Rauf Hüseynli sevinməyi lazım bilməyib - AÇIQLAMA

8.09.2023 19:15 284
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 5-ci turunda "Qəbələ" - "Zirə" matçında fərqlənən Rauf Hüseynli qolu qeyd etmədi.

Futbolçunun belə səssizliyi vaxtilə “qartallar”ın formasını geyməsindən irəli gəlir? Rauf məsələylə bağlı bunları dedi:
"Həm "Qarabağ"ın U-19 komandasında, həm də "Zirə"də çıxış edərkən Rəşad Sadıqov baş məşqçim olub və inkişafımda xüsusi xidmətləri olmuş mütəxəssisdi. Ona görə də qol vurarkən bunu qeyd etməyi lazım bilmədim". 


ABDULLA İSMAYILOĞLU