Futzal yığmamızın bugünkü açıq məşqindən sonra Əhməd Hadi də “Football-plus.az”ın bəzi suallarını cavabladı.
- Məşq prosesi barədə danışardın…
- Biz hazırlığa bir qədər gec qoşulduq. Lakin toplanış yaxşı gedir. Heyətimizdə olan bır sıra oyunçular legioner həyatı yaşayır və yığmaya da hazırlıqlı gəliblər. Öz liqamızda oynayan uşaqlar da yaxşıdı.
- Baş məşqçiniz şansların bərabər olduğunu düşünür. Sənin buna münasibətin nədi?
- Məncə də şanslar əlli-əlliyədi. Rumıniyanın oyununu tam görməmişəm. Lakin keçirəcəyimiz bu iki oyun bizim üçün çox vacibdi.
- Qrupda ən çətin rəqibi hansıdı?
- Qazaxıstan. Onların çempionatında oynadığım üçün yaxşı tanıyıram. Komandaları da güclüdü. Heyətlərində hazırlıqlı oyunçular var.
CAVİD ƏLİYEV