• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nəhənglər qazandı, MY yenə məyus etdi – TURUN ŞƏRHİ

Dünya futbolu

20-09-2023, 17:0

Baxımlı oyun, sürpriz nəticələr, yüksək məhsuldarlıq...

İngiltərə premyer-liqasının dəyərini anlatmaq üçün bu üç keyfiyyət kifayətdi. Hesabat turu da bu mənada istisna olmadı. Nəhənglərdən MS, “Tottenhem”, “Liverpul” və “Arsenal” qələbə qazandı, MY beynəlxalq fasilədən əvvəl olduğu kimi, yenə də uduzdu. “Çelsi” isə 1 xalla kifayətləndi.

“Mançester Siti” “Vest Hem” üzərində əzmkar qələbə qazandı. Hərçənd “şəhərlilər” oyunboyu böyük üstünlüyə malik idi. “Vest Hem”in əsaslandığı əks-hücum taktikası müəyyən vaxta qədər işə yaradı. MS ilk yarıda çoxlu hücum qursa da, təhlükəli vəziyyətlər yaratsa da, qol vurmağı bacarmadı. “Çəkicdöyənlər” isə minimum imkanlar fonunda hesabı açdı. 36-cı dəqiqədə Soufalın əla asmasından sonra Uord-Prouz fərqləndi. 2-ci hissəyə böyük təzyiq dalğası ilə başlayan qonaqlar elə ilk hücumda hesabı bərabərləşdirdi. Dokyu reydini qolla tamamladı. Ardından qapıçıların istedadını göstərmək növbəsi çatdı. Hər iki qapıçı “çərçivə”də möcüzə yaradırdı. Ancaq ifaçılıq bacarığı daha yüksək olan qonaqlar haqq etdiyi qələbəni qazandı. 76-cı dəqiqədə Bernardo Silva hesabı dəyişdi. 10 dəqiqə sonra isə Holann güclü zərbə ilə qapıçıya heç bir şans saxlamadı. Çempion qələbəyə layiq olsa da, “Vest Hem”i da layiqincə müqavimət göstərdiyinə görə alqışlamalıyıq.

Mançesterin digər təmsilçisi indi alqışlanmağı haqq etmir. “Yunayted” son üç premyer-liqa oyununda “Brayton”dan xal ala bilmədiyindən “qırmızı şeytanlar”ın azarkeşləri “qağayılar”la növbəti oyunu da qorxu hissi ilə gözləyirdilər. Belə qorxu boşuna deyilmiş... Kadr problemlərindən əziyyət çəkən Ten Haq orta sahədə “romb” variantını seçməklə risk etdi. Ancaq eksperiment nəticə vermədi. Baxmayaraq ki, meydan sahibləri oyuna daha fəal başladı. Reşford artıq debütdə fərqlənə bilərdi. Rəqibin start təzyiqini dəf edən “Brayton” hissənin ortalarında yaratdığı ilk təhlükəli vəziyyətdə fərqləndi. Qonaqlar qoldan sonra da sevimli oyun üslubundan əl çəkməyərək topu meydanın özünə aid hissəsində fırlatmağı davam etdirdilər. Mankunianlar pressinq tətbiq etmədən sürətli hücumlar qururdular. Heylunnun qolu VAR-ın müdaxiləsindən sonra sayılmadı. Fasilədən sonra “Brayton” fərqi artırdı. 2-ci hissənin ortalarında isə fərq artıq darmadağın həddinə çatdı. Qrossun vurduğu 2-ci qolda olduğu kimi, bu dəfə də məhsuldar ötürməni Lempti verdi. Meydan sahibləri dərhal qollardan birinin əvəzini çıxsa da, geridönüş etməyə gücləri qalmamışdı. Mövsümdə 4-cü qələbəsini qazanan “Brayton” liderlər qrupunda qərarlaşıbsa, mankunianlar turnir cədvəlinin ortalarındadı.

Klopp tur ərəfəsində “Liverpul”un oyununun şənbənin erkən saatlarına salınmasından gileylənmişdi. “Qırmızılar”ın çalışdırıcısının iradını anlamaq olar, onun yetirmələri ilk yarıda həqiqətən çox yorğun görünürdü. Oyuna fəal başlayan “Vulverhempton” artıq 7-ci dəqiqədə hesabı açdı. “Liverpul” ilk yarıda yalnız bir ciddi təhlükəki vəziyyət yaratdı ki, uzatma dəqiqələrində Salahla Soboslainin ardıcıl zərbələrini müdafiəçi ilə qapıçı dəf etdi. Əvəzində fasilədən sonra oyunun axarı kəskin şəkildə dəyişdi. Kloppun əvəzetmələri də işə yaradı. “Liverpul” rəqibi qapısına doğru sıxdı və Qakpo 55-ci dəqiqədə hesabı bərabərləşdirdi. “Qırmızılar” 70-ci dəqiqəyə qədər təhlükəli vəziyyət yarada bilmədi. Həmin anda Nunyes gözəl imkanı boşa verdi. Lap sonda təzyiq bəhrə verdi. 85-ci dəqiqədə Salah Qakponun ardından Robertsona da assistentlik etdi. Uzatma dəqiqələrində isə Buenonun ayağından səkən top fərqin artmasına səbəb oldu. Beləcə “Liverpul” mövsümdəki 3-cü əzmkar qələbəsini qazandı.
Ancaq təkcə “Liverpul” bunu bacarmır. “Tottenhem”in qələbə ssenarisi daha dramatik oldu. Beynəlxaq fasilə ərəfəsində “Bernli”ni darmadağın edən “mahmızlar” “Şeffild Yunayted”lə oyuna da fəal başladı. Amma bu fəallıq hesabda əksini tapmadı. Hamerin 74-cü dəqiqədə vurduğu qol isə “Tottenhem”i şoka saldı. Postekoğlu az sonra üçlü dəyişikliyə əl atdı. Məhz sonradan oyuna qoşulanlardan Rişarlison 8-ci uzatma dəqiqəsində hesabı bərabərləşdirdi. Bu da son deyildi, hələ 8 dəqiqə də oynamaq lazım gələcəkdi. İş ondadı ki, referi Piter Benks 2-ci hissəyə 12 dəqiqə artırsa da, komandalar 16 dəqiqə oynadı. 11-ci (!) uzatma dəqiqəsində “Tottenhem”i irəli çıxaran Kulusevski Londonun şimalını sevincə qərq etdi.

Londonun cənub-qərbi isə hələ də “Çelsi”nin qələbələrinə həsrətdi. “Zadəganlar” səfərdə “Bornmut”un öhdəsindən gələ bilmədi. Bərabər səviyyəli oyunda londonlular daha təhlükəli olsa da, onların qələbəni haqq etdiyini demək çətindi. İlk yarıda qonaqlardan Ceksonla Qallaher fərqlənməyə yaxın oldu. Ancaq birincinin zərbəsi dirəkdən döndüsə, ikinicinin zərbəsinin öhdəsindən Neto gəldi. 2-ci hissənin əvvəlində Sterlinq də cərimə zərbəsindən qapı çatını silkələdi, Koluill təkrar zərbə ilə topu tora göndərsə də, aşkar ofsaydda idi. Final fitinə qədər qarşılıqlı hücumlar davam etdi, ancaq hesab açılmadı. Bu nəticə tərəflərdən heç birini razı salmadı.

“Arsenal” autsayderlərdən “Everton”u məğlub etmək üçün əməlli-başlı əziyyət çəkdi. Hərçənd oyunöncəsi şərait “topçular”ın heç bir probleminin olmayacağından xəbər verirdi. Onlar ilk yarıda təhlükəli vəziyyət yarada bilmədi. Ancaq fasilədən sonra Artetanın komandası fəallaşdı. 2-ci hissənin əvvəlində Edeqorun yaxın məsafədən zərbəsindən sonra Pikford komandasını xilas etməli oldu. “Arsenal”ın təzyiqi künc zərbələri ilə müşayiət olunurdu ki, belə vəziyyətlərin birində Trossar uzaq küncü dəqiq nişan aldı. “Everton” isə qoldan sonra da təhlükəli vəziyyət yarada bilmədi. “Topçular” 2017-dən bəri ilk dəfə bu komandanı səfərdə məğlub etdi. Belə getsə, mövsümün ilk istefa xəbəri məhz Liverpul klubundan gələcək: Şon Dayçın kreslosu artıq laxlayır.

