"Qaradağ Lökbatan"dan başqa bütün klublar doğma publika önündə oynayacaq. Adı çəkilən komandanın stadionu isə hələlik standartlara cavab vermir. Bu barədə PFL rəsmisi Elgiz Abbasov da qəzetimziə geniş açıqlama vermişdi. Ev oyunlarını "Neftçi" Futbol Mərkəzinin 4-cü meydançasında keçirmək "Qaradağ Lökbatan"ın çıxışına nə dərəcədə təsir edəcək?
"Football-plus.az"ın sualına adı çəkilən komandanın baş məşqçisi Azər Həşimov belə cavab verdi:
"Meydançamızın ot örtüyündəki problemlərə görə ev oyunumuzu başqa stadionda keçirəcəyik. Amma rəhbərlik qeyd olunan çatışmazlığı aradan qaldırmaq üçün işlər görür. Qismət olsa, 2-ci dövrənin oyunlarını doğma meydanımızda keçirəcəyik. Təbii ki, yerli azarkeş və doğma publika qarşında oynamamaq öz təsirini göstərəcək. Amma çalışacağıq ki, bunu faciəyə çevirməyək və bacardıqda yaxşı çıxış etməklə xallar toplayaq".
ABDULLA İSMAYILOĞLU





