• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xal itirməyən komanda qalmadı – TURUN ŞƏRHİ

Dünya futbolu

19-09-2023, 23:0

Turun mərkəzi oyunu cümə günü keçirildi.

“Alyans Arena”da bu tura qədər uduzmayan 2 kollektiv üz-üzə gəldi. Olduqca maraqlı və baxımlı keçən qarşılaşmada Münhen nəhəngi 2 dəfə önə keçsə də, Leverkuzen təmsilçisi hər iki halda bərabərlik qolunu vurmağa müvəffəq oldu. Xabi Alonsonun kollektivi ilk 3 turdakı qələbələrin təsadüf olmadığını göstərdi. Beləliklə, 4 turdan sonra xal itirməyən komanda qalmadı. “Bavariya”nın bundesliqa çərçivəsində ardıcıl 59-cu oyunda meydanı qolsuz tərk etmədiyini də bildirək.

Digər oyunlar da yetərincə maraqlı alındı. Mövsümə yaxşı başlamayan Dortmund “Borussiya”sı çətin Frayburq səfərində xal itirməyə çox yaxın idi. Amma 60-cı dəqiqəyə qədər hesabda geri olan “arılar” əzmkar qələbə qazandılar. Təcrübəli mərkəz müdafiəçisi Hummels dubl etməklə diqqəti çəkdi! O, bundesliqada ardıcıl 16-cı mövsümdə qol vurdu və turnirin tarixində bunu bacaran 6-cı futbolçu oldu. Hummels həm də “Borussiya”nın heyətində bundesliqada dubl edən ən yaşlı (34 yaş 274 gün) futbolçu statusunu qazandı! “Frayburq” bundesliqada son 17 ev oyununda 1-dən artıq qol buraxmamışdı. Maraqlıdı ki, Frayburq səfərində 1-dən artıq qol vuran son kollektiv ötən ilin avqustunda məhz elə Dortmund “Borussiya”sı olmuşdu (3:1). “Union” tarixindəki ilk ÇL matçından öncə “Volfsburq” səfərindən xalsız ayrıldı. “Leyptsiq”, gözlənildiyi kimi, “Auqsburq”la oyunda ciddi problem yaşamadı. “Hoffenhaym”ın “Köln”ü, “Ştutqart”ın isə “Maynts-05”i səfərdə asanlıqla yenməsi sürpriz oldu. Ötən tur Dortmundda bundesliqa tarixindəki ilk xalını qazanan “Haydenhaym” bu dəfə ilk qələbəni bayram etdi. “Verder” debütantdan 4 top buraxaraq “ağ bayraq qaldırdı”. “Verder”dən fərqli Münhenqladbax “Borussiya”sı daha bir debütant “Darmştadt”la səfər oyununda təslim olmaq istəmədi. Baxmayaraq ki, meydan sahibləri fasiləyə 3 topluq üstünlüklə yollanmışdı. “Darmştadt” 2-ci hissənin əvvəllərində azlıqda qalandan sonra qonaqlar hətta penaltini də boşa verdilər. Amma Xerardo Seoanenin kollektivi 21 dəqiqəyə 3 qol vuraraq mükəmməl geridönüş etdi. “Borussiya” tarixində cəmi 2-ci dəfə 3 top fərqi ilə geridə olduğu bundesliqa oyununda xal qazanmağa müvəffəq oldu. Daha öncə bu, 1979-un oktyabrında “Köln” ilə oyunda (4:4) baş vermişdi.