Turun qalan oyunlarına gəlincə, “Nyukasl” ardıcıl üç məğlubiyyətdən sonra, nəhayət, qələbə qazana bildi. “Sağsağanlar” kimi, “Fulhem” də yeganə qola sevindi. “Aston Villa” “Kristal Pelas”ı məğlub etdi, turun dünən axşam keçirilən sonuncu oyununda isə “Nottingem Forest” “Bernli” ilə “sülh”ə razılaşdı.

5-ci tur
Vest Hem – Mançester Siti 1:3
Uord-Prouz, 36 – Dokyu, 46. B.Silva, 76. Holann, 86. (62475)
MS: Ederson, Qvardiol (Ake, 90+5), Diaş, Akanci, Uoker, Rodri, Foden (Nunyeş, 67), Dokyu (Qomes, 90), Alvares, B.Silva (Bobb, 90+5), Holann (Lüis, 90+4).
Everton – Arsenal 0:1
Trossar, 69. (39217)
Arsenal: Rayya, Zinçenko (Tomiyasu, 80), Qabriel, Saliba, Uayt, Edeqor, Rays, Vieyra (Haverts, 80), Martinelli (Trossar, 24), Nketia (Jezus, 66), Saka.
Mançester Yunayted – Brayton 1:3
Mejbri, 73 – Uelbek, 20. Qross, 53. Pedro, 71. (73592)
MY: Onana, Regilon (Qarnaço, 85), Martines (Van-Bissaka, 85), Lindelöf, Dalot, Kazemiro (Mejbri, 64), Maktominey (Pelyistri, 85), Reşford, Eriksen, Fernandeş, Heylunn (Marsyal, 64).
Vulverhempton – Liverpul 1:3
Hi Çan Hvan, 7 – Qakpo, 55. Robertson, 85. Bueno, 90+1-öz qapısına. (31405)
Liverpul: Alisson, Robertson, Matip, Kuansa (Konate, 83), Qomes, Soboslai, Makallister (Dias, 46), Cons, Jota (Elliott, 56), Qakpo (Nunyes, 56), Salah (Qravenberh, 90+3).
Tottenhem – Şeffild Yunayted 2:1
Rişarlison, 90+8. Kulusevski, 90+11 – Hamer, 74. (61706)
Tottenhem: Vikario, Udoci, Van de Ven (Höybyerq, 90+5), Romero, Porro (Emerson, 90+5), Sarr (Rişarlison, 80), Bissuma, Solomon (Perişiç, 80), Meddison, Kulusevski, Son Hın Min (Conson, 80).
Bornmut – Çelsi 0:0
(10421)
Çelsi: Sançes, Koluill (Çiluell, 80), Silva, Disasi, Hüsto, Qallaher, Uqoçukvu, Mudrik (Palmer, 63), Fernandes (Maatsen, 81), Sterlinq, Cekson.
Fulhem – Luton 1:0
Vinisius, 65. (24467)
Aston Villa – Kristal Pelas 3:1
Duran, 88. Luis, 90+8-p. Beyli, 90+11 – Eduar, 48. (40809)
Nyukasl – Brentford 1:0
Uilson, 64-p. (51670)
Nottingem Forest – Bernli 1:1
Hadson-Odoi, 62 – Amduni, 41. (28958)
1. Mançester S. 5 5 0 0 14-3 15
2. Tottenhem 5 4 1 0 13-5 13
3. Liverpul 5 4 1 0 12-4 13
4. Arsenal 5 4 1 0 9-4 13
5. Brayton 5 4 0 1 15-7 12
6. Vest Hem 5 3 1 1 10-7 10
7. Aston Villa 5 3 0 2 11-10 9
8. Nottingem F. 5 2 1 2 7-7 7
9. Kristal Pelas 5 2 1 2 6-7 7
10. Fulhem 5 2 1 2 5-10 7
11. Brentford 5 1 3 1 8-6 6
12. Nyukasl 5 2 0 3 8-7 6
13. Mançester Y. 5 2 0 3 6-10 6
14. Çelsi 5 1 2 2 5-5 5
15. Bornmut 5 0 3 2 4-8 3
16. Vulverhempton 5 1 0 4 5-11 3
17. Şeffild Y. 5 0 1 4 5-9 1
18. Everton 5 0 1 4 2-9 1
19. Bernli 4 0 1 3 4-12 1
20. Luton 4 0 0 4 2-10 0
Bombardirlər: Holann (MS) – 7, Mbeumo (Brentford), Ferqyuson (Brayton), Eduar (Kristal Pelas) – 4.

Növbəti turun oyunları sentyabrın 23-24-də keçiriləcək: Çelsi – Aston Villa, Mançester Siti – Nottingem Forest, Luton – Vulverhempton, Kristal Pelas – Fulhem, Brentford – Everton, Bernli – Mançester Yunayted, Liverpul – Vest Hem, Brayton – Bornmut, Arsenal – Tottenhem, Şeffild Yunayted – Nyukasl.

Faktlar
* Salah premyer-liqada afrikalılar üçün yeni rekord müəyyənləşdirdi. Məhsuldar ötürmələrinin sayını 63-ə (62-si “Liverpul”un, 1-i “Çelsi”nin heyətində) çatdıran misirli əlcəzairli Mahrezin rekordunu yenilədi. Salah həmçinin ardıcıl məhsuldar hərəkətlə yadda qaldığı oyunların sayını 11-ə çatdırdı. O, sonuncu dəfə aprelin 26-da “qol+ötürmə” sistemi üzrə heç nə etməyib. Həmin vaxtdan bəri keçirdiyi 11 çempionat oyununda isə 5 qol vurub, 9 ötürmə verib.
* MY ardıcıl 4-cü oyunda “Brayton”a uduzdu. Son üç oyunda 0:1, 1:2 və 0:4 hesabları qeydə alınmışdı. MY bu rəqibi sonuncu dəfə ötən ilin fevralında məğlub edib (2:0).
* İlk 5 oyunun üçündə uduzan MY premyer-liqada ən uğursuz startını reallaşdırıb. Komanda sonuncu dəfə 1989/90 mövsümündə ilk 5 oyunun 3-də uduzmuşdu.
* MS Qvardiola dönəmində 2-ci dəfə mövsümə 5 qələbə ilə başlayıb. 2016/17 mövsümündə də eyni şəkildə start götürən komandanın seriyası 6-cı qələbədən sonra qırılmışdı.
* “Tottenhem” premyer-liqada çıxış tarixində ilk dəfə 5 oyundan sonra 13 xal toplayıb. “Mahmızlar” həmçinin premyer-liqada 100-cü əzmkar qələbəsini qazandı. Yalnız MY-nin hesabında bundan da çox – 103 geridönüş var.

Turun rəqəmi
200 – Salah “Liverpul”un heyətində premyer-liqadakı məhsuldar hərəkətlərinin sayını bu həddə çatdırdı. Onun hesabında 139 qol və 62 ötürmə var. Misirli klub tarixinə bu həddə çatan 2-ci futbolçu kimi düşdü. Əvvəllər bunu yalnız Cerrard bacarıb – 120 qol, 93 ötürmə.

Turun ulduzu
Paskal Qross (Brayton) – mövsümün əvvəlində hələ ki ən yaxşı təsir bağışlayan 5 futbolçudan biridi. MY-yə qarşı da möhtəşəm oynadı. Mərkəzdə komandasının oyununu idarə etdi, demək olar ki, səhv ötürmə vermədi (98 faiz dəqiqlik). Üstəlik 2-ci hissənin əvvəlində qol da vurdu, sonradan bunun həlledici olduğu bilindi.

