“Arsenal” Çempionlar Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
"Football-plus.az" xəbər verir ki siyahıda London klubunun yeni transferi Yurryen Timberin adı yoxdu. Bonuslar da daxil olmaqla “Ayaks”dan 40 milyon avroya alınan 22 yaşlı oyunçu zədə səbəbindən heyətə daxil edilməyib.
“Arsenal” ÇL-in B qrupunda “Sevilya” (İspaniya), PSV (Niderland) və “Lans”la (Fransa) mübarizə aparacaq.