4-cü tur
Bavariya – Bayer-04 2:2
Keyn, 7. Qoretska, 86 – Qrimaldo, 24. Palasios, 90+4-p. (75000)
Bavariya: Ulrayx, Laymer (De Liqt, 85), Upamekano, Kim Min Çje, Devis, Kimmix (Mazraoui, 61), Qoretska, Sane, Müller (Musiala, 61), Qnabri (Tel, 69), Keyn (Çupo-Motinq, 85).
Bayer-04: Qradetski, Kossunu, Ta, Tapsoba (Hlojek, 90), Frimponq (Adli, 82), Andrix (Palasios, 46), Caka, Qrimaldo, Hofmann (İnkapye 90+6), Virts (Əmiri, 90+6), Bonifas.
Frayburq - Borussiya D 2:4
Höler, 45+2. Höfler, 45+6 – Hummels, 11; 88. Malen, 60. Roys, 90+2. (34700)
Frayburq: Atubolu, Qulde, Ginter, Linhart, Kübler (Şmidt, 85), Eqqeştayn, Höfler, Şallai, Höler (Adamu, 77), Doan (Röl, 85), Qreqoritş (Qrifo, 28).
Borussiya: Kobel, Ryuyerson, Hummels, Şlotterbek, Bensebayni (Volf, 46), Zabitser, Əmrə Can, (Mukoko, 84), Brandt (Roys, 71), Malen, Alle (Füllkruq, 59), Adeyemi (F.Nmeça, 59).
Leyptsiq – Auqsburq 3:0
Simons, 6. Openda, 11. Raum, 27. (44746)
Leyptsiq: Blasvix, Henrixs, Simakan, Lukeba, Raum (Lents, 77), Şlager, Kampl, Simons (Baumqartner, 77), Forsberq (Karvalyo 64), Poulsen (Verner, 87), Openda (Şeşko, 64).
Volfsburq – Union 2:1
Vind, 12. Mehle, 30 – Qosens, 28. (28917)
Union: Rönnov, Trimmel (Yuranoviç, 73), Duxi, Knoxe (Kaufmann, 85), Leyte, Qosens, Kral, Layduni (Tuzar, 29), Haberer (B.Aaronson, 73), Fofana (Bekker, 61), Berens.
Bohum - Ayntraxt F 1:1
Ştöger, 74-p. – Dina Ebimbe, 55. (26000)
Ayntraxt: Trapp, Buta (Maks, 90), Tuta (Smolçiç, 90), Kox, Paço, Nkunku (Çaibi, 46), Skiri, Larsson, Dina Ebimbe, Götse (P.Aaronson, 80), Nqankam (Marmuş, 46).
Maynts-05 – Ştutqart 1:3
Barreyro, 69 – Girassi, 56; 84; 90+7. (30500)
Köln – Hoffenhaym 1:3
Zelke, 61 – Kramariç, 1. Qrillitş, 28. Bayer, 52. (49300)
Haydenhaym – Verder 4:2
Klayndinst, 5-p. Ərən Dinkçi, 44; 68. Beste, 76 – Dukş, 49. Vayzer, 64. (15000)
Darmştadt – Borussiya M 3:3
Melem, 8. Maqlika, 10. Skarke, 33 – Sibaço, 56. Noyhaus, 73. Çvançara, 77. (17810)
1. Bayer-04 4 3 1 0 13-5 10
2. Bavariya 4 3 1 0 11-4 10
3. Leyptsiq 4 3 0 1 13-4 9
4. Ştutqart 4 3 0 1 14-6 9
5. Hoffenhaym 4 3 0 1 10-6 9
6. Volfsburq 4 3 0 1 7-5 9
7. Borussiya D 4 2 2 0 8-5 8
8. Union 4 2 0 2 9-7 6
9. Ayntraxt F 4 1 3 0 4-3 6
10. Frayburq 4 2 0 2 5-10 6
11. Haydenhaym 4 1 1 2 8-9 4
12. Verder 4 1 0 3 6-9 3
13. Bohum 4 0 3 1 4-9 3
14. Borussiya M 4 0 2 2 8-12 2
15. Auqsburq 4 0 2 2 7-12 2
14. Köln 4 0 1 3 3-7 1
17. Darmştadt 4 0 1 3 5-13 1
18. Maynts-05 4 0 1 3 3-12 1
Bombardirlər: Girassi (Ştutqart) – 8, Vind (Volfsburq) – 5, Keyn (Bavariya), Bonifas (Bayer-04), Berens (Union) – 4.

Növbəti turun oyunları sentyabrın 22-24-ü aralığında keçiriləcək: Bavariya – Bohum, Borussia D – Volfsburq, Union – Hoffenhaym, Bayer-04 – Haydenhaym, Ayntraxt F – Frayburq, Borussiya M – Leyptsiq, Verder – Köln, Auqsburq – Maynts-05, Ştutqart – Darmştadt.

Turun rəqəmi
300 – Keyn klub karyerasında 505-ci oyunda qol sayını bu həddə çatdırdı. Maraq üçün bildirək ki, İngiltərə yığmasının kapitanı bu qollardan 280-ni “Tottenhem”in, 9-nu “Milluoll”un, 5-ni “Leyton Orient”in, 4-nü “Bavariya”nın və 2-ni “Lester”in heyətində vurub. Keyn həm də Münhen nəhənginin tarixində ilk 4 bundesliqa matçında 4 qol vuran 4-cü futbolçu oldu! Daha öncə bunu Herd Müller, Paolo Gerrero və Miroslav Kloze bacarmışdı.

Turun ulduzu
Seru Girassy (Ştutqart) – qvineyalı forvard mövsümün əvvəlində fenomenal məhsuldarlıq nümayiş etdirir. İlk 3 turda 5 dəfə fərqlənən Girassi bu dəfə Maynts səfərində het-trik edərək qollarının sayını 8-ə çatdırdı. İlk 4 tura 8 qolluq performansı heç Almaniyada oynadığı dönəmdə Levandovski ilə Holann da nümayiş etdirə bilməmişdi! Amma bu, turnirin rekordu deyil. Bundesliqa tarixində ilk 4 tura bir futbolçunun hətta 9 qol vurmasına da rast gəlinib! Bunu yalnız 1967/68 mövsümündə Münhenqladbax “Borussiya”sının üzvü Piter Mayer bacarıb. Maraqlıdı ki, bu futbolçu mövsümün qalan hissəsində yalnız 10 qol vurmuş və 19 qolla “futbol ili”ni bombardirlər siyahısında 3-cü pillədə tamamlamışdı.

Turun sitatı
Tomas Müller, “Bavariya”nın forvardı: “Qapımıza çox şübhəli penalti təyin olundu. Epizodun təkrarına dəfələrlə baxdım. Açıq-aydın görünür ki, Hofmann özünü yerə atmaq üçün rəqiblə təması gözləyirdi. Deyəsən, futbolun təmaslı idman növü olduğunu unuduruq. Hakim əvvəlcə fitini səsləndirmədi və bu qərarında sona qədər qalmalı idi. İngiltərədə belə epizoda görə qətiyyən penalti verilməzdi! Çox sərt qərardı. İndidən belə penaltilər verilirsə, onda qarşıda bizi çox penalti gözləyəcək”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Dünya futbolu

19-04-2023, 18:0

“Bavariya” “kəndçilər”lə bacarmadı, “Borussiya” qələbəni inanılmaz şəkildə əldən verdi - TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 21:0

Terziç “Borussiya”da yeni rekordçu oldu – ŞƏRH

Dünya futbolu

3-05-2023, 16:0

Lider yenə dəyişdi, hakim səhvini etiraf etdi - TURUN ŞƏRHİ

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
Daha çox
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 191
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə