• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Antoni Qrinvudun taleyini təkrarlayacaq?

Dünya futbolu

11-09-2023, 17:0

Belə görünür ki, “Mançester Yunayted”də sağ vinger mövqeyi lənətlənib.

Ötən il Meyson Qrinvud rəfiqəsini döydüyünə görə böyük qalmaqalla üzləşdi və bir ildən artıq futboldan kənarda qaldı, nəslinin ən istedadlı futbolçularından biri Ceydon Sanço psixoloji böhran yaşadı və yaxınlarda Erik ten Haqla söyüşdü. İndi isə ötən yay klub tarixində rekord sayılan 95 milyon avroya alınan braziliyalı Antoni təhlükə altındadı. Sabiq qız dostuna münasibətdə zorakılığa görə onu yığmadan uzaqlaşdırıblar. Bu tarixçə və ulduzu nə gözlədiyi haqda danışacağıq.

Futbolçunun hücumu üzündən uşağını itirib

Hər şeyin əsası iyunda – Antoninin rəfiqəsi Qabriela Kavallinin Braziliyada qadınların mühafizəsu üzrə polis bölməsində futbolçudan şikayət ərizəsi yazmasıyla başladı. O, dörd hücum haqda məlumat verdi: ilk epizod ötən ilin iyulunda – San-Pauludakı gecə klubunda baş verib. Qabriela ayrılmaq istədiyini deyəndən sonra vinger əsəbləşərək onun saçından yapışıb və maşına sürüyüb. Daha bir detal: qadın həmin vaxt hamiləliyin 17-ci həftəsində olub və bir neçə gün sonra uşağı itirib. Bir neçə ay sonra cütlük birləşib, ancaq xoşbəxt günlərə 2023-ün yanvarında, “Yunayted”in “Mançester Siti” üzərindəki qələbəsindən bir gün sonra son qoyulub. Onda Antoni yenidən qızı döyüb (Qabriela hesab edir ki, qısqanclıq zəminində), nəticədə onun başı partlayıb və sinəsindəki silikon implant yerini dəyişib. Qızın dediyinə görə, bundan sonra əməliyyat etdirməli və sinənin daxili hissəsinə 40 tikiş qoydurmalı olub. Qabriela həmin epizodu belə xatırlayır:

“Mübahisəyə kimin səbəbkar olduğunu dəqiq xatırlamıram, ancaq bir neçə il əvvəl görüşdüyüm hansısa oğlan üzündən başladı. Antoni yumruqla sinəmə vurduğundan silikon çevrildi. Sonra mən Braziliyaya yollandım, implantı dəyişmək lazım gəldi. Antoni mənə dedi ki, səni incitmək istəmirdim, təsadüfən oldu, bu zərbə deyil, mən, sadəcə, səni itələdim, divara sıxdım”.


Mayın 8-də futbolçu növbəti dəfə əsəbləşdi: Qabrielanın telefonunu qırdı, həmçinin onun qırdığı stəkanın parçalarından biri qızın barmağını az qala sümüyə qədər kəsdi. Qabrielanın şikayətindən:

“Mayın 8-də hər şey çox ciddi idi. Hətta evdən çıxa bilməyəcəyimlə bağlı qorxu keçirirdim. Antoni evin qapısını bağladı, mənə çıxmağa imkan vermədi, baxmayaraq ki, barmağım kəsilmişdi. Əşyalarımı qırdı, üstəlik pasportumu da götürdü”.


Kavallin daha bir hadisəni xatırlayır: Antoni ona deyib ki, ayrılsa, özünü öldürəcək. Bu isə qızın səbrini daşıran son damla olub – daha dözməyib və polisə ərizə yazıb, eyni zamanda döyülmə əlaməti olan yerləri çəkib. Təbii ki, Antoni tərəfi hər şeyi inkar edir. Bu xəbər yayda müəyyən əks-səda doğursa da, sonradan unuduldu. Ancaq bir neçə gün əvvəl UOL portalına müsahibə verən Qabriela yeni təfərrüat açıladı. O, iyun insidenti haqda daha geniş danışdı: Antoni qızı sürüyüb maşına salandan sonra yolda yüksək sürətlə hərəkət zamanı küçəyə atacağı ilə hədələyib. Qız bir daha xatırladıb ki, həmin vaxt hamiləliyin 17-ci həftəsində olub. Yəni gecə klubundakı qalmaqal belə davam edib.

Müdafiə tərəfinin mövqeyi

Antoni sosial şəbəkələrdəki şərhlərə belə reaksiya verib:

“Əminliklə deyə bilərəm ki, bu ittihamlar saxtadı, artıq təqdim olunan, eləcə də gələcəkdə təqdim olunacaq dəlillər günahsız olduğumu göstərir. Miss Qabriela ilə çılğın münasibətlərimiz olub, hər iki tərəfdən qarşılıqlı sözlü təhqirlər olub, ancaq heç vaxt heç bir fiziki aqressivlik tətbiq etməmişəm. O, hər dəfə - şahid ifadələrində və ya müsahibələrdə ittihamın yeni versiyalarını təqdim edir”.


Tezliklə Böyük Mançester polisi təhqiqata başladığını elan etdi, ancaq konkret şərh vermədən. Braziliya yığması da olaya özünəməxsus şəkildə reaksiya verdi, futbolçunu sentyabr toplanışından uzaqlaşdırdı. Komanda DÇ-2026-nın təsnifat mərhələsinə Boliviya və Peruya qarşı oyunlar ilə start verməlidi.
“Mançester Yunayted” də açıqlama yaymalı oldu:

“Klub Antoniyə yönələn ittihamdan xəbərdardı və polisin təhqiqat aparmasını nəzərə alır. Əlavə informasiya alana qədər “Mançester Yunayted” bu mövzuda heç bir şərh verməyəcək”.


UOL nəşri xəbər verir ki, MY-də Antoninin əsas komandadan uzaqlaşdırılması variantı ilə bağlı ciddi müzakirələr gedir. Həmçinin “Yunayted”in hüquq bölməsi Qabrielanın İngiltərədəki vəkili ilə əlaqə saxlayaraq onun növbəti addımlari ilə bağlı məlumat almaq istəyib.

Xatırladaq ki, braziliyalı premyer-liqanın cari mövsümündə keçirdiyi dörd oyunda heç bir məhsuldar hərəkətlə yadda qalmayıb. Antoni Mançester klubunda ümumilikdə 48 rəsmi oyun keçirib, həmin oyunlarda 8 qol vurub və üç məhsuldar ötürmə verib.

"Football-plus.az"

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-08-2023, 13:0

Ten Haq Qrinvud haqda danışmaq istəmədi

Dünya futbolu

7-09-2023, 23:0

Antoni yığmadan niyə kənarlaşdırılıb?

Dünya futbolu

22-08-2023, 19:0

“Mançester Yunayted”dən ayrılmağa məcburdu

Maraqlı

10-04-2023, 17:0

Qrinvud onu ittiham edən qızla evlənəcək?

Dünya futbolu

15-01-2023, 23:0

Antoni niyə şok keçirib?

Dünya futbolu

29-08-2022, 23:0

Antoni "MY"in bazasındadı

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Bu gün, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 10:00
    Vlahoviç hara gedir?
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
Daha çox
Oxunub: 221
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 208
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Oxunub: 143
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə