• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yaponiya Türkiyəyə futbol dərsi keçdi, fanatlar Kuntsu istefaya səslədi

Dünya futbolu

15-09-2023, 23:0

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Ermənistanı evdə məğlub edə bilməyən Türkiyə srağagün yoldaşlıq matçında Yaponiya ilə üz-üzə gəldi.
"Football-plus.az" xəbər verir ki, oyun Belçikanın Genk şəhərində yerləşən və eyniadlı klubun stadionu olan “Segeka Arena”da keçirildi. Son mundialın 1/8 finalçısı olan Yaponiya bəlkə də tarixinin ən güclü dönəmlərindən birini yaşayır. Bir neçə gün öncə səfərdə Almaniyanı darmadağın edən yaponlar Türkiyə ilə qarşılaşmada da favorit statusunu artıqlamasıyla doğrultdu. Gözlənildiyi kimi, Ştefan Kunts bu dəfə meydana fərqli heyət buraxmışdı. Hətta ilk dəfə yığmaya dəvət alan Yusuf Sarı start heyətində meydana çıxmışdı. İlk yarı “ay-ulduzlular” üçün faciəvi alındı. Türklər yaponların sürətli hücumları qarşısında çox aciz görünürdülər. “Gündoğar ölkə”nin komandası 15-ci dəqiqədə Atsuki İtonun baxımlı qolu ilə hesabı açdı. 36-cı dəqiqədə artıq hesab darmadağın həddinə çatmışdı! Keyto Nakamura 8 dəqiqə ərzində hesabına iki qol yazdı. O, əvvəlcə qapıçı Uğurcanın topu inamsız şəkildə qaytarmasından yararlandısa, çox keçmədən Maikumanın ötürməsini qola çevirdi. Bu dəqiqələrdə başverənlər tribunaya toplaşan qürbətçi fanatları da qəzəbləndirdi. Onlar Kuntsu, eləcə də Türkiyə Futbol Federasiyasının rəhbərliyini istefaya səslədi. Türkiyə fasilə ərəfəsində qollardan birinin əvəzini çıxdı. Standart zərbə zamanı hücuma qoşulan mərkəz müdafiəçisi Ozan Kabak yığmada 23-cü oyunda 2-ci qolunu vurdu. Kunts başverənlərə fasilədə birdən-birə 5 əvəzetməyə əl atmaqla reaksiya verdi. Ədalət naminə bu dəyişikliklərdən sonra Türkiyənin daha yaxşı oynamağa başladığını vurğulayaq. Hərçənd yaponlar da artıq rahatlaşmışdılar. Rəqibi qapısına doğru sıxışdıran türklər hətta fərqi minimuma endirməyə də müvəffəq oldular. Ermənistanla matçda Türkiyəni biabırçılıqdan xilas edən gənc forvard Bertuğ Yıldırım bu dəfə də fərqlənməklə yığmada 2-ci oyunda 2-ci qolunu vurdu. Amma bundan artığına Türkiyənin gücü çatmadı. Bu azmış kimi, 76-cı dəqiqədə fərq yenidən artdı. İsmayıl Yüksəkin kobudluğundan sonra təyin olunan penaltini Cunya İto dəqiq yerinə yetirdi. Türkiyə Kuntsun başçılığı altında keçirdiyi 20-ci oyunda 5-ci dəfə uduzdu (12 qələbə, 3 heç-heçə). Beləliklə, Yaponiya 4 gün ərzində iki almaniyalı mütəxəssisin çalışdırdığı komandalar üzərində parlaq qələbələr qazandı. Hans-Diter Flik Almaniyanın həmin məğlubiyyətindən sonra istefaya göndərildi. Kuntsu isə hələ ki heç kim istefaya göndərməyə tələsmir. Halbuki belə oyunla Türkiyəni gələn ay Xorvatiya ilə prinsipial səfər matçında yaxşı heç nə gözləmir...

Yaponiya – Türkiyə 4:2
A.İto, 15. Nakamura, 28; 36. C.İto, 76-p. – Ozan Kabak, 44. Bertuğ Yıldırım, 61.
Türkiyə: Uğurcan Çakır (Altay Bayındır, 46), Onur Bulut, Ozan Kabak, Çağlar Söyüncü (Merih Dəmiral, 46), Mərt Müldür, Orkun Kökçü (İsmayıl Yüksək, 46), Salih Özcan (Hakan Çalhanoğlu, 46), Salih Uçan (Cengiz Ündər, 46), Yusuf Sarı, İrfan Can Kahveci (Barış Alpər Yılmaz, 83), Bertuğ Yıldırım.

Oyundan sonra
Hadzime Moriyasu, Yaponiya yığmasının baş məşqçisi: “Bizim üçün qalib gəlmək önəmli idi. Nəticədən də, oyunumuzda da razıyam. Almaniya ilə oyunla müqayisədə heyətdə 10 dəyişlik etmişdim. Yəni yeni oyunçularla oynadıq. Amma verdiyim tapşırıqları əla yerinə yetirdilər. Xüsusilə hücum xəttində yaxşı performans sərgilədik. Türkiyənin müdafiədə yol verdiyi bəzi səhvlərdən daha yaxşı yararlansaydıq, fərq daha böyük ola bilərdi. Hücum planında məşqlərdə bir çox məqamların üzərində çalışırıq. Bir məşqçi üçün məşqdəki şeylərin oyunda həyata keçdiyini görmək sevindiricidi. Mundialdan bəri aramıza yeni oyunçular qatılıb. Onlar da komandaya uyğunlaşıblar. Kunts Yaponiyanın fiziki cəhətdən Türkiyəni üstələdiyini söyləyib? Fiziki cəhətdən komandalar arasında böyük fərq görmədim. Əksinə, ikinci hissədə bəzi anlarda hətta Türkiyə bizdən daha yaxşı oynadı. Komandamız yavaş-yavaş yeni səviyyəyə qalxır. DÇ-nin 1/8 finalında penalti seriyasında uduzduğumuz Xorvatiyaya qarşı bu gün oynasaydıq, nəticə bəlkə də fərqli oalrdı. Xorvatlar hər rəqibə qarşı fərqli oyun planı ilə meydana çıxırlar. Fikrimcə, AÇ-nin seçmə mərhələsində Xorvatiya ilə Türkiyə arasında sona qədər maraqlı mübarizə gedəcək”.

Ştefan Kunts, Almaniya yığmasının baş məşqçisi: “İlk yarıda çox zəif oynadıq. Yaponların müdafiədən hücuma sürətlə çıxdığını bilirdik. Oyunçulara bununla bağlı göstərişlər vermişdim. Amma bu cür şəkildə 3 qol buraxdıq! Fiziki cəhətdən bəzi oyunçularım yaponlarla mübarizə apara bilmədi. Elə taktiki cəhətdən də ümidlərimi doğrultmayanlar oldu. İkinci hissədə daha yaxşı oynadıq. Hesasbı 3:2 etdikdən sonra da qol fürsətlərimiz var idi. Bizim üçün çox faydalı qarşılaşma oldu. Nəticəyə görə üzülsəm də, Xorvatiya ilə oyundan öncə səhvlərimizi gördüyümüz üçün sevincliyəm. Üstəlik Bertuğ Yıldırım kimi yeni oyunçu qazandıq. Yığmaya dəvət alan hər futbolçu özünü və oyununu inkişaf etdirməlidi. Türk dilində yaxşı danışa bilməsəm də, fanatların tribunada nə qışqırdığını anlayırdım. Ötən yay Millətlər Liqasında qazandığımız ardıcıl 4 qələbədən bəri heç kim məşqçini qorumur. Türkiyədə həmişə günahkar məşqçi olur. Amma problem məşqçidə deyil. Türkiyə mənimlə 20 oyun keçirib və yalnız 5-də uduzub. Məğlub olduğumuz komandalar reytinqdə bizdən öndədi. Məşqçi yox, başqa problemlərə diqqət yetirilməlidi. Təəssüf ki, bu gün üçün Yaponiya ilə eyni səviyyədə deyilik. Bizdən çox üstün oynadılar. Futbolçular yığmada oynayarkən meydanda bütün bacarıqlarını göstərib potensiallarının 100 faizini ortaya qoymalıdılar. Bir məşçqçi kimi bunu oyunçularımda görmədikdə üzülürəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-06-2023, 19:0

Türkiyənin yoldaşlıq oyununda rəqibi bəlli oldu

Dünya futbolu

4-09-2023, 20:0

Kunts yığmaya üç yeni oyunçu dəvət etdi

Dünya futbolu / AÇ

28-03-2023, 14:0

Türkiyə Bursada daha bir tarixi zəfər əldə edəcəkmi?

Yığma

24-09-2022, 16:0

Türklər yığmamızı darmadağın etdi

Dünya futbolu

10-09-2023, 23:0

Türkiyə yığmasının baş məşqçisi dəyişəcək?

Dünya futbolu

4-05-2023, 12:0

Türkiyə yığmasında Kunts dönəmi başa çatdı?!

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 160
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə