“Şaxtyor” 7-ci turdan sonra da liderliyi qorudu.
Amma “şaxtaçılar”ın elitanın debütantı üzərində inamlı qələbə qazandığını demək çətindi. 33-cü dəqiqədən azlıqda qalan “Obolon”la oyunda yeganə qolu 77-ci dəqiqədə Nazarina vurdu. Heç də yaxşı təsir bağışlamayan çempionun oyunu “Portu” ilə ÇL qarşılaşması ərəfəsində azarkeşlərində narahatlıq doğurdu.
Turun açılış oyununda ötən mövsümün bürünc medalçısı “Zarya” səfərdə “Metallist 1925”ə uduzdu. Əlbəttə, burda səfər anlayışı nisbidi. Məlum səbəbdən oyun Xarkovda yox, Kiyevdə keçirildi. Luqansklılar yeni baş məşqçi Valeri Kriventsovun rəhbərliyi altında keçirdiyi ilk oyunda məğlubiyyətə layiq deyildi. “Dnepr-1” isə yeni baş məşqçi Yuri Maksimovun rəhbərliyi altında keçirdiyi ilk oyunda “Kolos”u məğlub edə bilmədi. Hesabı qonaqlar açdı, az sonra meydan sahibləri bərabərlik qolunu vurdu və oyunda başqa qol olmadı.
Yaxşı tanıdığımız Roman Qriqorçukun çalışdırdığı “Çernomorets” mövsümə avrokuboklara vəsiqə qazanmaq niyyəti ilə başlayıb. “Dənizçilər” debütant “Polesye”ni Vasilyevin erkən qolu ilə məğlub etməklə liderlər qrupunda qərarlaşdı. “Aleksandriya” – “Minay” oyunu heç-heçə bitdi, debütant LNZ “Rux”a mövsümdəki ilk məğlubiyyətin acısını yaşatdı. İndi yalnız “Şaxtyor”un məğlubiyyət xanasında 0 var. Bazar günü keçirilən son oyunda “Veres”i məğlub edən “Krivbass” turnir cədvəlində 2-ci pilləyə yüksəldi.
Turun dünən keçirilən son oyununda “Dinamo” “Vorskla”ya qalib gəldi.
7-ci tur
Şaxtyor – Obolon 1:0
Nazarina, 77.
Şaxtyor: Rudko, Azarov, Konoplya, Lemkin, Rakitski, Stepanenko (Nazarina, 68), Krıskiv (Yeginaldo, 74), Sudakov, Zubkov (Vyunnik, 68), Kaşuk (Neverton, 58), Sikan (Kelsi, 58).
Dinamo – Vorskla 2:0
Voloşin, 5. Benito, 83.
Dinamo: Buşan, Popov, Karavayev, Belovar, Dubinçak, Brajko, Buyalski, Voloşin (Kabayev, 59), Andriyevski (Ramadani, 86), Yarmolenko, Vanat (Benito, 77).
Dnepr-1 – Kolos 1:1
Qutsulyak, 68 – Salabay, 61.
Metallist 1925 – Zarya 2:1
Dmitrenko, 6. Boryaçuk, 28-p. – Gerrero, 17.
Çernomorets – Polesye 1:0
Vasilyev, 13.
LNZ – Rux 2:1
Norenkov, 36. Pryadun, 86 – Kvasnitsa, 63.
Aleksandriya – Minay 1:1
Kulakovski, 74-p. – Quniçev, 61.
Krivbass – Kolos 2:1
Beskorovaynı, 11. İliç, 85 – Kuçerov, 34-p.
1. Şaxtyor 7 5 2 0 15-7 17
2. Krivbass 7 4 2 1 13-6 14
3. Polesye 7 4 0 3 10-5 12
4. Çernomorets 7 4 0 3 10-9 12
5. Rux 6 3 2 1 10-6 11
6. Metallist 1925 6 3 1 2 6-5 10
7. Dinamo 4 3 0 1 12-6 9
8. Kolos 7 2 3 2 6-7 9
9. Vorskla 6 3 0 3 7-10 9
10. Aleksandriya 7 2 2 3 4-7 8
11. LNZ 7 2 1 4 6-8 7
12. Dnepr-1 5 1 3 1 5-5 6
13. Zarya 6 1 2 3 6-9 5
14. Obolon 7 1 2 4 4-10 5
15. Veres 6 1 1 4 6-10 4
16. Minay 7 0 3 4 5-15 3
Bombardirlər: Vanat, Yarmolenko (hər ikisi “Dinamo”), Klimçuk (Rux), Matviyenko, Kaşuk (hər ikisi “Şaxtyor”), Zaderaka, Beskorovaynı (hər ikisi “Krivbass”), Kvasnitsa (Rux) – 3.
Növbəti turun oyunları sentyabrın 22-24-ü aralığında keçiriləcək: Obolon – Veres, Aleksandriya – Çernomorets, Polesye – Minay, Vorskla – Krivbass, Rux – Şaxtyor, LNZ – Dinamo, Zarya – Dnepr-1, Metallist 1925 – Kolos.