Turun sitatı
Qari Hevill, MY-nin sabiq oyunçusu: “Yenicə “Old Trafford”dan qayıtmışam. Yaxşı hazırlaşan, nə etdiyini bilən “Brayton” MY-ni tam üstələdi. Hər şey çox sadədi... Və bəli, buna cavabdeh Qleyzerlərdi. Onlar meydandakı və ondan kənardakı ortabablıq dövrünə görə məsuliyyət daşıyırlar. Qleyzerlər bütün kluba nüfuz edən acgözlük, intizamsızlıq, qətiyyətsizlik və inamsızlıq mədəniyyəti yaradıb. Onların tezliklə klubu satması yaxşı olardı”.

Oyundan sonra
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “İlk yarıdakından daha yaxşı oynamalıyıq. 2-ci hissədə hər şeyi dəyişdik – həm taktiki, həm də fiziki cəhətdən. Və oyunun axarına tam nəzarət etdik. Qələbəni haqq etdiyimiz aydındı. Ehtiyat oyunçuların səviyyəsi çox yardım edir. Əlimin altındakı heyətdən razıyam. Uşaqların təslim olmaması çox yaxşı haldı. O qədər uğurlu olmayan oyunlarda da qalib gəlirsənsə, yaxşı mövsüm keçirə bilərsən”.
Pep Qvardiola, MS-nin baş məşqçisi: “Beynəlxalq fasilədən sonra əla qələbə idi. Komandam oyuna çox yaxşı köklənmişdi. Dokyu ilk oyunda bir qədər utancaq idisə, bu dəfə özünü göstərdi. Cinahda işinin öhdəsindən yaxşı gəldi, nə vaxt oyundaşına ötürmə verməli olduğunu bilir. Jeremidən razıyam”.

Erik ten Haq, MY-nin baş məşqçisi: “Məyusuq, ancaq hər şeyi xırda detallar həll etdi. Güclü komanda ilə oyunda uğura çox yaxındıq. Rəqib elə ilk hücumda qol vurdu. Son nəticədə bəxtimiz gətirmədi, ancaq mübarizə aparacaq və dönəcəyik. Bu gün bizim günümüz deyildi. Fasilədən dərhal sonra 2-ci qolu buraxdıq. 2-ci təhlükəli vəziyyət, 2-ci qol... Hətta belə anlarda da nikbinliyi qorumaq lazımdı. Bu oyundan çoxlu dərs almaq olar. Çoxlu qol vəziyyəti yaradır, ancaq yararlana bilmirik. Bunu düzəldəcəyik. Çempionlar Liqasına dönüşü səbirsizliklə gözləyirik, bizim yerimiz oradı”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Çoxdan burda qələbə qazana bilmirdik. Əla oyun keçirdik, rəqibə heç bir hədiyyə vermədik. Yəqin hesab arasında fərq daha böyük olmalıydı. Həqiqətən oyun xoşuma gəldi. MY ilə oyundan sonra sifətimdən yüngüllük oxunurdusa, indi artıq ləzzət alıram. Səbr göstərdik, Trossar qeyri-adi qolla bizə qələbə qazandırdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-04-2023, 12:0

“Arsenal”la “Siti” arasındakı xal fərqi bir qədər də azaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

10-08-2022, 14:0

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Dünya futbolu

17-05-2023, 17:0

“Arsenal” “Mançester Siti”nin işini asanlaşdırdı - TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 18:0

Çempionluq uğrunda mübarizə qızışır - ŞƏRH

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Dünən, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Dünən, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Dünən, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Dünən, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Dünən, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Dünən, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Dünən, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Dünən, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Dünən, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Dünən, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Dünən, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Dünən, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Dünən, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • 21-04-2026, 23:0
    Almeyda xəyanətlə üzləşib
  • 21-04-2026, 23:0
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • 21-04-2026, 23:0
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • 21-04-2026, 22:0
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • 21-04-2026, 22:0
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • 21-04-2026, 21:0
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
Daha çox
Oxunub: 595
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 267
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə