matçında tarixi bir şok yaşadı
  • Dünən, 16:45
    Osimhen fanatlardan üzr istədi
  • Dünən, 15:54
    Diyarbəkir təmsilçisi Türkiyə çempionatında oynayacaq
  • Dünən, 14:47
    "Şamaxı" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 14:06
    “Formula-1” İstanbula dönür!
  • Dünən, 13:43
    Alkaras “Rolan Qarros”u da buraxacaq, Roma turnirini də
  • Dünən, 13:12
    Drayzaytlla Krosbidən tarixi uğur
  • Dünən, 13:06
    Renat "Lex"ə qarşı oynadı
  • Dünən, 12:42
    Lebron yenə tarix yazdı
  • Dünən, 12:11
    Nərimanın komandası uduzdu
  • Dünən, 11:33
    “Qalatasaray” çempionluğu əldən verdi?
  • Dünən, 11:30
    “Qarabağ”ın futbolçuları İçərişəhərdə azarkeşlərlə görüşdü
  • Dünən, 11:15
    "Qarabağ"ın xal itirmək ehtimalı böyükdü" - Tovuzdan "Tofiq Bəhramov"a azarkeş axını olacaqmı?
  • Dünən, 10:50
    İki cüdoçumuz tatami üzərinə çıxır - Düşənbədə son gün
  • 2-05-2026, 23:0
    “Sabah”ın basketbol komandası da çempionluğa gedir
  • 2-05-2026, 23:0
    Minifutbol millimiz qələbə qazandı
  • 2-05-2026, 22:0
    RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
  • 2-05-2026, 22:0
    Acun Ilıcalının komandası pley-offa vəsiqə qazandı!
Daha çox
Oxunub: 191
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 146
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 137
AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
Oxunub: 133
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
Oxunub: 121
“Neftçi”nin dördüncü olmaq şansı “Zirə” ilə müqayisədə daha yüksəkdi
Oxunub: 121
Elvin Cəfərquliyevlə bağlı yayılan bütün xəbərlər yalandı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə