Yunanıstanlı futbolçu bu mövzuda açıqlama vermək istəmədi. Amma kapitan klub rəhbərliyinin jesti ilə bağlı bunları dedi:
"Əslində 100-cü oyunum "Sabah"la qarşılaşmada olmuşdu. Sadəcə, "Sumqayıt"la oyunda rəmzi forma hədiyyə edildi. Hər iki görüş də qələbəmizlə başa çatdı. Bunu da müsbət məqam kimi qeyd etməliyəm. Artıq 4-cü mövsümdü "Zirə"də çıxış edirəm. 100 oyun heç də az rəqəm deyil. Ümid edirəm ki, bu say daha da artar və daha da uğurlu alınar".
ABDULLA İSMAYILOĞLU





